İsmayıllı məktəbinin müəllimi də şəhid olub

İsmayıllı şəhəri 3 nömrəli məktəb-liseyin tarix müəllimi Famil Əhmədzadə Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olub.

“Qafqazinfo” Təhsil Nazirliyinə istinadən xəbər verir ki, o, 1997- ci ildən sözügedən məktəbdə pedaqoji fəaliyyətlə məşğul olub. F. Əhmədzadənin təşəbbüsü ilə məktəbdə tarix-diyarşünaslıq muzeyi yaradılıb.  

Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi şəhidimizə Allahdan rəhmət diləyib, yaxınlarına dərin hüznlə başsağlığı verib.

 

Xatırladaq ki, nazirlik ötən gün Gəncə şəhərində tarix müəllimi işləyən Rəşad Məmmədovun da Füzuli istiqamətində döyüşlərdə şəhid olduğunu açıqlamışdı.

Gülnar Əliyeva