Son xəbərlər

 

“Bizi çətin oyun gözlədiyini bilirdik. Heyətimizdə də itkilər vardı. Buna baxmayaraq, meydanda istədiyim “Səbail”i gördüm”.

“Report”un məlumatına görə, bunu “Səbail”in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın XIII turunda evdə “Neftçi” ilə qolsuz bərabərlikdən sonra söyləyib.

38 yaşlı mütəxəssis bildirib ki, ilk hissədə 2 real qol şansları olub: “İkinci yarıda isə penaltidən yararlana bilmədik. Üç xal daha yaxşı olardı. Amma bu gün bir xal qazandığımızı düşünürəm. Çünki “Neftçi” kimi rəqibə qarşı oynadıq”.

Hacıyev “Neftçi” azarkeşlərinin “Səbail”i təhqir etməsinə də toxunub: “Mənə çox təəcüblü gəlir. Futbol ictimaiyyəti mənim kimləsə sövdələşməyə getmədiyimi yaxşı bilir. Bizim “Neftçi”dən xal almağımızı “Qarabağ”a kömək kimi qələmə verirlər. Bəli, Qurban Qurbanovla bir yerdə oynamışıq, rəhbərliyi altında çıxış etmişəm. Kimsə nə mənim, nə də Qurbanın adına ləkə gətirə bilməz. Heç birimiz bu sözlərə layiq deyilik. Onların rəhbərlərilə görüşəcəm. Bunu böyütmək istəmirəm. Bu aqressiyanı “Neftçi”dən də görürəm. Gənc oyunçularımıza söz atırlar. Biz öz oyunumuzu düşünürük, nə “Qarabağ”, nə də “Neftçi” bizi maraqlandırmır”.

Baş məşqçi uğursuzluq zolağında olmalarını bu cür şərh edib: “Qalatasaray” da 8 oyundu qalib gələ bilmir. Bu, böyük komandaların da başına gələ bilər. Bizim heyətimiz zəifdir. Son sırada olmağımız normal haldır. Strategiyamız var, gənclərə güvənəcəyik. Qarşıma konkret məqsəd qoyulsaydı, bu gün istefa verib gedərdim. Sırf yerli futbolçularla uğur qazanmaq olmaz. Bu, 10-15 il əvvəl olub, indi isə belə bir şey yoxdu. Ancaq həvəsdən düşmürük. Əvvəlki büdcə ilə indiki arasında fərq var. Güclənmək yox, daha çox heyəti qorumaq haqda düşünürük. Rəhbərlik hər şeyin yaxşı olmasına çalışır”.

Gənc mütəxəssis zədəli futbolçuların vəziyyətinə də aydınlıq gətirib: “Elvin Yunuszadə meydana ağrılarla çıxırdı, durumu bizi narahat edirdi. Ayağında ağrılar var. Yevgeni Koçuk da əməliyyat olunmalıdır. Böyük ehtimalla, Azərbaycan Kubokunda çıxış etməyəcək”.

23 Aprel 2024 Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu
18 Aprel 2024 Musa Qurbanlının Messi ilə illər öncəki fotosu maraqla qarşılandı
18 Aprel 2024 Hakimi təhqir edən menecer cəzalandırıldı
17 Aprel 2024 İtaliyalı futbolçu öldü
16 Aprel 2024 İsrailin hücum ehtimalı “Traktor”u vurdu
13 Aprel 2024 Qurban Qurbanov – 52!
09 Aprel 2024 Millimiz İsveçrəyə uduzdu
08 Aprel 2024 Juninyonun dönər yeməsində qəbahət yoxdur - "Qarabağ"ın diyetoloqu
08 Aprel 2024 Çerçesov Azərbaycan millisində çalışmaq istəyir?
05 Aprel 2024 Mbappe "Real"la müqavilə imzaladı
04 Aprel 2024 Tanınmış idmançı 23 yaşında öldü
03 Aprel 2024 “İmarət” Qara Qarayevi təhqir etdi - Video
03 Aprel 2024 Renatın komandası "Qalatasaray"a məğlub oldu
03 Aprel 2024 Bu qələbələr bizə əlavə motivasiya verir - Qurbanov
02 Aprel 2024 Pəhləvanımız dünya rekordlarına imza atdı - Foto
02 Aprel 2024 Yassin Benzia Fransa klubuna keçir? - Özü danışdı
02 Aprel 2024 Qurban Qurbanov yenidən İcraiyyə Komitəsində
01 Aprel 2024 Ramos “Sevilya”dan gedir
30 Mart 2024 Dünya çempionu vəfat etdi
29 Mart 2024 AFFA-nın bu klubla bağlı qərarı ləğv edildi
28 Mart 2024 Juninyo Fransa klubu ilə razılaşıb? - Foto
28 Mart 2024 Əgər dünya kubokunu qazanmasaydım... - Messi
27 Mart 2024 Millimizin AÇ-nin seçmə mərhələsi üçün heyəti...
26 Mart 2024 UEFA “Qarabağ”ın futbolçusunu cəzalandırdı
26 Mart 2024 Musa Qurbanlı “Qarabağ”a qayıdır? – Özü açıqladı
26 Mart 2024 Şahruddin: Heç kimdən zəif olmadığımızı göstərdik
26 Mart 2024 "Spartak" da Qurban Qurbanovu istəyir
25 Mart 2024 EPL-in ən yaxşı mərkəz müdafiəçiləri açıqlandı
23 Mart 2024 24 yaşlı futbolçu məşq zamanı öldü
23 Mart 2024 Terrora görə "Neftçi"nin oyunu ləğv olundu