Son xəbərlər

 
“İrşad”dan aldığı telefon xarab çıxdı, şirkət dəyişmədi - GİLEY

Elektron məhsulların satışı ilə məşğul olan “İrşad Electronics” şirkətinin mağazalarından birindən alınan mobil telefon xarab çıxıb.

“Qafqazinfo”ya müraciət edən şikayətçi Ramil Əliyev bildirib ki, 2018-ci il oktyabr ayında “İrşad”dan 1 illik zəmanət və kredit xətti ilə “Xiaomi A-2 Lite” markalı telefon və 500 GB-lik yaddaş kartı alıb: “Bir neçə ay sonra telefonda donmalar oldu, kamerası işləmədi, heç bir proqram vasitəsilə foto göndərə bilmədim. Problem istehsalçının özündən qaynaqlandığı üçün təmir edilməsinə görə servisə təqdim etdim. Telefonu təmir etdiklərini deyib mənə təhvil verəndə elə oradaca həmin problemlər təkrarlandı. Buna görə ikinci dəfə təmirə təhvil verdim. Onda da düzəltdiklərini desələr də, eyni problemlər qalırdı. Artıq telefonu təmir etdirməyin əhəmiyyətsiz olduğunu bildiyim üçün şirkətdən zəmanətə uyğun olaraq mənə yeni telefon verilməsini istədim. Bu dəfə isə “İrşad” bundan imtina etdi və yenidən təmir edəcəklərini dedilər, əlavə olaraq xarab telefona görə kredit ödənişimi davam etdirməyimi tələb etdilər. Belə olanda mən telefonu servis mərkəzində qoyub getdim və kredit müqaviləsinin ləğv edilməsini istədim. Daha sonra şirkət əməkdaşları məndən icazəsiz olaraq telefona texniki müdaxilə ediblər. Amma mənə böhtan ataraq bunu mənim servisdənkənar etdiyimi dedilər”.

“İrşad”dan aldığı telefon xarab çıxdı, şirkət dəyişmədi - GİLEY
“İrşad”dan aldığı telefon xarab çıxdı, şirkət dəyişmədi - GİLEY
R.Əliyev bundan sonra məhkəməyə müraciət edib və hakim onun xeyrinə qərar çıxararaq telefonun yenisi ilə əvəz olunmasına qərar verib. Ardınca isə “İrşad Electronics” də məhkəməyə müraciət edib və R.Əliyevin bu aylar ərzində kredit ödəmədiyi üçün yaranan 600 manata yaxın borcunun ödənilməsini tələb edib. R.Əliyev isə artıq bu şirkətin xidmətlərindən istifadə etmək istəmədiyini bildirirərək yeni telefon iddiasını dəyişdirərək, ona dəyən ziyana görə 1800 manat tələb edib. Hazırda hər iki işə Sabunçu rayon məhkəməsində baxılır.

“İrşad Electronics”ə iddia ilə bağlı münasibət bildirməsi üçün müraciət etsək də, şirkət bundan imtina edib və vətəndaşın müraciəti yayımlandıqdan sonra reaksiya verəcəklərini bildiriblər.
23 Aprel 2024 Mühafizəçi işlədiyi idman zalının kassasını taladı - Video
20 Aprel 2024 Bakıda taxta bazarındakı yanğın söndürüldü - Video
19 Aprel 2024 Tovuzda qadının üstünə benzin töküb yandırdı
19 Aprel 2024 Bakıda marketlərdən 3 minlik tütün məmulatı oğurlandı
18 Aprel 2024 Bakıda sinaqoqda hamıdan namaz tələb etdi, həbs edildi
18 Aprel 2024 Evdən gitara və saz oğurlayanlar həbs edildi
17 Aprel 2024 Bakıda 7 yaşlı uşağı motosiklet vurdu
15 Aprel 2024 Azyaşlıya əxlaqsız hərəkətlər edən şəxs saxlanıldı - Video
15 Aprel 2024 Prokuror Aytən Kərimovaya 7 il həbs istədi
13 Aprel 2024 Bakıda kafedən oğurluq edən şəxs saxlanıldı
13 Aprel 2024 Bakıda binaya bitişik konstruksiyada yanğın - Video
13 Aprel 2024 Gəncədə iki mərtəbəli evdə yanğın: ölən var
13 Aprel 2024 Çingiz Abdullayev zəhərləndi: Vəziyyəti ağırdır
12 Aprel 2024 Ağdamda iki nəfər minaya düşdü
12 Aprel 2024 Kəlbəcərdə 27 ədəd əl qumbarası tapıldı
11 Aprel 2024 Novxanıda yolda qoyun otaran şəxs həbs edildi
10 Aprel 2024 Yeni tikilməkdə olan evlərdən oğurluq etdi
10 Aprel 2024 İçki içən anasını çəkiclə döyüb öldürdü
08 Aprel 2024 Belarusdan gətirilən toyuq məhsulunda bakteriya aşkarlandı
06 Aprel 2024 Həmkəndlisini hər iki ayağından güllələdi
04 Aprel 2024 Bakıda 3 evdən antik əşyalar və 30 minlik qızıl oğurlandı
03 Aprel 2024 Zərdabda əməliyyat: saxlanılanlar var
03 Aprel 2024 Ombudsmandan son mina partlayışlarına reaksiya
01 Aprel 2024 Fatmayıda 8 min manatlıq qızıl-zinət əşyaları oğurlandı
01 Aprel 2024 Sahildə meyiti tapılan körpənin nənəsi danışdı
31 Mart 2024 Beyləqanda narkotik satmaq istəyənlər tutuldu
31 Mart 2024 Sumqayıtda faciə: 13 yaşlı yeniyetmə narkotikdən öldü
31 Mart 2024 Beyləqanda silah-sursat tapıldı
30 Mart 2024 Bərdə polisindən əməliyyat: saxlanılan var
29 Mart 2024 Sumqayıtda fəhlə faciəvi şəkildə öldü