Son xəbərlər

 
34 yaşlı kişi ondan ayrılmaq istəyən arvadını yataqda öldürdü
Gəncə şəhərində həyat yoldaşını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirməkdə ittiham olunan 1986-cı il təvəllüdlü Zaur Orucovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Demokrat.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyunun 10-na təyin olunub.

İttihama görə, Zaur Orucov Gəncə şəhəri, Zülfü Hacıyev küçəsində həyat yoldaşı, 1995-ci il təvəllüdlü Nuranə Quliyevanı bıçaqlayaraq qətlə yetirib.

Zaur Orucov polis əməkdaşları tərəfindən yaxalanıb. İstintaq araşdırması zamanı məlum olub ki, hadisədən əvvəl Nuranə Quliyeva ərindən boşanmaq istəyib. Buna görə də onların arasında mübahisə yaranıb. Nuranə Quliyeva Zaur Orucovu yaşadıqları evdən qovub.

2019-cu il noyabrın 15-də, gecə saatlarında evə gələn Zaur Orucov qapını bağlı görüb. O, evin pəncərəsindən içəri daxil olub və yataqda yuxuda olan Nuranə Quliyevaya 8 bıçaq zərbəsi vurub.

Qadın Gəncə Şəhər Beynəlxalq Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

İstintaq orqanı tərəfindən Zaur Orucovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

14 İyul 2020 Ermənistan silahlı qüvvələrinin artilleriya divizionunun idarəetmə məntəqəsi məhv edilib — VİDEO
14 İyul 2020 Ermənistan ordusunun öldürdüyü kənd sakininin evi minaatan atəşindən sonra — VİDEO
14 İyul 2020 "Hazırda ön xətdə şiddətli döyüşlər gedir" — Müdafiə Nazirliyi
14 İyul 2020 Ermənistan sərhəddə təxribat törətdi: Mülki şəxs vəfat etdi
14 İyul 2020 Koronavirusa yoluxan həkimin son vəziyyəti necədir?
14 İyul 2020 Ermənilər yenidən Tovuzun iki kəndini atəşə tutub — Cəbhədə gərginlik
14 İyul 2020 ETSN: Gorançaydan güclü sel keçib — FOTO
13 İyul 2020 SON DƏQİQƏ: Düşmənin bir neçə hərbi obyekti, texnikası, 20 nəfərdən çox şəxsi heyəti məhv edilib — VİDEO
13 İyul 2020 Azərbaycanda yanacaqdoldurma məntəqəsində partlayış — Yaralılar var - YENİLƏNİB
13 İyul 2020 Koronavirus xəstəsi evini tərk etdi, qonşusu ilə dalaşdı – Qubada
13 İyul 2020 Bakıda sex yandı, yaralanan var
13 İyul 2020 Müdafiə Nazirliyi video yaydı - Baş leytenant şəhid oldu
12 İyul 2020 Tovuz istiqamətində vəziyyət yenidən gərginləşdi - Rəsmi
12 İyul 2020 Şəhidlərimizin cənazəsi izdihamla qarşılandı - Video
12 İyul 2020 SON DƏQİQƏ: Azərbaycan - Ermənistan sərhədində düşmən təxribatı: Döyüş gedir, itkilər var — RƏSMİ
11 İyul 2020 Sabahın hava proqnozuu
11 İyul 2020 Vəziyyəti ağırlaşdığı üçün Türkiyəyə aparılan deputatdan xəbər var
10 İyul 2020 Sabah yağış yağacaaq
10 İyul 2020 Yeni xəstəlik COVID-19-dan daha dəhşətli olacaq — VİDEO
10 İyul 2020 Denge xəstəliyinə yoluxanların sayı artdı
10 İyul 2020 Cəbhədə son durum
09 İyul 2020 Sabah güclü küləək əsəcək
09 İyul 2020 SON DƏQİQƏ! “Bandotdel” bu nazirliyin əməkdaşlarını rüşvət alarkən SAXLADI
09 İyul 2020 DTX-nin tutduğu XİN vəzifəliləri barədə qərar verildi
09 İyul 2020 “Pozitiv dedilər, müalicə aldıq, sonradan neqativ olduğunu bildirdilər”
09 İyul 2020 Azərbaycanda daha bir tanınmış həkim koronavirusa yoluxdu
08 İyul 2020 Bakıda polislə sakinlər arasında baş verən insidentlə bağlı RƏSMİ AÇIQLAMA — VİDEO
08 İyul 2020 Koronavirusa yoluxmuş deputat evə buraxıldı — Ev şəraitində karantində olacam
08 İyul 2020 Azərbaycanda koronavirusa yoluxmuş şəxs ət satışı məntəqəsində tutuldu
08 İyul 2020 Bakıda molla Baku TV-nin çəkiliş qrupuna hücum etdi — VİDEO