Son xəbərlər

 
Gömrükdə “yemiş” əməliyyatı
Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə İrandan Ukraynaya yük maşınında külli miqdarda narkotik vasitənin gömrük nəzarətindən gizlədilərək aparılacağı barədə məlumat daxil olub.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, həmin əməliyyat məlumatı əsasında Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İranın Astara şəhərindən Ukraynanın Xarkov şəhərinə “yemiş” yükü aparan Azərbaycan vətəndaşı Allahverdi İman oğlu Məmmədovun etibarnamə ilə idarə etdiyi “Mercedes-Benz” markalı, 99BF868/99ZD868 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi saxlanılıb.

Gömrük yoxlamasından öncə adı çəkilən vətəndaş idarə etdiyi yük avtomobilində müvafiq sənədlərdə göstərilən “yemiş” yükündən başqa, gömrük nəzarətindən gizlədilən və ya gömrük nəzarətinə bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.

Lakin kinoloji xidmət itinin tətbiqi ilə keçirilən yoxlama zamanı xidməti it avtomobilin qoşqusuna reaksiya verib. Qoşquda olan 26 ədəd paletdə qablaşdırılan “yemiş” yükü boşaldılıb və xidməti itin tətbiqi ilə yenidən yoxlanılıb.

Bu dəfə isə xidməti it əsasən 10 ədəd paletə reaksiya verib və həmin paletlərdə olan yüklər əsaslı yoxlanılıb.

Yoxlama zamanı 10 paletdə olan 720 ədəd yeşikdə 526 ədəd bağlama aşkar edilib. Bu bağlamalar “örtücü mal” qismində istifadə olunmaq məqsədilə yığılan “yemişlərin” altından çıxarılıb.

Bağlamaların içərisində isə preslənmiş halda, spesifik qoxu ilə müşayət olunan, açıq-qəhvəyi rəngli, qablaşdırma ilə birlikdə ümumi çəkisi 545 kiloqram 105 qram təşkil edən narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı nəqliyyat vasitəsinin sürücüsü Məmmədov Allahverdi İman oğlu CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Xatırladaq ki, Azərbaycan gömrük orqanları son üç gün ərzində 826 kiloqram 054 qram heroin aşkarlayıb və həmin narkotik vasitələrin Avropanın qara bazarında dəyəri 50 milyon avrodan artıqdır.

23 Aprel 2024 Mühafizəçi işlədiyi idman zalının kassasını taladı - Video
20 Aprel 2024 Bakıda taxta bazarındakı yanğın söndürüldü - Video
19 Aprel 2024 Tovuzda qadının üstünə benzin töküb yandırdı
19 Aprel 2024 Bakıda marketlərdən 3 minlik tütün məmulatı oğurlandı
18 Aprel 2024 Bakıda sinaqoqda hamıdan namaz tələb etdi, həbs edildi
18 Aprel 2024 Evdən gitara və saz oğurlayanlar həbs edildi
17 Aprel 2024 Bakıda 7 yaşlı uşağı motosiklet vurdu
15 Aprel 2024 Azyaşlıya əxlaqsız hərəkətlər edən şəxs saxlanıldı - Video
15 Aprel 2024 Prokuror Aytən Kərimovaya 7 il həbs istədi
13 Aprel 2024 Bakıda kafedən oğurluq edən şəxs saxlanıldı
13 Aprel 2024 Bakıda binaya bitişik konstruksiyada yanğın - Video
13 Aprel 2024 Gəncədə iki mərtəbəli evdə yanğın: ölən var
13 Aprel 2024 Çingiz Abdullayev zəhərləndi: Vəziyyəti ağırdır
12 Aprel 2024 Ağdamda iki nəfər minaya düşdü
12 Aprel 2024 Kəlbəcərdə 27 ədəd əl qumbarası tapıldı
11 Aprel 2024 Novxanıda yolda qoyun otaran şəxs həbs edildi
10 Aprel 2024 Yeni tikilməkdə olan evlərdən oğurluq etdi
10 Aprel 2024 İçki içən anasını çəkiclə döyüb öldürdü
08 Aprel 2024 Belarusdan gətirilən toyuq məhsulunda bakteriya aşkarlandı
06 Aprel 2024 Həmkəndlisini hər iki ayağından güllələdi
04 Aprel 2024 Bakıda 3 evdən antik əşyalar və 30 minlik qızıl oğurlandı
03 Aprel 2024 Zərdabda əməliyyat: saxlanılanlar var
03 Aprel 2024 Ombudsmandan son mina partlayışlarına reaksiya
01 Aprel 2024 Fatmayıda 8 min manatlıq qızıl-zinət əşyaları oğurlandı
01 Aprel 2024 Sahildə meyiti tapılan körpənin nənəsi danışdı
31 Mart 2024 Beyləqanda narkotik satmaq istəyənlər tutuldu
31 Mart 2024 Sumqayıtda faciə: 13 yaşlı yeniyetmə narkotikdən öldü
31 Mart 2024 Beyləqanda silah-sursat tapıldı
30 Mart 2024 Bərdə polisindən əməliyyat: saxlanılan var
29 Mart 2024 Sumqayıtda fəhlə faciəvi şəkildə öldü