Son xəbərlər

 
Vilyam Hacıyev bu pulları kimə verəcəkdi?
İcra başçılarının rüşvət üstündə yaxalanması getdikcə adi hala çevrilsə də, DTX əməliyyatları nəticəsində məmurların "ilişmə" prosesinin rəngarəngliyi-yəni, pulların verilməsi və qəbul olunması anları, görüntülərin müxtəif rakurslardan çəkilməsi, açığı deyək ki, həmişə xüsusi maraq oyadıb və cəmiyyət üçün göstərilən video kadrlarda pul əskinaslarının markaları, düzülüşü və işarələnməsi hər dəfə yenilik kimi qarşılanıb.

Moderator.az-ın yazdığına görə, İmişli icra hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin yaxalanması anı, onun saxlancığından çıxan səliqə ilə bükülmüş, yapışqanlanmış  pul dağarcıqları əvvəlkilərdən  həm həcmcə, həm də çox olması ilə fərqlənirdi. Ona görə cəmiyyətdə belə bir sual yaranırdı: bu icra baçcısı pulları niyə büküb saxlayıb? Adətən, Azərbaycandan oğurlanan pullar  ya daxildə, ya xaricdə obyekt almağa sərf edilib. Son günlər İngiltərə Cinayət agentliyinə minnətdar olmalıyıq ki, Azərbaycan məmurlarının Londonda yatırdıqları milyonların kimlərə mənsub olduğunu açıqladı. Əcəba, bəlkə Vilyam Hacıyev də pul bağlamalarını Londona aparmaq niyyətində olub? 
 
 
Hakimiyyətdəki yuxarı eşalona yaxın mənbələrdən birinin verdiyi məlumata görə V.Hacıyevin topladığı pullar yuxarılarda sözü keçən səlahiyyətli şəxslərdən birinə çatmalıymış. Hədiyyə kimi yox, bu milyonların əvəzində V.Hacıyevin Prezident Administrasiyasında yüksək posta təyin olunması gözlənilirmiş. Son anda bu niyyətdən xəbərdar olan yüksək vəzifəli şəxs bu "əməliyyat”ın qarşısını ala bilib...
 
 
Xatırlatmaq yerinə düşər ki, V.Hacıyevin ardınca Göy-göl rayon icra hakimiyyətinin başçısı da vəzifədən azad edildi. Mənbənin məlumatına görə əslən Göy-göl rayonundan olan V.Hacıyev o rayonun baççısı Arif Seyidovu da bu işə qoşubmuş. O Arif Seyidovdan da vəsait toplayıb ki, daha yüksək vəzifəyə gedir, əvəzində yerinə 14 il Göy-göl rayonuna başçılıq etmiş Arif Seyidovu gətirir, Göy-göl rayonunun icra başçısının yerinə isə özlərinə yaxın yeni bir şəxsin təyinat almasına çalışırlar. DTX əməliyyatı isə bütün bu planları alt-üst edir...
 
Mənbə V.Hacıyevin həbsinə qərar verən məhkəmə prosesi bitəndən sonra, çıxışda V.Hacıyevin yaxınlarına müraciət edərək "Narahat olmayın, tezliklə haqq-ədalət öz yerini tutacaq” deməsi havayı deyil. V.Hacıyevin bu mesajı daha çox başqasına ünvanladığı barədə həqiqətə yaxın söz-söhbətlər dolaşmaqda davam edir.    
 
V.Hacıyev Bakıda hansı vəzifəni tutmaq üçün çalışırdı və bunun üçün toplanan pul kimə çatacaq idi? Bu və digər suallar hələlik açıq qalır. 
 

15 Aprel 2024 Azyaşlıya əxlaqsız hərəkətlər edən şəxs saxlanıldı - Video
15 Aprel 2024 Prokuror Aytən Kərimovaya 7 il həbs istədi
13 Aprel 2024 Bakıda kafedən oğurluq edən şəxs saxlanıldı
13 Aprel 2024 Bakıda binaya bitişik konstruksiyada yanğın - Video
13 Aprel 2024 Gəncədə iki mərtəbəli evdə yanğın: ölən var
13 Aprel 2024 Çingiz Abdullayev zəhərləndi: Vəziyyəti ağırdır
12 Aprel 2024 Ağdamda iki nəfər minaya düşdü
12 Aprel 2024 Kəlbəcərdə 27 ədəd əl qumbarası tapıldı
11 Aprel 2024 Novxanıda yolda qoyun otaran şəxs həbs edildi
10 Aprel 2024 Yeni tikilməkdə olan evlərdən oğurluq etdi
10 Aprel 2024 İçki içən anasını çəkiclə döyüb öldürdü
08 Aprel 2024 Belarusdan gətirilən toyuq məhsulunda bakteriya aşkarlandı
06 Aprel 2024 Həmkəndlisini hər iki ayağından güllələdi
04 Aprel 2024 Bakıda 3 evdən antik əşyalar və 30 minlik qızıl oğurlandı
03 Aprel 2024 Zərdabda əməliyyat: saxlanılanlar var
03 Aprel 2024 Ombudsmandan son mina partlayışlarına reaksiya
01 Aprel 2024 Fatmayıda 8 min manatlıq qızıl-zinət əşyaları oğurlandı
01 Aprel 2024 Sahildə meyiti tapılan körpənin nənəsi danışdı
31 Mart 2024 Beyləqanda narkotik satmaq istəyənlər tutuldu
31 Mart 2024 Sumqayıtda faciə: 13 yaşlı yeniyetmə narkotikdən öldü
31 Mart 2024 Beyləqanda silah-sursat tapıldı
30 Mart 2024 Bərdə polisindən əməliyyat: saxlanılan var
29 Mart 2024 Sumqayıtda fəhlə faciəvi şəkildə öldü
29 Mart 2024 Keçmiş məhkum Bakıda 3 evi soydu
28 Mart 2024 Bakıda soyğunçuluq edən şəxs saxlanıldı - Video
28 Mart 2024 Ağdərədə qumbaraatan və pulemyot aşkarlandı
27 Mart 2024 Qadın liftdə öldü, rəis işdən çıxarıldı - Rəsmi
27 Mart 2024 Xəstəxananın həyətində körpə meyiti tapıldı
27 Mart 2024 Bakıda 2500 manatlıq elektron siqaret oğurlandı
27 Mart 2024 Bakıda kişi kranla beton lövhə arasında qalaraq öldü