Son xəbərlər

 
İndiyə qədər YANAN TİCARƏT MƏRKƏZLƏRİDünən Binəqədi rayonu ərazisində ticarət mərkəzində güclü yanğın baş verib. Hadisə tikinti materialları satılan “EuroHome” mərkəzində qeydə alınıb. Bir mağazada başlayan yanğın qısa müddətdə digərlərinə yayılıb. Bəs, indiyə qədər Azərbaycanda neçə ticarət mərkəzində belə hadisələr baş verib?

“Ölkə.Az” olaraq son illər ərzində yanan ticarət mərkəzlərinin və yanma səbəblərini təqdim edirik.

1.Qubada “Birja” ticarət mərkəzi

2019-cu ilin 10 yanvar tarixində Quba rayonunda "Birja" ticarət mərkəzində yanğın baş verib. Rayon mərkəzində yerləşən ticarət mərkəzində hələlik məlum olmayan səbəblərdən yanğın olub.

Yanğın zamanı 4-dən artıq mağaza yanıb.

2. “Riyad” ticarət mərkəzi

Image result for “Riyad” ticarət mərkəzində yangin

2018-ci ilin 15 iyul tarixində Abşeron rayon ərazisindəki "Riyad" Ticarət Mərkəzində mebel dükanının anbarında qeydə alınıb. Hadisə zamanı ticarət mərkəzi ərazisində yerləşən mağazanın alkopandan ibarət üzlüyü 340 m² sahədə və qapısı yanıb.

Yanğın zamanı 2 nəfər yüngül yanıq xəsarəti alıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

3. “Binə” ticarət mərkəzi

Binə ticarət mərkəzində bir neçə dəfə yanğın qeydə alınıb.

2015-ci ilin 14 mart tarixində Binə Ticarət Mərkəzində yanğın baş verib. Hadisə 7-ci sıranın birinci mərtəbəsində beşinci korpusda qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə qüvvələri cəlb olunub. Yanğının digər mağazalar keçməsinin qarşısı alınıb. İlkin məlumata görə, yanğına səbəb elektrik naqillərində qısa qapanmanın olduğu ehtimal edilir. Nəticədə mağaza sahibinə xeyli miqdarda ziyan dəyib.

2011-ci ilin 11 yanvar tarixində Qaradağ rayonunda yerləşən “Binə” Ticarət Mərkəzində yanğın baş verib.

Nəticədə ümumi sahəsi 40 kvadratmetr olan mağaza içərisindəki mallarla birlikdə yandı. Bitişik mağazalar yanğınsöndürənlər tərəfindən alovdan mühafizə olundu.

2017-ci ilin 1 aprel tarixində Bakıda yerləşən "Binə" ticarət mərkəzində yanğın baş verib. Bu barədə ticarət mərkəzində işləyənlər redaksiyamıza məlumat verib.

Məlumata görə, yanğın ticarət mərkəzinin 6-cı korpusunda 4-cü sırada qeydə alınıb.

2014-cü ilin 12 iyul tarixində “Binə” ticarət mərkəzində növbəti yanğın qeydə alınıb. Ticarət Mərkəzinin elektrik qovşağında qısaqapanmadan tüstülənmə baş verib. Ərazidə olan şəxslər tüstülənən ərazini söndürüb.

4. “Cantəpə” ticarət mərkəzi

2011-ci ilin 18 mart tarixində, saat 13 radələrində Bakının Binəqədi rayonunda “Cantəpə” adlı ticarət mərkəzində güclü yanğın baş verib. Hadisə şahidlərinin verdiyi məlumata görə, yanğın restoran, kafe, market, alış-veriş mərkəzi və banket zalı olan dördmərtəbəli binanın 4-cü mərtəbəsində başlayıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə barədə məlumat daxil olan kimi, əraziyə 7 yanğınsöndürən maşın yollanıb. Yanğının binanın dam örtüyündə baş verdiyi ehtimal olunur.

5. “Sahil” ticarət mərkəzi

Image result for “Sahil” ticarət mərkəzində yangin

2014-cü ilin 12 mart tarixində Bakıda "Sahil" Ticarət Mərkəzində yanğın baş verib. Yanğın tircarət mərkəzinin 3-cü mərtəbəsində başlayıb.

6. “Sədərək” ticarət mərkəzi

Related image

“Sədərək” ticarət mərkəzində də bir neçə dəfə yanğın baş verib.

2018-ci ilin 16 noyabr tarixində Bakının Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində yanğın baş verib. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub və yanğın saat 12:28-də söndürülüb. Yanğının Yeni il malları satılan anbarda başladığı bildirilir.

2016-cı ilin 24 sentyabrında da “Sədərək” ticarət mərkəzində qısaqapanmadan yanğın baş verib. 9-cu sırada yerləşən ayaqqabı dükanında baş verən yanğın söndürülüb.

