Son xəbərlər

 
Nazirlər Kabinetinin qərarına dəyişiklik edildi
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”nın təsdiq edilməsi haqqında 504 nömrəli qərarına dəyişiklik edilib.

Qərara əsasən, ölkə üzrə icbari tibbi sığortanın tətbiqi 3 mərhələdə həyata keçiriləcək. Belə ki, icbari tibbi sığortanın ikinci mərhələdə tətbiqi planlaşdırılan 21 inzibati ərazi vahidi, üçüncü mərhələdəki 15 inzibati ərazi vahidi ilə birgə sistemə qoşulacaq. Beləliklə, icbari tibbi sığortanın ikinci mərhələdə tətbiqi aprel ayında deyil, iyul ayında həyata keçiriləcək.

İyul ayının 1-dən etibarən icbari tibbi sığorta Gəncə, Naftalan və Şirvan şəhərlərində, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad, Hacıqabul rayonlarında tətbiq olunacaq.

Oktyabr ayının 1-dən etibarən isə Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa əhalisi icbari tibbi sığortanın xidmətlər zərfindən istifadə edəcək.

Qərara dəyişiklik edilməsinə səbəb bir sıra dövlət qurumlarının, o cümlədən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) işçi heyətinin və maddi resurslarının ölkədə koronavirus pandemiyası ilə mübarizəyə səfərbər edilməsidir. Koronavirusla bağlı respublikada yaranmış vəziyyət Agentliyin və TƏBİB-in, o cümlədən bütün tibb müəssisələrinin və tibb işçilərinin ölkədə hər an dəyişə bilən sanitar-epidemioloji vəziyyətə hazır olmalarını, onların bütün güc və səylərinin virusla ciddi mübarizəyə yönəltmələrini tələb edir.

Qeyd edək ki, hazırda icbari tibbi sığorta 23 şəhər və rayonda (Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Mingəçevir, Ağdaş və Yevlax) tətbiq edilir.

05 İyun 2020 Sabah hava necə olaccaq?
05 İyun 2020 Tələbə qızın intiharı ilə bağlı TƏFƏRRÜAT — İstəmədiyi adamla evlənməyə məcbur edildiyi üçün...
05 İyun 2020 Bakıda itləri dalaşdıranlarla bağlı məlumat yayan şəxsə atəş açdılar — VİDEO
05 İyun 2020 "Oğlum arvadını tövlədə başqa kişi ilə tutdu" — Keçmiş gəlinini yaba ilə öldürən qayınata
05 İyun 2020 Bakıda xəstəxanada daha iki ölüm — Koronavirus şübhəsi
05 İyun 2020 Bakının 4 rayonunda polis əməliyyat keçirdi — Saxlanılanlar var
05 İyun 2020 Vilyam Hacıyev bu pulları kimə verəcəkdi? — Sensasion iddia
05 İyun 2020 Cəbhədə silahlar susmadııı
04 İyun 2020 6 azərbaycanlı koronavirusdan öldü — RƏSMİ
04 İyun 2020 Azərbaycanda daha bir qurumun əməkdaşları koronavirusa yoluxdu
04 İyun 2020 Azərbaycanda vəzifəli şəxs koronavirusa yoluxdu — SON DƏQİQƏ
04 İyun 2020 Göyçayda iki uşaq atası özünü körpüdən ataraq intihar etdi
04 İyun 2020 "Səndən də yaxşı kişilər məni istəyir deyib, çantasından bıçaq çıxartdı" — Bakıda 7 il sonra üstü açılan DƏHŞƏTLİ CİNAYƏTİN TƏFƏRRÜATI-VİDEO
04 İyun 2020 Bakıda avtobus partladı — VİDEO
03 İyun 2020 Bakıda güclü YANĞIN BAŞLADI — SON DƏQİQƏ!
03 İyun 2020 Daha bir neçə vəzifəli şəxs barəsində cinayət işi açıldı
03 İyun 2020 Azərbaycanda icra nümayəndəsinin oğlu heroinlə tutuldu – FOTO
03 İyun 2020 Gömrükdə “yemiş” əməliyyatı — Yarım tondan çox narkotik ələ keçirildi - VİDEO
03 İyun 2020 AzTV-də koronavirus həyacanı - Karantinə alındı — SON DƏQİQƏ!
03 İyun 2020 Zakir Qaralovun qardaşına cinayət işi açıldı
03 İyun 2020 34 yaşlı kişi ondan ayrılmaq istəyən arvadını yataqda öldürdü — Gəncədə dəhşətli qətl
03 İyun 2020 Mehmanın vəziyyəti ilə bağlı SON XƏBƏR
03 İyun 2020 Göyçayda zəncirvari qəza — Xəsarət alanlar var - FOTO
02 İyun 2020 Sabah Bakıda 32 dərəcə isti olacaq
02 İyun 2020 Nikol koronaya Azərbaycanda yoluxub – Video
02 İyun 2020 Qadının gizli mesajları üzə çıxdı: "Halalımsan, sevgilimsən..." — BAKIDAKI DƏHŞƏTLİ CİNAYƏTİN ŞOK TƏFƏRRÜATI-VİDEO
01 İyun 2020 Nərmin olayıyla bağlı ŞOK DETALLAR — GECƏ QƏBRİNİ... - VİDEO
01 İyun 2020 Bakıda etiraz aksiyası keçirilir — SON DƏQİQƏ
01 İyun 2020 Azərbaycandaa yüksək vəzifəli şəxs VƏFAT ETDİ
01 İyun 2020 Şəhəri qarışdıran ayı hansı məmur villasından qaçıb? — İDDİA