Son xəbərlər

 
Şahbaz Xuduoğlunun polislə bağlı videosuna DİN-dən cavab

“Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu Çevik Polis Alayı əməkdaşlarının qapalı məkanlarda tibbi maskadan istifadə olunub-olunmamasına nəzarət üçün mətbəəyə girməsinə və çəkiliş aparmalarına etiraz edib. O, bununla bağlı həmin polis əməkdaşları ilə söhbətini videoya çəkərək sosial şəbəkələrdə yayımlayıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, mətbəədə yoxlanış zamanı polis əməkdaşları qanunvericiliyin tələblərinə tam formada əməl ediblər:

“Polis əməkdaşları xidməti vəzifəsini yerinə yetirib. Fərqi yoxdur, nəşriyyat olsun ya mağaza olsun, nəzarət qaydasında baxış keçirirlər ki, insanlar ictimai qapalı məkanda karantin qaydalarına əməl edirlər, ya yox. Bina şəxsi mülk olsa da, ora iş yeri, ictimai yerdir. Orada bəlkə də 50 nəfər işləyir. Polis əməkdaşları da çəkilişi sübut üçün ediblər ki, sonra həmin şəxslər etiraz edərək “maska taxmışdım, polis qanunsuz protokol tərtib edib” deyə bilərlər. Bu zaman sübut kimi videolar təqdim oluna bilər”.

E.Zahidov polis əməkdaşlarından birinin maska taxmamasının görüntülənməsinə belə münasibət bildirib: “Bir polis əməkdaşı qara, digər ağ maska taxıb. Videonun əvvəlində görülən görüntüdə isə polis əməkdaşı söhbət edən zamanı sosial məsafəni qoruyaraq maskanı çıxarıb, sözünü deyir, sonra yenə maska taxır”.  

23 Oktyabr 2020 Kreml: Türkiyə ilə fikir ayrılığı var, lakin...
20 Oktyabr 2020 İlham Əliyev xalqa müaciət edəcək
26 Sentyabr 2020 Taksi sürücüləri arasında qanlı dava - 3 nəfər öldürüldü
26 Sentyabr 2020 72 yaşlı qadın intihara cəhd edib
26 Sentyabr 2020 Daha 10 şagirddə koronavirus aşkarlandı
26 Sentyabr 2020 Ucarda yük maşını yanıb
26 Sentyabr 2020 Bakıda avtomobil 6 yaşlı uşağı vurdu
26 Sentyabr 2020 Lənkəranda 61 yaşlı fəhlə hündürlükdən yıxılaraq ölüb
26 Sentyabr 2020 Ər-arvad evində bıçaqlandı
26 Sentyabr 2020 Göygöldə evə basqın: bıçaqlananlar var
25 Sentyabr 2020 Bakıda evdən və avtomobildən 7 min manat pul oğurlandı
25 Sentyabr 2020 Gəncədə qız dəramandan zəhərlənib
25 Sentyabr 2020 Xəstəxanaya müayinəyə gələn şəxs öldü
25 Sentyabr 2020 Dünən meyitləri tapılan qadınlar qətlə yetirilibmiş
24 Sentyabr 2020 Qızını zəncirləyən atanın işi məhkəməyə göndərildi
24 Sentyabr 2020 Bakıda onkoloji xəstə intihar etdi
24 Sentyabr 2020 Bakıda 20 yaşlı gənc bıçaqlandı
23 Sentyabr 2020 Ağstafada arı sancan kişi öldü
15 Sentyabr 2020 Bakıda “BakuBus” yandı - Foto
03 Sentyabr 2020 Binəqədidə ər arvadını moteldə öldürdü
30 Avqust 2020 Xaçmazda Aşura mərasimi keçirənlər saxlanıldı
27 Avqust 2020 Ağdaşda ağır qəza - 3 ölü, 2 yaralı
24 Avqust 2020 Gürcüstanda mikroavtobus dərəyə aşdı - 12 ölü, 3 yaralı
20 Avqust 2020 “Lotu Quli”ni öldürən öz adamı olub
18 Avqust 2020 Sabaha olan hava proqnozu
18 Avqust 2020 “Bandotdel” əməliyyat keçirdi - Video
17 Avqust 2020 Koronavirusun daha bir qorxunc tərəfi üzə çıxdı
17 Avqust 2020 Azərbaycanda dəhşətli qəzada həyatını itirən gənclər — FOTO
17 Avqust 2020 Aqressiv sürücü və mülayim yol polisi: bu videoya diqqətlə baxın - VİDEO
17 Avqust 2020 Dəhşətli yol qəzası; “Huyndai”la vurulan qız havada metrlərlə uçdu – ANBAAN VİDEO (+21)