2013-cü ilin 19 fevral tarixində Bakının Qaradağ rayonunda yerləşən "Sədərək" ticarət mərkəzində yanğın baş verib.

Ticarət mərkəzində elektrik lövhəsi və elektrik kabelləri yanıb. Hadisə yerinə dərhal yanğınsöndürənlər cəlb olunub. Məlumatda bildirilib ki, yaxınlıqdakı mağazalar yanğından mühafizə olunub.

2019-cu ilin 26 fevral tarixində “Sədərək” ticarət mərkəzində yanğın baş verib.

Məlumata görə, ərazidəki anbarlardan birinin dam örtüyü yanıb.

7. “AMAY” ticarət mərkəzi

Image result for “amay” ticarət mərkəzində yangin

2014-cü ilin 13 sentyabr tarixində “AMAY” ticarət mərkəzində də yanğın qeydə alınıb. Yanğın Fəhlə prospektində yerləşən ticarət mərkəzinin 4-cü mərtəbəsində baş verib.

8.Bərdədə ticarət mərkəzi

Image result for Bərdədə ticarət mərkəzində yangin

2017-ci ilin 27 noyabr tarixində Bərdə rayonunda yerləşən ticarət mərkəzi yanıb. Yanğın ticarət mərkəzində yerləşən mağazalardan birində başlayıb.

9. “Karvan” ticarət mərkəzi

Image result for “Karvan” ticarət mərkəzində yangin

2013-cü ilin 20 oktyabr tarixində Sumqayıt şəhərindəki “Karvan” ticarət mərkəzində yanğın baş verib. 16 nəfər tüstüdən xəsarət alıb. Sahibkarlara onminlərlə manat civarında ziyan dəyib, xüsusilə yanğından qızıl dükanı olan sahibkarlar zərər görüb. Fövqaladə Hallar Nazirliyinin rəsmi açıqlamasına görə, yanğın ticarət mərkəzinin 2-ci mərtəbəsində təxminən 20000 kv.m sahəni, 1-ci mərtəbəsində 2500 kv.m sahəni və 3-cü mərtəbədə 1200 kv.m sahəni əhatə edib.

10. “Park Plus” ticarət mərkəzi

2012-ci ilin 22 noyabr tarixində Sabunçu rayonunda hər mərtəbəsi 1500 kv.m olan üçmərtəbəli "Park Plus" ticarət mərkəzinin 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 210 kv.m olan sağlamlıq mərkəzində saunanın taxta üzlüyü 12 kv.m sahədə, dəhlizin və 3 otağın tavanı 102 kv.m sahədə yanıb. Sağlamlıq mərkəzinin qalan hissəsi və digər kabinetlər yanğından mühafizə olunmuşdur. Yanğın söndürülüb.

11. “Meyvəli” ticarət mərkəzi

Image result for 11. “Meyvəli” ticarət mərkəzində yangin

2016-cı ilin 26 yanvar tarixində Bakının Qaradağ rayonunda “Meyvəli” ticarət mərkəzinin ümumi sahəsi 4 kv.m olan gözətçi köşkü, yaxınlıqda dayanmış 2 ədəd "Kamaz" markalı yük avtomobilinin birinin banının taxta üzlüyü 1 kv.m, banına yığılmış 7,5 ton tərəvəz məhsulunun 100 kiloqramı, digər yük avtomobilinin taxta üzlüyü 2 kv.m, banına yığılmış 10,5 ton tərəvəz məhsulunun 150 kiloqramı və yaxınlıqda dayanmış “Hyundai” markalı minik avtomobilinin mühərrikinin yanar hissələri və idarəetmə lövhəsi yanıb.

Avtomobillərin və tərəvəz məhsulunun qalan hissəsi, həmçinin yaxınlıqdakı anbar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

12. Qəbələdə ticarət mərkəzi

Image result for 11. Qəbələdə ticarət mərkəzində yanğın

2015-ci ilin 8 iyul tarixində Qəbələ rayonunda ticarət mərkəzlərindən birində yanğın baş verib. Rayon ərazisində vətəndaşa məxsus ümumi sahəsi 560 kv.m olan ticarət mərkəzinin yanar konstruksiyaları 280 kv.m sahədə yanıb.

13. Gəncədə ticarət mərkəzi

Image result for yangin

2019-cu ilin 25 yanvar tarixində Gəncə şəhərində yanğın olub.

Hadisə şəhərin Yeni Gəncə qəsəbəsində yerləşən "Ucuzluq" ticarət mərkəzində baş verib.

Yanğın nəticəsində xəsarət alan var.

Ticarət mərkəzinin birinci mərtəbəsində baş verən yanğın zamanı oradakı əşyalar, satış üçün nəzərdə tutulan mallar yanıb.

