Son xəbərlər

 
Bakıda polislə sakinlər arasında baş verən insidentlə bağlı RƏSMİ AÇIQLAMA"Bəzi xəbər saytlarında bir qrup şəxs tərəfindən polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyən şəxslərlə bağlı yayılan görüntülər tərəfimizdən araşdırılıb".

"Ölkə.Az" xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin şəxslər xüsusi karantin rejim qaydalarına əməl etmədən, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan qanunsuz küçə ticarətilə məşğul olublar:

"Ancaq, təəssüf edirik ki, bəzi xəbər saytlarında mahiyyəti ilə uyğun olmayan fakt “polisə hücum” kimi təqdim olunur.

Bununla əlaqədar bildiririk ki, burada polis əməkdaşlarına hər hansı hücum, yaxud müqavimət göstərilməsi iddiaları əsassızdır. Belə ki, Ucar rayon sakinləri olan və hazırda Xətai rayonunda kirayədə yaşayan Mirqalib və Mircavad Əliyev qardaşları xüsusi karantin rejimi qaydalarına əməl edilməsi ilə bağlı nəzarət-profilaktik tədbirləri həyata keçirən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq mübahisəli vəziyyət yaradıblar.

Onların müvafiq icazələrinin olub-olmaması ilə bağlı şəxsiyyətlərini təsdiq edən sənəd tələb edildikdə onlar qəsdən polisin tələbinə tabe olmayıblar. Onlar şəxsiyyətlərini müəyyən etmək üçün polis bölməsinə aparılarkən orada olan qardaşların atası polisin fəaliyyətinə maneçilik törətməyə cəhd edib.

Belə olduqda polis əməkdaşları həmin şəxsləri 36-cı Polis bölməsinə apararaq şəxsiyyətlərini müəyyən edib və hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 454 və 211-ci maddələri ilə inzibati tənbeh tədbiri görülüb".

08 Avqust 2020 Azərbaycanda zəlzələə oldu
07 Avqust 2020 Sumqayıtda zavodda yanır — SON DƏQİQƏ
07 Avqust 2020 Ziya Bünyadov prospektindəki qəza tıxac yaratdı - Foto
07 Avqust 2020 İriçaplı pulemyotlar işə düşdü — Atəşkəs yenidən pozuldu
06 Avqust 2020 Sabah 36 dərəcə istii olacaq
06 Avqust 2020 Şəmkirdə qısqanc ər arvadının boğazını kəsib öldürdü — MƏHKƏMƏ
06 Avqust 2020 Biləsuvarda nişan mərasimi keçirənlər cərimələndi
06 Avqust 2020 Prokurorluq Goranboydakı qətllə bağlı məlumat yaydı - Yenilənib
06 Avqust 2020 Azərbaycanda vəzifəli şəxsə ağır itki — FOTO
06 Avqust 2020 Polis pizza sifarişi ilə şikayət edən qadını belə xilas ETDİ
05 Avqust 2020 Gəncədə karantini pozan çayxanalar aşkarlandı - Foto
05 Avqust 2020 Bakıda 1 milyonluq qızılları oğurlanan qadının kimliyi bəlli oldu
04 Avqust 2020 Sabbah hava necə olacaq?
04 Avqust 2020 Azərbaycanda əxlaqsızlıq yuvası aşkarlandı — FOTO
04 Avqust 2020 Ziyarətgaha gedənlər cərimələndi
04 Avqust 2020 Neft Daşlarında dalğa 5 metrə çatıb - Faktiki hava
04 Avqust 2020 Fəttah Heydərov 1-ci Fəxri xiyabanda dəfn olunacaq
04 Avqust 2020 General-leytenant Firudin Nəbiyev dünyasını dəyişdi
04 Avqust 2020 Azərbaycanda stilist intihar etdi
04 Avqust 2020 Azərbaycanda zəlzələ olldu
03 Avqust 2020 Oğuzda narkotik becərənlər polisə atəş açdı - Fotolar
03 Avqust 2020 Qaxda maşınla buldozeri sel apardı - Video
03 Avqust 2020 Neft Daşlarında dalğa 2.6 metrə çatıb - Faktiki hava
03 Avqust 2020 Fazil Məmmədovun kürəkəni 3,3 milyona bina alıb
01 Avqust 2020 Azərbaycanda nazirlikdə yoxlamalar: Materiallar Baş Prokurorluğa göndərildi
01 Avqust 2020 Azərbaycanda zibillər Mübariz İbrahimovun adını daşıyan küçəyə atılır - FOTO
01 Avqust 2020 Qanunsuz heyvan kəsən 7 nəfər saxlanıldı - Fotolar + Video
01 Avqust 2020 Bakı polsi YPX əməkdaşları ilə bağlı araşdırma aparıb
01 Avqust 2020 “Leş Tofiq” azadlığa çıxdı
01 Avqust 2020 Avqustun ilk günü hava necə olacaq?