Son xəbərlər

 
“Futbolçularımın əziyyəti yerə vuruldu”
"Burada danışmaq asan deyil. Bunun bir çox səbəbləri var. İlk növbədə, rəqibi təbrik edir və uğurlar arzulayıram".

“Ölkə.Az” report-a istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç səfərdə Macarıstana 0:1 hesabı ilə uduzduqları AVRO-2020-nin seçmə qrup matçından sonra mətbuat konfransında deyib.

Xorvatiyalı mütəxəssis uzatma dəqiqələrində sayılmayan qola görə etirazını və yerli jurnalistlərə səmimiyyətləri qarşılığında təşəkkürünü bildirib:

"Oyunun gedişatı barədə çox deyəsi bir şey yoxdur. Matçdan sonra 50-dək mesaj almışam. Bütün macarıstanlı jurnalistlər təmiz qolumuzun verilmədiyini bildirirlər. İnanılmaz səhv idi. Ən çox oyunçularıma görə üzülürəm. Onların əziyyəti yerə vuruldu. Azərbaycan kiçik ölkədir, futbolda elə söz sahibi deyil. Belə əziyyətin ucuzlaşması sözə layiq deyil. VAR sisteminin xeyri var. Çox danışsam, işimi itirə bilərəm. Bunları deməli, içimdəki acığı çıxarmalı idim. Dostlarla, ailə ilə söhbət edəcəyik. Macarıstanlı jurnalistlərə səmimiyyətlərinə görə təşəkkürümü bildirirəm".

Yurçeviç qoldan sonra yan xətt hakiminə yaxınlaşaraq, niyə qolun sayılmadığını soruşduğunu əlavə edib. Amma onun sözlərinə görə, yan xətt hakimi heç bir cavab verməyib: "Referi isə qərarında haqlı olduğunu və bunu görüşün ardında epizoda baxdıqda sübut olunacağını iddia etdi".

53 yaşlı baş məşqçi iki fərqli hissə oynamaları fikri ilə razılaşdığını söyləyib: "Fasilə zamanı futbolçulara vəziyyəti dəyişməyin mümkünlüyünü bildirdim. İlk yarıda komandam bir qədər ehtiyatlı idi. 1:0-dan sonra dönüş etmək mümkündür. Onlara daha cəsarətli oynamağı tapşırdım. İkinci hissədə Macarıstan üçün çətin oyun oldu".

Yurçeviç Bəhlul Mustafazadənin oyununu xüsusi qeyd edib: "O, cəmi bir aydır əsas heyətdə oynasa da, istedadlı futbolçu olduğunu göstərməyə başlayıb. Mustafazadə Xorvatiyaya qarşı da gözəl oynamışdı. Yəqin ki, sayılmayan qoluna görə məyusdur. Bu barədə özü ilə söhbət edəcəyəm. Amma inanıram ki, bundan da özü üçün müsbət nəticə çıxaracaq".

21 Noyabr 2019 Şeydayev millidəki davaya belə reaksiya verdi
21 Noyabr 2019 Ronaldo evləndi
21 Noyabr 2019 Mourinyon "Tottenhem" öncə onu gətirmək istəyir
20 Noyabr 2019 Joze Mourinyo “Tottenhem”də
20 Noyabr 2019 Elxan Məmmədovdan onu tənqid edənlərə - Cavab
20 Noyabr 2019 “Tottenhem” baş məşqçisini istefaya göndərdi
19 Noyabr 2019 Samir Abasov millini tənqid etdi - “Yolumuz düz deyil”
19 Noyabr 2019 Millimiz son oyunda Slovakiyaya qarşı
18 Noyabr 2019 27:0 hesablı qələbəyə görə baş məşqçini istefaya göndərdilər
15 Noyabr 2019 Rüfət Dadaşov millinin heyətindən çıxarıldı
15 Noyabr 2019 Ronaldo rekorda doğru - 11 qol qaldı
15 Noyabr 2019 “Başakşehir” Arda Turanla bağlı qərarını verdi
14 Noyabr 2019 “Ramos çox kobud futbolçudur” – Levandovski
14 Noyabr 2019 “Azərbaycanı məğlub etməyin yolunu bilirik” - Uelsli futbolçu
14 Noyabr 2019 Ən çox izlənilən türk serialları – Ona Messi də baxır
13 Noyabr 2019 PSJ-nin sahibi daha bir məşhur klubu alır
12 Noyabr 2019 Ronaldo onu əvəzləyən baş məşqçinin valideynlərini söyüb
11 Noyabr 2019 “Liverpul” “Mançester Siti”ni məğlub etdi - Video
11 Noyabr 2019 Ronaldo ilə Sarri arasında gərginlik - Fotolar+Video
07 Noyabr 2019 Meyxanaçı Vüqar "Qalatasaray"ın "Real"la oyunundan 144 min QAZANDI
07 Noyabr 2019 APOEL rəsmiləri narahatdır - “Qarabağ”la oyuna maraq azdır
07 Noyabr 2019 “Beşiktaş” baş məşqçisiz qaldı
07 Noyabr 2019 Qurban Qurbanovdan APOEL-lə oyundan öncə — AÇIQLAMA
06 Noyabr 2019 Çempionlar Liqası: IV tur gözlənilməz nəticələrlə başlayıb
06 Noyabr 2019 “Barselona” hansı informasiyanı gizlədir?
05 Noyabr 2019 APOEL – “Qarabağ” matçı ona tapşırıldı
04 Noyabr 2019 Futbolçunun ayağı belə qırıldı – Hər kəs şoka düşdü (FOTO, VİDEO)
04 Noyabr 2019 Həbib karyerasını bitirir?
01 Noyabr 2019 Şahmatçılarımızın Ermənistanla oyun üçün heyəti AÇIQLANDI
31 Oktyabr 2019 APOEL-də gərginlik - Baş məşqçi istefa verdi