Son xəbərlər

 

İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə qərarından verilən apelyasiya şikayətinə baxılıb.

 Bakı Apelyasiya Məhkəməsində hakim Namiq Məmmədovun sədrliyi ilə baş tutan iclasda Vilyam Hacıyevin şikayəti üzrə qərar elan olunub.

Vilyam Hacıyevin həbsdən azad olunması ilə bağlı verdiyi şikayət təmin olunmayıb.

Qeyd edək ki, mayın 6-da Səbail rayon Məhkəməsinin qərarı ilə Vilyam Hacıyevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin icra hakimiyyətinin sərəncamında olan vəsaitlərin sosial yardım adı altında bir hissəsini ələ keçirilməsini, eləcə də ölkə ərazisində xüsusi karantin rejiminin tələblərinin pozulması ilə sərbəst hərəkət etmək üçün bəzi vətəndaşlara saxta arayışların verilməsini tapşırmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsənilən pul vəsaitlərini sahibliyində olan yaşayış evində qəbul etdiyinə əsaslı şübhələr müəyyən olunub.

2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilmişdir. Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

İstintaq araşdırmaları zamanı, sosial-məişət şəraitinin aşağı olması ilə bağlı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş çoxmənzilli yaşayış binasında növbəli qaydada verilməli olan mənzillərin Vilyam Hacıyev tərəfindən rüşvət müqabilində qanunazidd verilməsinə əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda, işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Vilyam Hacıyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib.

Həmçinin Vilyam Hacıyevin rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin müntəzəm nağdlaşdıraraq mənimsəməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Vilyam Hacıyevin tabeçiliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair məlumatlar əldə edilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin Baş İstintaq İdarəsində istintaq davam edir.  /Axar.az/

03 İyun 2020 Bakıda güclü YANĞIN BAŞLADI — SON DƏQİQƏ!
03 İyun 2020 Daha bir neçə vəzifəli şəxs barəsində cinayət işi açıldı
03 İyun 2020 Azərbaycanda icra nümayəndəsinin oğlu heroinlə tutuldu – FOTO
03 İyun 2020 Gömrükdə “yemiş” əməliyyatı — Yarım tondan çox narkotik ələ keçirildi - VİDEO
03 İyun 2020 AzTV-də koronavirus həyacanı - Karantinə alındı — SON DƏQİQƏ!
03 İyun 2020 Zakir Qaralovun qardaşına cinayət işi açıldı
03 İyun 2020 34 yaşlı kişi ondan ayrılmaq istəyən arvadını yataqda öldürdü — Gəncədə dəhşətli qətl
03 İyun 2020 Mehmanın vəziyyəti ilə bağlı SON XƏBƏR
03 İyun 2020 Göyçayda zəncirvari qəza — Xəsarət alanlar var - FOTO
02 İyun 2020 Sabah Bakıda 32 dərəcə isti olacaq
02 İyun 2020 Nikol koronaya Azərbaycanda yoluxub – Video
02 İyun 2020 Qadının gizli mesajları üzə çıxdı: "Halalımsan, sevgilimsən..." — BAKIDAKI DƏHŞƏTLİ CİNAYƏTİN ŞOK TƏFƏRRÜATI-VİDEO
01 İyun 2020 Nərmin olayıyla bağlı ŞOK DETALLAR — GECƏ QƏBRİNİ... - VİDEO
01 İyun 2020 Bakıda etiraz aksiyası keçirilir — SON DƏQİQƏ
01 İyun 2020 Azərbaycandaa yüksək vəzifəli şəxs VƏFAT ETDİ
01 İyun 2020 Şəhəri qarışdıran ayı hansı məmur villasından qaçıb? — İDDİA
01 İyun 2020 Azərbaycanda ana və qızı amansızlıqla qətlə yetirildi — FOTO
30 May 2020 SON DƏQİQƏ! Azərbaycanda yüksək vəzifəli şəxs bıçaqlandı — Vəziyyəti ağırdır
30 May 2020 İcra başçısının biznesinə nəzarət edən "Fedya" qəzada öldü — FOTO
30 May 2020 Şimşək çaxacaq, dolu düşəcək — Sabahın HAVASI
29 May 2020 Hava kəskin dəyişəcək – XƏBƏRDARLIQ
29 May 2020 Baş redaktorun anası koronavirusdan vəfat etdi
29 May 2020 Hacıqabulda “Yura” ləqəbli narkotacir tutulub
29 May 2020 Qubada avtomobil dərəyə aşıb — Bir nəfər ölüb
29 May 2020 Bu gün 37 dərəcə isti olacaq
27 May 2020 XAÇMAZDA DƏHŞƏT-35 yaşlı kişini diri-diri yandırdılar
27 May 2020 Sabah 35 dərəcə isti olacaq
27 May 2020 Bakıda qadın sürücü 6 qat dünya çempionu olan polisi xəstəxanalıq etdi
27 May 2020 Azərbaycanda zəlzələ oldu
27 May 2020 Ata dilənmək istəməyən oğlunu başından bıçaqladı — BAKIDA DƏHŞƏT - FOTOLAR