Son xəbərlər

 
İspaniya və İtaliya çempionları mübarizəni dayandırdı

UEFA Çempionlar Liqasında mövsümün koronavirus pandemiyası səbəbindən yarımçıq qalmış hissəsi bərpa olunub.
1/8 final mərhələsinin növbəti cavab görüşlərində "Mançester Siti" İngiltərədə İspaniya çempionu "Real Madrid"i, İtaliya çempionu "Yuventus" isə Fransa "Lion"unu qəbul edib. Hər iki qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

"Mançester Siti"dən ilk qolu 9-cu dəqiqədə Rəhim Sterlinq vurub. 28-ci dəqiqədə Kərim Benzema hesabı bərabərləşdirib. Lakin 68-ci dəqiqədə Qabriel Jezus "şəhərlilər"i yenidən önə çıxarıb. Beləliklə, "Mançester Siti" ilk görüşdə olduğu kimi, yenə 2:1 hesablı qələbə qazanıb.

"Yuventus" isə hələ 12-ci dəqiqədə qapısında qol görüb. Memfis Depay dəqiq penalti zərbəsi ilə hesabı açıb. Turin komandası Kriştianu Ronaldunun 43-cü dəqiqədə penalti ilə və 60-cı dəqiqədə vurduğu qollarla nəticəni öz xeyrinə dəyişə bilib. Lakin 2:1 hesablı qələbə "Qoca Sinyora"ya kömək etməyib. "Şirlər" ilk matçda öz meydanında 1:0 hesabı ilə qalib gəldikləri üçün səfər qolu sayəsində mərhələ adlayıblar.

1/4 finalda "Mançester Siti" "Lion"a rəqib olub. Daha əvvəl Almaniya "Leyptsiq"inin İspaniya "Atletiko"su ilə, İtaliya "Atalanta"sının isə Fransa PSJ-si ilə üz-üzə gələcəyi məlum idi.

Qeyd edək ki, 1/8 final mərhələsinə avqustun 8-də "Barselona" (İspaniya) - "Napoli" (İtaliya) və "Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə) matçları ilə yekun vurulacaq.report

22 Sentyabr 2020 “Mançester Siti” 3 xalı 3 qolla qazandı - Video
19 Sentyabr 2020 “Bavariya”dan 8 qollu qələbə
18 Sentyabr 2020 “Yuventus”dan ayrıldı
17 Sentyabr 2020 Ekspertdən “Qalatasaray” - "Neftçi" matçı haqda - Proqnoz
16 Sentyabr 2020 Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişmədi
16 Sentyabr 2020 ““Neftçi”yə yuxarıdan aşağı baxmaq olmaz” - Fatih Terim
16 Sentyabr 2020 "Dinamo", PAOK və "Gent" ÇL-nin pley-offunda
15 Sentyabr 2020 ÇL-də 3-cü təsnifat mərhələsi başlayır
14 Sentyabr 2020 Həbibin döyüşü azarkeşsiz keçiriləcək
12 Sentyabr 2020 Qurbanovdan UEFA-nın qərarına reaksiya
11 Sentyabr 2020 “Neftçi” “Sumqayıt”a, “Qarabağ” “Keşlə”yə qarşı
03 Sentyabr 2020 “Mançester Yunayted” onu heyətinə qatdı
31 Avqust 2020 “Neftçi”nin son rəqibləri - “Qalatasaray”...
30 Avqust 2020 “Real”ın futbolçusu “Sevilya”da
27 Avqust 2020 3 klubumuz Avroliqada mübarizəyə başlayır
26 Avqust 2020 “Beşiktaş” Çempionlar Liqası ilə vidalaşdı
26 Avqust 2020 Messi “Barselona”dan gedir
25 Avqust 2020 “Qarabağ”la matçdan əvvəl testdən keçdilər
25 Avqust 2020 UEFA daha iki kluba texniki məğlubiyyət verdi
24 Avqust 2020 “Bavariya” Çempionlar Liqasının qalibi oldu
20 Avqust 2020 “Qarabağ”ın Çempionlar Liqasında növbəti rəqibi bəlli oldu
20 Avqust 2020 “Bavariya” Çempionlar Liqasının finalında
19 Avqust 2020 “Qarabağ”ın rəqibi müəyyənləşir
19 Avqust 2020 “Sumqayıt” İrandan daha bir transfer reallaşdırdı
17 Avqust 2020 Messi Premyer Liqaya keçə bilər
17 Avqust 2020 "Qarabağ"ın rəqibinin koronavirus testlərinin cavabı açıqlandı
13 Avqust 2020 “Qarabağ” – “Sileks” matçının hakimləri açıqlandı
13 Avqust 2020 Çempionlar Liqasında 2-ci yarımfinalçı müəyyənləşir
12 Avqust 2020 Çempionlar Liqasında 1/4 final başlayır
11 Avqust 2020 “İnter”lə “Mançester Yunayted” yarımfinalda!