Son xəbərlər

 
Dünən meyitləri tapılan qadınlar qətlə yetirilibmiş

Xəbər verdiyimiz kimi, ötən gün Bakıda mənzildən iki qadın meyiti tapılıb. FHN-in xilasediciləri və polis əməkdaşlarının aşkar etdiyi meyitlər aidiyyəti üzrə təhvil verilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, həmin şəxslərin qətlə yetirildiyi məlum olub. 

Belə ki, Günəşli qəsəbəsi, D yaşayış sahəsi, 27-ci binada yaşayan 88 yaşlı Esmira Cavadova və onun qızı, 61 yaşlı Tamella Cavadova yaşadıqları evdə bıçaqlanaraq öldürülüb. Onları E.Cavadovanın nəvəsi Samir Cavadovun ailə münaqişəsi zəminində öldürdüyü məlum olub.

 

S.Cavadov bibisi və nənəsini öldürdükdən sonra mətbəxdə qazı açaraq çıxıb gedib və onların dəm qazından öldüyünə şübhə yaratmaq istəyib.

O, hadisə yerindən qaçaraq gizlənsə də, Suraxanı rayonu ərazisində saxlanılıb.

***

Suraxanı rayon Prokurorluğu da qətllə bağlı məlumat yayıb: 

“Sentyabrın 24-də saat 12 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində 1932-ci il təvəllüdlü Simuzər Cavadova və 1959-cu il təvəllüdlü Tamilla Cavadovanın yaşadıqları evdə üzərlərində çoxsaylı bıçaq xəsarətləri olan meyitlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər prosessual hərəkətlər yerinə yetirilib. 

İlkin istintaqla 1985-ci il təvəllüdlü Samir Mustafayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı çoxsaylı bıçaq zərbələri vuraraq nənəsi Simuzər Cavadova və bibisi Tamilla Cavadovanı  qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Samir Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir”.

26 Noyabr 2020 İtkin düşmüşdü, meyiti meşədə tapıldı
25 Noyabr 2020 Şirvanda 46 yaşlı qadın itkin düşüb
25 Noyabr 2020 Mənzilində meyiti tapıldı
25 Noyabr 2020 Astarada COVID-19 xəstələri saxlanıldı
24 Noyabr 2020 Zaqatalada güclü yanğın
23 Noyabr 2020 Narkotik satan 2 qadın və 3 kişi tutuldu
23 Noyabr 2020 Kəlbəcər sakini maşınında yanaraq öldü
23 Noyabr 2020 Daha 3 koronavirus xəstəsi məsuliyyətə cəlb edildi
23 Noyabr 2020 30 nərd, 23 təsbeh oğurladı
23 Noyabr 2020 Mingəçevirdə korona xəstəsinə cinayət işi açıldı
22 Noyabr 2020 İsmayıllıda taxta emalı sexi yanıb
22 Noyabr 2020 Bərdədə "Opel" yandı
21 Noyabr 2020 “Niva”sını aşırdı, öldü
21 Noyabr 2020 Nardaranda silah-sursat tapıldı - Foto
21 Noyabr 2020 Bakıda marketi soyanlar tutuldu
21 Noyabr 2020 Ucarda avtomobil yandı
21 Noyabr 2020 Göyçayda iki VAZ-07 toqquşdu: yaralı var – Foto
19 Noyabr 2020 Abşeronda sexdə partlayış olub, xəsarət alanlar var
19 Noyabr 2020 Abşeronda partlayış: Xəsarət alanlar var
19 Noyabr 2020 Komendant postunda külli miqdarda heroinlə saxlanıldı - Fotolar
18 Noyabr 2020 Qanunsuz ov edən saxlanıldı
17 Noyabr 2020 “Hyundai”ı aşırdı, sərnişini öldü
17 Noyabr 2020 “Sahil-R” MTK-nın binasından yıxılan usta öldü
16 Noyabr 2020 Qazaxda birmərtəbəli ev yanıb
16 Noyabr 2020 Polis əməliyyat keçirdi, saxlanılanlar var
15 Noyabr 2020 Göyçayda faciə: yeniyetmə ad günündə öldü
14 Noyabr 2020 Bakıda evdən qızıl-zinət əşyaları oğurlanıb
14 Noyabr 2020 Füzulidə iki qardaş minaya düşdü: həlak olan var
14 Noyabr 2020 Göyçayda "Daewoo" yandı
13 Noyabr 2020 “Fəxrəddin Abbasov intihardan əvvəl Şuşanın azadlığına görə sarsıntı keçirib”