Son xəbərlər

 
Azərbaycanda daha 6 nəfər koronavirusa yoluxdu, ölən var
Azərbaycan Respublikasında 6 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı aşkarlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, qeyd olunan şəxslərdən 1 nəfər Azərbaycan Respublikası vətəndaşı yüksək bədən hərarəti və nəfəs darlığı şikayətləri ilə xəstəxanaya müraciət edib. Eyni zamanda şəkərli diabet və ürəyin işemik xəstəliyi olan pasiyentdən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb. Həkimlərin səyinə baxmayaraq, xəstənin vəziyyətinin kəskinləşməsi səbəbindən onun həyatını xilas etmək mümkün olmayıb və pasiyent xəstəxanaya daxil olduğu gün vəfat edib. Xəstənin ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilmiş və karantinə götürülüblər.

Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 81 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 3 nəfərin vəziyyəti ağır, 5 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Ölkədə infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif karantin zonalarına yerləşdirilən 2 914 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər davam edir.

Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub. Xüsusi rejim qaydalarına əsasən, 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan olunub, bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi təmin edilir. Xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılmış, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib.

Hazırda koronavirusa yoluxma halları həm Azərbaycana xaricdən gələn şəxslər sırasında, həm də ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır. Bu səbəbdən vətəndaşlarımızı bir daha gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq.

Vətəndaşlardan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və xüsusi karantin rejiminə əməl etmək tələb olunur.

23 Sentyabr 2020 Ağstafada arı sancan kişi öldü
15 Sentyabr 2020 Bakıda “BakuBus” yandı - Foto
03 Sentyabr 2020 Binəqədidə ər arvadını moteldə öldürdü
30 Avqust 2020 Xaçmazda Aşura mərasimi keçirənlər saxlanıldı
27 Avqust 2020 Ağdaşda ağır qəza - 3 ölü, 2 yaralı
24 Avqust 2020 Gürcüstanda mikroavtobus dərəyə aşdı - 12 ölü, 3 yaralı
20 Avqust 2020 “Lotu Quli”ni öldürən öz adamı olub
18 Avqust 2020 Sabaha olan hava proqnozu
18 Avqust 2020 “Bandotdel” əməliyyat keçirdi - Video
17 Avqust 2020 Koronavirusun daha bir qorxunc tərəfi üzə çıxdı
17 Avqust 2020 Azərbaycanda dəhşətli qəzada həyatını itirən gənclər — FOTO
17 Avqust 2020 Aqressiv sürücü və mülayim yol polisi: bu videoya diqqətlə baxın - VİDEO
17 Avqust 2020 Dəhşətli yol qəzası; “Huyndai”la vurulan qız havada metrlərlə uçdu – ANBAAN VİDEO (+21)
17 Avqust 2020 Məşhur ulduz çəkiliş zamanı qəzaya düşdü; 4 milyon manatlıq motosiklet yandı - FOTOlar
17 Avqust 2020 Narkotik aludəçisi içində anası və iki qızı olan evi yandırdı — VİDEO
17 Avqust 2020 Həftənin ilk gününə olan hava proqnozu — AÇIQLANDI
17 Avqust 2020 Xırdalanda motosiklet piyadanı xəstəxanalıq etdi
17 Avqust 2020 Cəlilabadda damarlarını doğrayan gənc Bakıya gətirildi
14 Avqust 2020 Şimşək çaxacaq, yağış yağacaq — SABAHIN HAVASI
14 Avqust 2020 Şahbaz Xuduoğlunun polislə bağlı videosuna DİN-dən cavab
14 Avqust 2020 Ata oğlunu güllələdi — Göygöldə dəhşət
13 Avqust 2020 Bakıda avtobus yanıb külə döndü — VİDEO
13 Avqust 2020 Tovuzda həyəcan siqnalı — Xüsusi çevik dəstə göndərildi
13 Avqust 2020 Rüşvət alan məmurların işi məhkəməyə göndərildi
13 Avqust 2020 ABŞ-da azərbaycanlılara hücum edən bu erməni axtarılır - Foto
13 Avqust 2020 Ukraynada “Lotu Quli”nin adamları saxlanıldı - Fotolar
13 Avqust 2020 Azərbaycanda zəlzələ olduu — SON DƏQİQƏ
13 Avqust 2020 Bakıda taksi sürücüsü müştərini baltalamaq istədi — ANBAAN VİDEO
13 Avqust 2020 Abşeronda ana və qızını avtomobil vurdu
12 Avqust 2020 Sabah havanın hərarəti 35 dərəcəyə yüksələcək