Son xəbərlər

 

Neftçalanın həbs edilən sabiq icra başçısı İsmayıl Vəliyev barəsində seçilən həbs qətimkan tədbirindən apelyasiya şikayəti verməyib.

Həbs olunan şəxslərdən yalnız rayonun Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev barəsində seçilmiş həbs-qətimkan tədbirindən apellyasiya şikayəti verib. Digər saxlanılan şəxslər isə bu hüquqlarından istifadə etməyiblər.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələrinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri başlanılıb. Toplanılmış materiallarla rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin mütəmadi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib təhsil, səhiyyə və digər yerli dövlət təsisatları rəhbərlərindən müxtəlif adlar altında şəxsən pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən olunub.

Həmçinin, İsmayıl Vəliyevin şəxsən, habelə icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, tabeçiliyində olan digər vəzifəli şəxslər vasitəsi ilə rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.

İsmayıl Vəliyevin, Vurğun Əkbərovun, icra başçısının müavini Gültəkin Sadıqovanın, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərovun xidməti otaqlarına məhkəmənin qərarı əsasında keçirilən baxış zamanı müxtəlif yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, külli miqdarda pul vəsaitləri, sənədlər və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.

Aparılan araşdırmalarla İsmayıl Vəliyev tərəfindən təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin nağdlaşdırılaraq mənimsənildiyi, vəzifə səlahiyyətlərindən sui-istifadə edilməklə rayon ərazisində torpaq sahələrinin özbaşına tutulduğu, qanunsuz olaraq şəxsi məqsədlər üçün istifadə edildiyinə, həmin ərazilərdə qanunsuz tikinti işləri aparıldığına əsaslı şübhələr müəyyənləşib.

İstintaq araşdırmaları ilə həmçinin, dövlət qayğısı ilə əhatə olunmuş işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün onlara məxsus əməkhaqqı kartlarının İsmayıl Vəliyev tərəfindən müxtəlif adlar altında ələ keçirilməsinə əsaslı şübhələr müəyyənləşib.

Qeyd olunan vəzifə səlahiyyətlərindən sui-istifadə faktlarının təhsil, səhiyyə və digər yerli dövlət orqan və müəssisələrində davamlı korrupsiya əməllərinin törədilməsinə yol açdığı təsbit edilib.

Cinayət işləri üzrə İsmayıl Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə faktlarına görə, Vurğun Əkbərov, Anar Cəfərov, Vüqar Nağıyev, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov və digərləri rüşvət alma və rüşvət vermə ilə bağlı faktlara görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə şübhəli şəxs qismində saxlanılıblar.

Səbail rayon Məhkəməsi sabiq icra başçısı İsmayıl Vəliyev, onun birinci müavini olmuş Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, şöbə müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. (APA)

01 Aprel 2020 Azərbaycanda daha 61 nəfərdə koronavirus aşkarlandı — SON DƏQİQƏ
01 Aprel 2020 Vuhanda günlər sonra yenidən koronavirus AŞKARLANDI
31 Mart 2020 Daha bir rayonda koronavirus TAPILDI — SON DƏQİDƏ
28 Mart 2020 Keçmiş polis rəisi koronavirusa yoluxdu — VİDEO
28 Mart 2020 Azərbaycanda vəzifəli şəxs koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib?
27 Mart 2020 Azərbaycanda koronavirusa görə karantinə alınanların sayı 3500-ə çatır - RƏSMİ
27 Mart 2020 Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxdu — RƏSMİ
27 Mart 2020 Nazirlər Kabinetinin qərarına dəyişiklik edildi — İyul ayının 1-dən etibarən...
27 Mart 2020 “Azərbaycanda virusa yoluxanların sayı həndəsi silsilə ilə artır” — VİDEO
26 Mart 2020 Azərbaycanda daha 1 nəfər koronavirusdan öldü — 29 yeni yoluxma
26 Mart 2020 Bakıda fahişələrə qarşı əməliyyat keçirildi
25 Mart 2020 Azərbaycanda daha 6 nəfər koronavirusa yoluxdu, ölən var
25 Mart 2020 Bakıda kişi küçədə öldü — VİDEO
24 Mart 2020 Bakıya gələn dörd nəfər müayinədən yayındı — Axtarışa verildi
23 Mart 2020 Azərbaycanda daha yeddi nəfərdə koronavirus aşkarlandı — RƏSMİ + VİDEO
23 Mart 2020 DİN: “Tofiq Yaqublu ər-arvadı yumruq və vintaçanla vurub”
23 Mart 2020 Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı — FOTO
19 Mart 2020 Azərbaycanda daha 10 nəfərdə koronavirus aşkarlandı — SON DƏQİQƏ!
19 Mart 2020 Nərmini qətlə yetirməkdə təqsirləndirilən şəxsdən XƏBƏR VAR
19 Mart 2020 Mübariz Mənsimova daha bir zərbə — Sabiq futbolçusu onu məhkəməyə verir
17 Mart 2020 Baş Prokurorluqda işləmək istəyənlərin NƏZƏRİNƏ
17 Mart 2020 4 nəfərin olduğu avtomobil kanala aşdı — 1 nəfər öldü
17 Mart 2020 Kişi azyaşlı qıza narkotik verib zorladı — Bakıda ŞOK
17 Mart 2020 Azərbaycanda daha 3 nəfərdə koronavirus aşkarlandı
17 Mart 2020 Polis avtoxuliqanlıq edən gəncləri bu görüntülərə görə saxladı — VİDEO
17 Mart 2020 Məhkəmə Mübariz Mənsimov BARƏSİNDƏ QƏRAR VERDİ
16 Mart 2020 Mübariz Mənsimovun meneceri də həbs edildi
16 Mart 2020 Mənsimovun saxlanılması ilə bağlı yeni detallar: Danışıqları…
16 Mart 2020 Azərbaycanda həkimin rüşvət almasının görüntüləri yayıldı, işdən qovuldu – VİDEO
16 Mart 2020 Bakıda iki il əvvəl 2 nəfəri bıçaqlayan şəxs HAKİM QARŞISINDA