Son xəbərlər

 

“Çox önəmli oyundur. “Sevilya” İspaniyanın üç ən böyük klubundan biridir. Hazırda da La Liqada 3-cü yerdədir. “Barselona” və “Real Madrid”lə aralarında 1 xallıq fərq var”.

“Report”un İspaniyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu fikirləri “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda “Sevilya” ilə oyun haqda danışarkən deyib.

Onun sözlərinə görə, “Qarabağ”ın məqsədi növbəti mərhələyə yüksəlməkdir: “Bunun üçün şansımız var. Qurban Qurbanovla görüşüm oldu. Komandaya onlardan möhtəşəm oyun gözlədiyimi dedim. Nəticəni heç vaxt bilmək olmaz. Bizə yaraşan meydana həyəcan dolu, özünə inanan komandanın çıxmasıdır. Enerjimiz, qoçaqlığımızla “Sevilya”nı təəccübləndirmək istəyirik”.

– “Qarabağ” Çempionlar Liqasında İspaniyada “Atletiko” ilə heç-heçə edib. Bu oyunda xal qazanmaq üçün nə lazımdır?

– “Atletiko” və “Sevilya”nın oyun tərzi çox fərqlidir. “Atletiko” ilə oyunlarımız alındı. Əslində, bu bizə cəsarət verir. “Sevilya” nəhəng klubdur. Amma “Qarabağ” da imkansızları bacarmış klubdur. Komandaya inanıram. Əsas odur, cəsarətli mübarizə aparaq. Futbolçularda bunu görmək istəyirəm.

– “Sevilya” qrupdan çıxmaq tapşırığını həll edib. Bu “Qarabağ”a maneə olar bilər, yoxsa əksinə?

– “Qarabağ”ı hamı gözəl futbol komanda oynayan komanda kimi tanıyır və buna görə ciddiyə alırlar. Klub prezidenti ilə danışanda da onlar “Qarabağ”ı sürpriz komanda adlandırırlar. Bizə qarşı rahat oynayacaqlarına inanmıram.

– Oyun üçün hansı nəticəni düşünürsünüz?

– Heç vaxt nəticəyə baxmamışam. Nəticəyə yox, məndən asılı olanlara baxmışam. “Qarabağ”ın fəlsəfəsi nəticə deyil. Biz möhtəşəm oynamalıyıq. Qorxaq, müdafiə futbolu oynamamalı, lazımı yerdə sözümüzü deməliyik. Elə etməliyik ki, insanlar bizi alqışlasınlar. Quran Qurbanovla danışdım. İstəyimiz odur ki, Avropa bizi cəsarətli oyunumuza görə alqışlasın. Nəticə nə olursa-olsun. Məndən nə asılıdırsa, edirəm, qalanı həyatın işidir.

– Futbolçuları oyuna necə motivasiya etmək istəyirsiniz?

– Adətən Qurbanovun futbolçularla söhbətinə qarışmıram. Amma onlara deyəcək sözüm budur ki, bizi qürurlandırın. Onlara buradan 100 faiz qələbə ilə çıxmağı söyləmirəm. Bunlar hamısı bir az da bəxt, şans məsələsidir. Amma siz  “Sevilya” önündə möhtəşəm komanda olduğunuzu göstərməyə borclusunuz.

– Xüsusi qonaqlarınız olacaq?

– Bəli, xaricdən gələn qonaqlarım var.

– Səfirlimizlə əlaqə yaradılıb? Ordan gələn olacaq?

– Xeyr, bura təzə gəlmişik. Yüz faiz əminəm ki, olacaq. Onları gözləyirəm. Lüksemburqda “Düdelanj”la matçdakı biabırçılığın qarşısı almaqda oradakı səfirliyimizin böyük rolu oldu. Əl-ələ verib böyük qüvvə yaratdıq, nəticədə bizdən üzr istədilər. Səfirliyin gəlməyi vacibdir, onlardan dəstək gözləyirik. Çoxlu azarkeşimizin olacağını bilmirəm.

24 Aprel 2024 “Traktor” cərimələndi, oyunçusu töhmət aldı
24 Aprel 2024 Vüqar Kərəmov azadlığa buraxıldı
24 Aprel 2024 İngiltərədə 19 yaşlı iki futbolçu zorakılığa görə saxlanıldı
24 Aprel 2024 İranlı qapıçı azarkeş xanıma görə futboldan uzaqlaşdırıldı
24 Aprel 2024 "Arsenal" "Çelsi"ni darmadağın etdi
23 Aprel 2024 Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu
18 Aprel 2024 Musa Qurbanlının Messi ilə illər öncəki fotosu maraqla qarşılandı
18 Aprel 2024 Hakimi təhqir edən menecer cəzalandırıldı
17 Aprel 2024 İtaliyalı futbolçu öldü
16 Aprel 2024 İsrailin hücum ehtimalı “Traktor”u vurdu
13 Aprel 2024 Qurban Qurbanov – 52!
09 Aprel 2024 Millimiz İsveçrəyə uduzdu
08 Aprel 2024 Juninyonun dönər yeməsində qəbahət yoxdur - "Qarabağ"ın diyetoloqu
08 Aprel 2024 Çerçesov Azərbaycan millisində çalışmaq istəyir?
05 Aprel 2024 Mbappe "Real"la müqavilə imzaladı
04 Aprel 2024 Tanınmış idmançı 23 yaşında öldü
03 Aprel 2024 “İmarət” Qara Qarayevi təhqir etdi - Video
03 Aprel 2024 Renatın komandası "Qalatasaray"a məğlub oldu
03 Aprel 2024 Bu qələbələr bizə əlavə motivasiya verir - Qurbanov
02 Aprel 2024 Pəhləvanımız dünya rekordlarına imza atdı - Foto
02 Aprel 2024 Yassin Benzia Fransa klubuna keçir? - Özü danışdı
02 Aprel 2024 Qurban Qurbanov yenidən İcraiyyə Komitəsində
01 Aprel 2024 Ramos “Sevilya”dan gedir
30 Mart 2024 Dünya çempionu vəfat etdi
29 Mart 2024 AFFA-nın bu klubla bağlı qərarı ləğv edildi
28 Mart 2024 Juninyo Fransa klubu ilə razılaşıb? - Foto
28 Mart 2024 Əgər dünya kubokunu qazanmasaydım... - Messi
27 Mart 2024 Millimizin AÇ-nin seçmə mərhələsi üçün heyəti...
26 Mart 2024 UEFA “Qarabağ”ın futbolçusunu cəzalandırdı
26 Mart 2024 Musa Qurbanlı “Qarabağ”a qayıdır? – Özü açıqladı