Azərbaycan BNA ilə razılaşdıÖlkə basketbolunda dəyişikliklər davam etməkdədir. Yeni basketbol klubları ilə Azərbaycan Superliqasına start verən yerli federasiya daha bir məsul yarışın astanasındadır.

"Ölkə.Az" xəbər verir ki, ilk dəfə Junior NBA (Milli Basketbol Assosiasiyası) liqası 2020-ci ildən Azərbaycanda keçiriləcək.  

Oxu.Az bu münasibətlə Azərbaycan Basketbol Federasiyasının yenidən dörd illiyə prezidenti seçilmiş Nadir Nəsibovdan müsahibə götürüb.

– Yenidən prezident seçildiniz. Hansı dəyişikliklər olacaq?  

– Kardinal dəyişikliklər olmayacaq. Çünki Junior NBA liqasının Bakıda olması elə özü dəyişiklikdir. Biz dünya basketbol sistemində qeydiyyata düşmüşük. NBA-nın Avropa, Afrika və Yaxın Şərq üzrə ispaniyalı vitse-prezidenti Xesus Bueno dekabrın 18-də Bakıya gələcək və 19-da Gənclər və İdman Nazirliyində iki illik müqavilə bağlayacağıq. Böyük ehtimalla, orda nazir Azad Rəhimov da iştirak edəcək. Həmin tədbirdə bu layihənin detalları açıqlanacaq. Azərbaycan Avropada 29-cu ölkə olacaq. Bizdən əvvəl 28-ci ölkə Gürcüstan olub. Ümumiyyətlə, Junior NBA liqası MDB-də Rusiya, Qazaxıstan və Gürcüstandan sonra Azərbaycanda tətbiq ediləcək.  

– Junior NBA liqasının hansı arenada keçirilməsi nəzərdə tutulub?  

– Heydər Əliyev İdman Arenasında keçirməyi planlaşdırırıq. Ancaq bu da hələ dəqiq deyil. Çünki sistem bizdən oyunlar zamanı tamaşaçıların çoxluğunu tələb edir. Bu üzdən seçimimiz qətiləşməyib. 13-14 yaşlı oğlan və qızlardan birgə qurulmuş 30 komanda iki konfederasiya üzrə yarışacaq. Onların tələblərindən biri də odur ki, gender bərabərliyi olsun. NBA-da olduğu kimi yarış əvvəlcə Şərq və Qərb Konfederasiyaları arasında keçiriləcək. NBA bizi geyimlərlə və toplarla təchiz edəcək. İldə iki dəfə master-klasslar keçəcəklər. Bu liqanın çempion komandasını NBA-nın bir əfsanəvi basketbolçusu mükafatlandıracaq. NBA-da olduğu kimi, onların barmaqlarına üzük taxılacaq. Yarış gələn ilin martından mayınadək davam edəcək. Bunadək isə həmin liqaya seçimlər olacaq.  

– Hansı NBA ulduzunu Bakıya gətirmək istəyirsiniz?  

– Şəxsən mən amerikalı basketbolçu Alonzo Mourninqi gətirmək istərdim.  

– Qalib komandanın harda iştirak etmək şansı olacaq?  

– 14 yaşadək basketbolçular arasında dünya çempionatında. Həmin dünya çempionatı bu yaş kateqoriyasında ən böyük yarışdır. Ordan isə onlar NBA-nın Draftına düşəcək. Bir sözlə, NBA Azərbaycana gəlir. Biz artıq NBA sisteminə daxil oluruq. Sadəcə, bəzi şeyləri müqavilə bağlamamış açıqlaya bilmirik.  

– Çoxları artıq Azərbaycan basketbolunun yığma və klub səviyyəsində Avropada təmsil olunmasını gözləyir. Bu nə vaxt mümkün olacaq?  

– Artıq bu barədə danışmaq olar. 16, 18 və 20 yaşadək komandalarımız fəaliyyət göstərir. Düşünürəm ki, iki ildən sonra bizim milli komanda olacaq. Klublara gəlincə, onlardan biri artıq avrokuboklarda iştirak etməyi hədəfləyib. Sponsorlar bunu istəyir.  

– Yeni şirkətlərdən də Azərbaycan basketboluna maddi dəstək olmaq istəyənlər varmı?  

– Sizi inandırım ki, dörd böyük şirkət şəxsən özümlə əlaqə saxlayıb. Onlar Litva, Serbiya və Polşadan legionerlər gətirmək istəyirlər. Junior NBA liqası Azərbaycanda keçirilsə, martın 1-dən onlar da Azərbaycan basketboluna yardım göstərməkdə maraqlıdırlar.

28 Mart 2024 Juninyo Fransa klubu ilə razılaşıb? - Foto
28 Mart 2024 Əgər dünya kubokunu qazanmasaydım... - Messi
27 Mart 2024 Millimizin AÇ-nin seçmə mərhələsi üçün heyəti...
26 Mart 2024 UEFA “Qarabağ”ın futbolçusunu cəzalandırdı
26 Mart 2024 Musa Qurbanlı “Qarabağ”a qayıdır? – Özü açıqladı
26 Mart 2024 Şahruddin: Heç kimdən zəif olmadığımızı göstərdik
26 Mart 2024 "Spartak" da Qurban Qurbanovu istəyir
25 Mart 2024 EPL-in ən yaxşı mərkəz müdafiəçiləri açıqlandı
23 Mart 2024 24 yaşlı futbolçu məşq zamanı öldü
23 Mart 2024 Terrora görə "Neftçi"nin oyunu ləğv olundu
21 Mart 2024 Rəsmi Bakıdan Fransaya: Daxili işlərimizə qarışmayın!
21 Mart 2024 Əfsanəvi futbolçuya 9 il həbs verildi
20 Mart 2024 Alveş 1 milyon avro müqabilində azadlığa buraxıldı
20 Mart 2024 Futbolda ofsayd qaydası dəyişdirilə bilər
19 Mart 2024 Yeni idman kanalına lizensiya verildi
19 Mart 2024 Rövnəq Abdullayevin bu vəzifəsini heç kim istəmir
19 Mart 2024 Qurbanovla maraqlanan “Beşiktaş” qərarını verdi
18 Mart 2024 AFFA 4 nəfəri futboldan ömürlük uzaqlaşdırdı
18 Mart 2024 "Qarabağ"ın baş məşqçisi cəzalandırıldı
18 Mart 2024 “Qarabağ” son 25 ilin rekordunu təzələdi
16 Mart 2024 Qurban Qurbanov millidən "yola salınanda"...
16 Mart 2024 “Qarabağ” “Betis”ə çatdı
15 Mart 2024 AL-nin püşkü atıldı: “Bayer”in rəqibi...
15 Mart 2024 Qırmızı vərəqəyə görə Elvinə irad bildirmək... - Qurbanov
15 Mart 2024 ÇL: 1/4 finalın püşkü atıldı
15 Mart 2024 “Qarabağ” Vətənə qayıtdı: belə qarşılandı - Video
15 Mart 2024 Qurbanov tarixi oyunu şərh etdi: Sübut etdik ki...
14 Mart 2024 Bütün çempionlar uduzur... - "Qarabağ"ın prezidenti
14 Mart 2024 “Traktor” Tehran komandasını məğlub etdi
13 Mart 2024 Seçkilərdən sonra Putini gözləyirik - Ərdoğan