14. “AF Mall” ticarət mərkəzi

Image result for AF mall ticarət mərkəzində yanğın

2018-ci ilin 2 iyul tarixində Bakı şəhəri, Nəsimi rayonunda yerləşən çoxmərtəbəli binanın zirzəmisində (“AF mall” ticarət mərkəzi kimi tanınır) 2 p.m elektrik kabeli yanıb.

 Yanğın zamanı 2 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Hadisə zamanı xəsarət alan olmayıb. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

15. “Diqlas” ticarət mərkəzi

Image result for Diqlas yangin

2019-ci ilin 23 mart tarixində Bakı şəhəri, Nizami rayonunda güclü yanğın baş verib.

İlkin məlumata görə, yanğın ticarət mərkəzinə yaxın dönərxanaların birində baş verib, daha sonra güclənərək ticarət mərkəzinə keçib. Ticarət mərkəzi yararsız hala düşüb. Yanğının yaxınlıqdakı yaşayış binasına keçməsi təhlükəsinin qarşısı alınıb. Alov elektrik naqillərini də sıradan çıxarıb. Ərazidəki insanlardan bir neçəsi tüstüdən zəhərlənib, onlar təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar. Bundan əlavə, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri cəlb olunub.

22 Yanvar 2020 Ermənilərin Qarabağda yeni EKOLOJİ TERRORU – Tərtər çayı qurumağa başlayıb
22 Yanvar 2020 İnsanların sonuna çıxan XƏRÇƏNG – Dünyada və Azərbaycandakı acı vəziyyət – STATİSTİKA
22 Yanvar 2020 Bakıda aptek işçiləri narkotik vasitələr satarkən saxlanılıblar
22 Yanvar 2020 Sabah hava necə olacaq? — Açıqlama
22 Yanvar 2020 Bakıda lift quraşdıran fəhlə faciəvi şəkildə öldü
22 Yanvar 2020 Ağac kəsən şirkət 26760 manat cərimələndi
22 Yanvar 2020 SON DƏQİQƏ: Qarabağda erməni əsgəri gəbərdi
22 Yanvar 2020 Düşmən atəş­kəsi pozdu
22 Yanvar 2020 Azərbaycanda həbs edilən məşhur repçi azadlığa buraxıldı
22 Yanvar 2020 FHN universitetdə yanğın xəbərini təkzib etdi
22 Yanvar 2020 Bu günün havası — Duman, külək
22 Yanvar 2020 Hacıqabulda bir neçə avtomobil piyadanın üstündən keçdi — DƏHŞƏTLİ HADİSƏ
21 Yanvar 2020 Ermənilər Laçında 100 yeni ev tikir – Süni məskunlaşdırma – VİDEO
21 Yanvar 2020 24 cinayətin üstü “isti izlər”lə açılıb
20 Yanvar 2020 20 Yanvar faciəsindən 30 il ötür
17 Yanvar 2020 Sabah qar yağacaq
17 Yanvar 2020 Gəncədə polislə silahlı qarşıdurma — Yaralılar var - FOTO / VİDEO
17 Yanvar 2020 Daha bir nəfər spirtli içkidən zəhərlənib öldü
17 Yanvar 2020 Rusiyadan zorla Azərbaycana gətirildiyi iddia olunan qızla bağlı POLİS AÇIQLAMASI
17 Yanvar 2020 Rusiyadan 38 azərbaycanlı deportasiya edildi
17 Yanvar 2020 Bakıda məktəb şagirdlərini daşıyan avtobus qəzaya düşdü — YARALILAR VAR
16 Yanvar 2020 Nərminin anası ŞOK FAKTLAR açdı: “Qızım qatildən qaçıb, tutub qaytarıblar, qonşular görüb xəbər verməyib” – VİDEO
16 Yanvar 2020 Həbs olunan icra başçısının hakim oğlu danışdı: “Yaxşıyıq-pisik, işdəyəm, ya deyiləm…”
16 Yanvar 2020 Tanınmış jurnalist vəfat edib — FOTO
16 Yanvar 2020 Bakı metrosunda qəribə adam — onu görən hər kəs təəccübləndi - VİDEO
16 Yanvar 2020 Azərbaycanda rəis müavini iş başında vəfat etdi
16 Yanvar 2020 Diqqət: Yeni virus yayılır — Səhiyyə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ
15 Yanvar 2020 Azərbaycanda sükan arxasında yatan sürücü iki nəfəri vurdu: Biri öldü – ANBAAN VİDEO
15 Yanvar 2020 Həbs edilən icra başçısının oğlu işdən çıxarıldı
15 Yanvar 2020 Azərbaycanda 92 yaşlı qadın səhvən evi partlatdı