“Futbolçularımın əziyyəti yerə vuruldu”
"Burada danışmaq asan deyil. Bunun bir çox səbəbləri var. İlk növbədə, rəqibi təbrik edir və uğurlar arzulayıram".

“Ölkə.Az” report-a istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç səfərdə Macarıstana 0:1 hesabı ilə uduzduqları AVRO-2020-nin seçmə qrup matçından sonra mətbuat konfransında deyib.

Xorvatiyalı mütəxəssis uzatma dəqiqələrində sayılmayan qola görə etirazını və yerli jurnalistlərə səmimiyyətləri qarşılığında təşəkkürünü bildirib:

"Oyunun gedişatı barədə çox deyəsi bir şey yoxdur. Matçdan sonra 50-dək mesaj almışam. Bütün macarıstanlı jurnalistlər təmiz qolumuzun verilmədiyini bildirirlər. İnanılmaz səhv idi. Ən çox oyunçularıma görə üzülürəm. Onların əziyyəti yerə vuruldu. Azərbaycan kiçik ölkədir, futbolda elə söz sahibi deyil. Belə əziyyətin ucuzlaşması sözə layiq deyil. VAR sisteminin xeyri var. Çox danışsam, işimi itirə bilərəm. Bunları deməli, içimdəki acığı çıxarmalı idim. Dostlarla, ailə ilə söhbət edəcəyik. Macarıstanlı jurnalistlərə səmimiyyətlərinə görə təşəkkürümü bildirirəm".

Yurçeviç qoldan sonra yan xətt hakiminə yaxınlaşaraq, niyə qolun sayılmadığını soruşduğunu əlavə edib. Amma onun sözlərinə görə, yan xətt hakimi heç bir cavab verməyib: "Referi isə qərarında haqlı olduğunu və bunu görüşün ardında epizoda baxdıqda sübut olunacağını iddia etdi".

53 yaşlı baş məşqçi iki fərqli hissə oynamaları fikri ilə razılaşdığını söyləyib: "Fasilə zamanı futbolçulara vəziyyəti dəyişməyin mümkünlüyünü bildirdim. İlk yarıda komandam bir qədər ehtiyatlı idi. 1:0-dan sonra dönüş etmək mümkündür. Onlara daha cəsarətli oynamağı tapşırdım. İkinci hissədə Macarıstan üçün çətin oyun oldu".

Yurçeviç Bəhlul Mustafazadənin oyununu xüsusi qeyd edib: "O, cəmi bir aydır əsas heyətdə oynasa da, istedadlı futbolçu olduğunu göstərməyə başlayıb. Mustafazadə Xorvatiyaya qarşı da gözəl oynamışdı. Yəqin ki, sayılmayan qoluna görə məyusdur. Bu barədə özü ilə söhbət edəcəyəm. Amma inanıram ki, bundan da özü üçün müsbət nəticə çıxaracaq".

28 Mart 2024 Juninyo Fransa klubu ilə razılaşıb? - Foto
28 Mart 2024 Əgər dünya kubokunu qazanmasaydım... - Messi
27 Mart 2024 Millimizin AÇ-nin seçmə mərhələsi üçün heyəti...
26 Mart 2024 UEFA “Qarabağ”ın futbolçusunu cəzalandırdı
26 Mart 2024 Musa Qurbanlı “Qarabağ”a qayıdır? – Özü açıqladı
26 Mart 2024 Şahruddin: Heç kimdən zəif olmadığımızı göstərdik
26 Mart 2024 "Spartak" da Qurban Qurbanovu istəyir
25 Mart 2024 EPL-in ən yaxşı mərkəz müdafiəçiləri açıqlandı
23 Mart 2024 24 yaşlı futbolçu məşq zamanı öldü
23 Mart 2024 Terrora görə "Neftçi"nin oyunu ləğv olundu
21 Mart 2024 Rəsmi Bakıdan Fransaya: Daxili işlərimizə qarışmayın!
21 Mart 2024 Əfsanəvi futbolçuya 9 il həbs verildi
20 Mart 2024 Alveş 1 milyon avro müqabilində azadlığa buraxıldı
20 Mart 2024 Futbolda ofsayd qaydası dəyişdirilə bilər
19 Mart 2024 Yeni idman kanalına lizensiya verildi
19 Mart 2024 Rövnəq Abdullayevin bu vəzifəsini heç kim istəmir
19 Mart 2024 Qurbanovla maraqlanan “Beşiktaş” qərarını verdi
18 Mart 2024 AFFA 4 nəfəri futboldan ömürlük uzaqlaşdırdı
18 Mart 2024 "Qarabağ"ın baş məşqçisi cəzalandırıldı
18 Mart 2024 “Qarabağ” son 25 ilin rekordunu təzələdi
16 Mart 2024 Qurban Qurbanov millidən "yola salınanda"...
16 Mart 2024 “Qarabağ” “Betis”ə çatdı
15 Mart 2024 AL-nin püşkü atıldı: “Bayer”in rəqibi...
15 Mart 2024 Qırmızı vərəqəyə görə Elvinə irad bildirmək... - Qurbanov
15 Mart 2024 ÇL: 1/4 finalın püşkü atıldı
15 Mart 2024 “Qarabağ” Vətənə qayıtdı: belə qarşılandı - Video
15 Mart 2024 Qurbanov tarixi oyunu şərh etdi: Sübut etdik ki...
14 Mart 2024 Bütün çempionlar uduzur... - "Qarabağ"ın prezidenti
14 Mart 2024 “Traktor” Tehran komandasını məğlub etdi
13 Mart 2024 Seçkilərdən sonra Putini gözləyirik - Ərdoğan