Son xəbərlər

 
Diqqət: Yeni virus yayılırÇində yeni koronavirusun səbəb olduğu sətəlcəm alovlanması ilə əlaqədar beynəlxalq səfərlər və ticarətə dair ÜST-ün və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tövsiyəsi açıqlanıb.

"Ölkə.Az" xəbər verir ki, nazirliyin yaydığı məlumatda bildirilir:

“31 dekabr 2019-cu ildə Çinin Hubei əyalətinin Vuhan şəhərində naməlum etiologiyalı sətəlcəm xəstəliyi aşkar olunub. 9 yanvar tarixində Çin hökuməti mediaya bu viruslu sətəlcəmin indiyə qədər aşkar edilməmiş yeni bir koronavirus səbəbindən baş verdiyini bildirib.

Koronaviruslar soyuqdəymədən tutmuş Orta Şərq Respirator Sindromu və Şiddətli Kəskin Respirator Sindromuna (SARS) qədər müxtəlif xəstəliklərə səbəb olan böyük bir virus qrupudur.

Sözügedən ərazidə baş qaldıran xəstəliyin kliniki simptom və əlamətləri əsasən hərarətdir, bəzi pasiyentlərdə döş qəfəsi rentgenoqrafiyalarının nəticələrində hər iki ağciyərdə infiltrasiya və tənəffüs çatışmazlığı müşahidə olunub.

İlkin tədqiqatlar göstərir ki, xəstəlik insandan insana ötürülməyib.

Beynəlxalq sərnişinlər: ehtiyat tədbirləri

Sətəlcəmin səbəbi yeni koronavirus kimi görünsə də, ötürülmə potensialı və şəkli hələ də naməlumdur. Ona görə xəstəliyin baş qaldırdığı bölgələrə və ya bölgələrdən (hazırda Vuhan şəhəri) səfər edərkən kəskin respirator xəstəlik riskini aşağıdakı vasitələrlə azaltmaq məqsədəuyğun hesab edilir:

- Kəskin respirator xəstəliklərdən əziyyət çəkən insanlarla yaxın təmasda olmamaq;

- Əlləri mütəmadi yumaq, xüsusilə xəstə insanlar və onların ətraf mühiti ilə birbaşa təmasdan sonra;

- Canlı və ya ölü ferma, yaxud da vəhşi heyvanlarla yaxın təmasdan çəkinmək;

- Kəskin respirator infeksiyanın simptomlarını daşıyan sərnişinlər öskürərkən məsafə saxlamalı, öskürərkən və asqırarkən ağızlarını birdəfəlik istifadə üçün dəsmalla bağlamalı, əllərini yumalıdırlar.

ÜST səfərdə olan şəxslərə hər hansı bir xüsusi tədbir görməyi tövsiyə etmir”.

26 Fevral 2020 İsgəndər Həmidov Sulutəpə qəbiristanlığında torpağı tapşırılır- FOTOLAR
26 Fevral 2020 Erməni hannibalizmi: Xocalıda azərbaycanlıların orqanları niyə çıxarılırdı? – DƏHŞƏTLİ FAKTLAR
26 Fevral 2020 Tutulan başçı apellyasiya şikayəti verməkdən imtina etdi
26 Fevral 2020 İrandan Azərbaycana gələn daha 41 nəfər xəstəxanaya yerləşdirildi
26 Fevral 2020 Nərimanovda mənzildə qadın meyiti tapılıb
26 Fevral 2020 Başı telefona qarışan xanım sürücü qəzadan son anda xilas oldu — VİDEO
26 Fevral 2020 Duman, çiskin olacaq — Bu günün havası
26 Fevral 2020 Azərbaycanda keçmiş nazir vəfat etdi — FOTO
26 Fevral 2020 Xocalı soyqırımından 28 il ötür
25 Fevral 2020 DİN-dən polisin ölümü ilə bağlı – Açıqlama
25 Fevral 2020 20 Yanvar qırğınının baş icraçısı öldü
25 Fevral 2020 Qapı-qapı düşüb pul yığırlar – Bakıda koronavirus fırıldaqçılığı – VİDEO
25 Fevral 2020 Polis qardaşı tərəfindən qətlə yetirildi — Bakıda dəhşət
25 Fevral 2020 Bakı bulvarında həyəcanlı anlar — Axtarışlar başladı
24 Fevral 2020 Azərbaycanda kriminal avtoriteti güllələyən şəxs “dəlixana”ya göndərildi
24 Fevral 2020 DİN-dən koronavirusla bağlı şaiyə yayan həkimlə bağlı AÇIQLAMA
24 Fevral 2020 “Azərbaycanda koronavirus yayılıb” xəbərini yayan həkimə XƏBƏRDARLIQ EDİLDİ
24 Fevral 2020 Sərhəddə təxribat baş verdi – Azərbaycan ordusunun hərbçisi şəhid oldu
24 Fevral 2020 Bakıda dəhşət: Sürücü maşında diri-diri yanaraq öldü — VİDEO
24 Fevral 2020 Abşeronda güclü yanğın başlayıb — SON DƏQİQƏ
24 Fevral 2020 Koronavirusla bağlı sosial şəbəkələrdə yayılan səs yazısı haqqında — RƏSMİ AÇIQLAMA
24 Fevral 2020 Bakıda həftə dumanlı və çiskinli başlayır — PROQNOZ
22 Fevral 2020 Məhkəmə DTX əməliyyatı ilə tutulan icra başçısı və digər yüksək vəzifəlilərlə bağlı qərar verdi
22 Fevral 2020 DTX-nin əməliyyatı ilə saxlanılan icra başçısının biznes şəbəkəsi — VİDEO
21 Fevral 2020 Neftçalada 6 yüksək vəzifəli şəxs TUTULDU — RƏSMİ AÇIQLAMA
21 Fevral 2020 DTX-nın Nefçaladakı əməliyyatından — VİDEO GÖRÜNTÜ
21 Fevral 2020 “İrşad”dan aldığı telefon xarab çıxdı, şirkət dəyişmədi - GİLEY
21 Fevral 2020 Viran qalmış Kəlbəcərdən EKSKLÜZİV GÖRÜNTÜLƏR
21 Fevral 2020 Azərbaycanda tutulan icra başçıları – SİYAHI
21 Fevral 2020 SON DƏQİQƏ: Neftçalada daha iki yüksək vəzifəli şəxs tutuldu