Son xəbərlər

 
Nərmini qətlə yetirməkdə təqsirləndirilən şəxsdən XƏBƏR VAR

Tovuz rayonunun Dondar Quşçu kəndində qətlə yetirilən azyaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən kənd sakini İlkin Süleymanovun barəsində seçilmiş həbs qətimkan tədbirin müddəti uzadılıb.

Bu barədə Trend-ə açıqlamasında İ.Süleymanovun vəkili Əlibaba Rzayev bildirib.

Onun sözlərinə görə, Nəsimi rayon Məhkəməsində İ.Süleymanovun həbs müddətinin artırılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin olunub və İlkin Süleymanovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 4 ay artırılıb.

Qeyd edək ki, ötən il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti bu il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.

İ.Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

İlkin Süleymanovun barəsində cinayət işi üzrə istintaq Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində aparılır.

İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

07 Aprel 2020 Azərbaycanda dəhşət: Kişi arvadını həyətdə yad adamla tutdu,cinsiyyət orqanını kəsdi — (18+VİDEO)
07 Aprel 2020 Xüsusi karantin rejimini pozan sürücü polisdən qaçmaq istədi
07 Aprel 2020 Kişi həyat yoldaşını, oğlunu, gəlinini və nəvəsini diri-diri yandırdı — ŞƏMKİRDƏ DƏHŞƏTLİ HADİSƏ
06 Aprel 2020 Prezident Akif Çovdarov əfv etdi
06 Aprel 2020 Azərbaycanda BİABIRÇILIQ: Şagird müəllimindən HAMİLƏ QALDI
06 Aprel 2020 Azərbaycanda daha 12 nəfər koronavirusdan sağaldı — RƏSMİ
06 Aprel 2020 Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxdu — SON DƏQİQƏ - RƏSMİ/VİDEO
06 Aprel 2020 Sabah yağış yağacaq, güclü külək əsəcək
06 Aprel 2020 Karantin rejimini pozan 6 nəfər həbs edildi, 3 800 nəfər cərimələndi
06 Aprel 2020 Bərdədə bələdiyyə cəzalandırıldı
06 Aprel 2020 Ağcabədidə iki qardaşı diri-diri yandırdılar — DƏHŞƏTLİ CİNAYƏT
06 Aprel 2020 Naxçıvanda 18 nəfərdə koronavirus aşkarlandı — SON DƏQİQƏ
06 Aprel 2020 Mağaza sahibi dükana oğurluğa girən şəxsi ürəyindən bıçaqladı — TOVUZDA DƏHŞƏTLİ QƏTL
06 Aprel 2020 Sumqayıtda yol polisi əməkdaşı qəza törətdi, özü və həyat yoldaşı xəstəxanalıq oldu — FOTO
04 Aprel 2020 Azərbaycanda daha 78 nəfərdə koronavirus aşkarlandı - Operativ Qərargah — SON DƏQİQƏ
04 Aprel 2020 Bakıda 17 dərəcə isti olacaq — HAVA PROQNOZU
04 Aprel 2020 Bakıda zəncirvari qəza — Yolda tıxac yarandı
03 Aprel 2020 Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxdu — SON DƏQİQƏ
02 Aprel 2020 Bakıda itin gözlərini çıxarıb küçəyə atdılar — FOTO/VİDEO
02 Aprel 2020 Azərbaycanda daha 41 nəfər koronavirusa yoluxdu — RƏSMİ
02 Aprel 2020 Kəlbəcərin işğalından 27 il keçir
01 Aprel 2020 Azərbaycanda daha 61 nəfərdə koronavirus aşkarlandı — SON DƏQİQƏ
01 Aprel 2020 Vuhanda günlər sonra yenidən koronavirus AŞKARLANDI
31 Mart 2020 Daha bir rayonda koronavirus TAPILDI — SON DƏQİDƏ
28 Mart 2020 Keçmiş polis rəisi koronavirusa yoluxdu — VİDEO
28 Mart 2020 Azərbaycanda vəzifəli şəxs koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib?
27 Mart 2020 Azərbaycanda koronavirusa görə karantinə alınanların sayı 3500-ə çatır - RƏSMİ
27 Mart 2020 Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxdu — RƏSMİ
27 Mart 2020 Nazirlər Kabinetinin qərarına dəyişiklik edildi — İyul ayının 1-dən etibarən...
27 Mart 2020 “Azərbaycanda virusa yoluxanların sayı həndəsi silsilə ilə artır” — VİDEO