Son xəbərlər

 
“Bacımgil həmin gecə suşi yeməyiblər”

Xəbər verdiyimiz kimi, ötən gün Bakı Dövlət Universietinin 2 saylı yataqxanasında universitetin tələbələri - 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə və İbadova Həmidə qidadan zəhərlənib. Həmidə ilə Dilrubə Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, Şəkər hadisə yerində keçinib.

"Qafqazinfo"ya açıqlama verən Dilrubə Quliyevanın bacısı Firuzə Quliyeva hadisənin bəzi təfərrüatlarını açıqlayıb. O, əvvəlcə bəzi KİV-də, eləcə də sosial şəbəkələrdə qızların suşidən zəhərlənməsi barədə yayılan xəbəri təkzib edib:

"Qızlar suşidən zəhərlənməyiblər. Bacım həmin axşam anamla telefonda danışanda yemək bişirirdilər. Tam dəqiq bilməsək də, deyilənə görə, kartof qızartması, xiyar turşusu və mandarin yeyiblər".

Bacısının sözlərinə görə, Dilrubə yataqxanada davamlı olaraq qalmırdı.

O, vəziyyətin bu həddə çatmasında təcili tibbi yardım əməkdaşlarını səhlənkarlığa yol verməkdə ittiham edib: "Bacım yataqxanada qeydiyyatda olsa da, orada hər gün qalmırdı. Əmim Rusiyada olduğu üçün, onun yoldaşının yanında qalırdı. Sadəcə, kəsiri olan günlər yataqxanada qalırdı ki, universitetə daha tez çatsın. Hadisə baş verən gün də o günlərdən biri idi. Bacımın kəsiri varıydı. Qızlar isə axşam qidadan zəhərləniblər. Gecə təcili tibbi yardım gəlib ilkin yardım göstərib və onlara dimedrol-analgin vurub. Bildiyimiz kimi, dimedrol da yuxu gətirir. Yatmamışdan əvvəl yataqxanada qalan Tofiqə adlı qıza deyiblər ki, səhər bizi yuxudan oyadarsan, gecikmərik. Dilrubənin kəsir dərsi var idi, ora getməli idi. Qız səhər gəlib görüb ki, Şəkər keçinib. Dilrubə ilə Həmidənin ağzından köpük axır. Yenidən təcili tibbi yardım çağırıblar, o da gec gəlib. Bir saatdan sonra qızları təcili tibbi yardım maşını ilə "Semaşko"ya çatdırıblar. Bizə də səhər zəng edib məlumat verdilər".

Firuzə Quliyeva hazırda bacısı ilə Həmidənin durumunun yaxşı olduğunu bildirib: "Valideynlərim bacımın yanındadırlar. Onunla görüşüb danışıblar. Həm bacımın, həm də Həmidənin durumu yaxşıdır".

Qeyd edək ki, baş verən hadisə ilə bağlı Bakı Şəhər Prokurorluğu tərəfindən cinayət işi açılıb.
12 Dekabr 2019 Sabah 13 dərəcə isti olacaq
12 Dekabr 2019 Pula görə sevgilisinin üstünə benzin töküb yandırdı — Azərbaycanda DƏHŞƏT - VİDEO
12 Dekabr 2019 İcra Hakimiyyətinin maşını qəza törətdi - Foto
12 Dekabr 2019 Gülalıyev niyə sağalmır? – Həkim şok detalları açdı
12 Dekabr 2019 Bu xəstəliklərin ilkin əlamətləri dırnaqlardan başlayır — SİYAHI
12 Dekabr 2019 Hava küləkli olacaq
11 Dekabr 2019 Azərbaycanda vəzifəli şəxs ölkədən qaçdı
11 Dekabr 2019 Çoban itləri sərhədçilərə hücum etdi, yaralanan var — Sərhəddə insident
11 Dekabr 2019 Düşmən atəəşkəsi yenə pozdu
11 Dekabr 2019 İndiyə qədər YANAN TİCARƏT MƏRKƏZƏRİ — SİYAHI VƏ SƏBƏBLƏRİ
11 Dekabr 2019 Yanğın baş verən ərazidəki son vəziyyət — VİDEO
11 Dekabr 2019 “Uşaqları özləri döyüb” - Ögey ana ilə ata efirdə — FOTO
11 Dekabr 2019 “EuroHome”un qarşısında bədbəxt hadisə — İki nəfər öldü
10 Dekabr 2019 "EuroHome"da baş verən yanğının dəhşətli GÖRÜNTÜLƏRİ — VİDEO
10 Dekabr 2019 Duman olacaq, qərb küləyi əsəcək
10 Dekabr 2019 Azyaşlılara işgəncə verdiyi deyilən ögey ana efirə gəldi və... — VİDEO
10 Dekabr 2019 Türkan Vəlizadə: “Açıq geyindiyimə görə, məni alan olmayacaq” – VİDEO
10 Dekabr 2019 “EuroHome”dakı yanğın söndürüldü
10 Dekabr 2019 Sənətçilərimiz dəhşətli hadisə üçün ayağa qalxdı – Vilayət Eyvazova müraciət olundu
10 Dekabr 2019 Bakıda dəhşətli yanğının söndürülməsinə amfibiya təyyarə cəlb edildi — VİDEO
10 Dekabr 2019 Nazir müavini Bakıda dəhşətli yanğın baş verən ərazidə
10 Dekabr 2019 Bakıda dəhşətli yanğını söndürmək üçün əraziyə helikopter cəlb edildi
10 Dekabr 2019 Bakıda ticarət mərkəzi yanır — YENİLƏNİB + FOTO / VİDEO
10 Dekabr 2019 Azərbaycanda şok hadisə: Kişini ağzından güllələdilər
09 Dekabr 2019 Aramsız yağışın fəsadları: Sabunçuda həyətlər, yollar su altında qalıb — VİDEO
09 Dekabr 2019 Ermənilər Azərbaycanla sərhəddə doğulan hər körpəyə 1000 dollar ödəyəcək
09 Dekabr 2019 SON DƏQİQƏ – Xırdalanda güclü partlayış, yaralı var
09 Dekabr 2019 Paytaxtın ucuz və təhlükəli dönərxanaları: əhaliyə sabun yağı yedirdilir?
09 Dekabr 2019 Ağdərədə qarın hündürlüyü 19 sm-ə çatıb — FAKTİKİ HAVA
09 Dekabr 2019 Bakıda intihar edən qız millimizin futbolçusunun bacısı imiş