Azərbaycanda daha 1 nəfər koronavirusdan öldü
Azərbaycan Respublikasında 29 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmış, 1 nəfər vəfat etmişdir.

 Nazirlər Kabineti yanında Operativ Qərargah xəbər verir ki, 2020-ci il martın 12-də Türkiyədən qayıtmış 1961-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı yüksək bədən hərarəti və nəfəs darlığı ilə xüsusi rejimli xəstəxanaya daxil olmuş, müayinə zamanı onda xroniki bronxit olduğu müəyyən edilmiş, pasiyentdən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmışdır.

Xəstənin vəziyyətinin stabilləşdirilməsi ilə bağlı həyata keçirilən reanimasiya tədbirləri nəticə verməmişdir. Hazırda onun ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.

Eyni zamanda, koronavirus infeksiyasına yoluxmuş 5 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 104 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 5 nəfərin vəziyyəti ağır, 9 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Ötən müddət ərzində Azərbaycanda insanların yeni koronavirus (COVİD - 19) infeksiyasına yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 20 mindən artıq test aparılmışdır.

Koronavirusa yoluxma halları həm Azərbaycana xaricdən gələn şəxslər sırasında, həm də ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır. Bundan başqa, artıq ölkəmizin müxtəlif regionlarında yaşayan insanlar arasında infeksiyaya yoluxma halları qeydə alınmağa başlamışdır.

Bu səbəbdən vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və xüsusi karantin rejiminə əməl etmək tələb olunur. Vətəndaşlarımızı bir daha şəxsi gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq.

Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunmuşdur. Xüsusi rejim qaydalarına əsasən, xüsusi təyinatlı avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılmış, 65 yaşdan yuxarı insanların evdən çıxması, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilmiş, vətəndaşlara yerüstü nəqliyyatdan istifadə etmək, insnalararası təmaslarda 2 metrlik məsafə saxlamaq, koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103 və ya 15-42 nömrəli qaynar xəttlərə zəng etmək ciddi tövsiyə olunmuşdur.

28 Mart 2024 Bakıda soyğunçuluq edən şəxs saxlanıldı - Video
28 Mart 2024 Ağdərədə qumbaraatan və pulemyot aşkarlandı
27 Mart 2024 Qadın liftdə öldü, rəis işdən çıxarıldı - Rəsmi
27 Mart 2024 Xəstəxananın həyətində körpə meyiti tapıldı
27 Mart 2024 Bakıda 2500 manatlıq elektron siqaret oğurlandı
27 Mart 2024 Bakıda kişi kranla beton lövhə arasında qalaraq öldü
26 Mart 2024 CHP sədri ilə İncə arasında gərginlik: Seçki gecəsi...
26 Mart 2024 Qanunsuz ağac kəsən şəxs barədə akt tərtib edildi
26 Mart 2024 Güclü külək Goranboyda fəsadlar törətdi
26 Mart 2024 Saatlıda balıq tutan kişi faciəvi şəkildə öldü
26 Mart 2024 Xankəndidə saatlı bomba tapıldı
26 Mart 2024 Qadın itkin düşən baldızını axtarır
22 Mart 2024 Ödəmə terminalından 9 min pul oğurlandı
21 Mart 2024 Xankəndidə xeyli silah-sursat aşkarlandı
20 Mart 2024 Əlində fişəng partladı, xəstəxanaya yerləşdirildi
19 Mart 2024 7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
19 Mart 2024 AXCP-nin rayon təşkilatının sədri narkotiklə tutuldu
19 Mart 2024 Xankəndidə silah-sursat aşkarlandı
19 Mart 2024 Bu hospital jurnalistin anasını öldürdü, araşdırma başladı
18 Mart 2024 Daha bir azyaşlını it dişlədi
18 Mart 2024 Füzulidə dəhşətli cinayət: arvadını kabab yediyinə görə öldürdü... - ŞOK
16 Mart 2024 Mil-Muğan kanalında balıq ovlayan şəxs saxlanıldı
16 Mart 2024 Arvadını, qayınanasını və qaynını güllələdi
16 Mart 2024 Bakıda “Porşe”nin nömrəsi oğurlandı - Video
15 Mart 2024 Sumqayıtda 47 yaşlı kişi faciəvi şəkildə öldü
14 Mart 2024 Vətəndaşları işə düzəltmək adı ilə aldadan şəxs həbs edildi
14 Mart 2024 Bakıda 32 yaşlı kişi öldürüldü
13 Mart 2024 Ölkəmizdə 35 milyonluq narkotik dövriyyədən çıxarıldı
13 Mart 2024 Bakı-Sumqayıt yolunda qəza: sıxlıq yarandı
12 Mart 2024 Şabranda doğuş zamanı ana və körpəsi öldü