İstanbulda yerləşən “Amerikan Hastanesi”nə köçürülmüş komada olan hüquq müdafiəçisi Oqtay Gülalıyevdən xəbərlər var.

Turkustan.info xəbər verir ki, Gülalıyevlər ailəsinin dostları bildiriblər ki, Oqtay bəy artıq 3-cü gündür ki, “Amerikan xəstəxanası”na transfer edilib.

“Dünən əməliyyat olunub, başındakı qanlı su təmizlənib. Bu gün rəngi özünə qayıdıb, xeyli yaxşı görünür. Həkimi Mehdi Sasani deyir ki, bu elə böyük bir əməliyyat deyil, amma beyinə yığılan kirli suyu təmizləmək onu rahatlatacaq. Nəfəs alması da yaxşılaşıb, müqaviməti yavaş-yavaş bərpa olur, sonrasını müalicə göstərəcək”,- ailənin dostları bildiriblər.

Həkimlər deyiblər ki, Oqtay Gülalıyevin qanında mikrob var, onu təmizləməyə çalışırlar. Xəstənin  qısa zamanda komadan ayılma ehtimalı böyükdür,

Qeyd edilir ki, “Amerikan xəstəxanası” İstanbulun ən məşhur klinikalarından biridir – həm tibbi avadanlığı, həm həkim kontingenti, həm də yüksək səviyyəli gigiyenik təmizliyi ilə.

Xatırladaq ki, Oqtay Gülalıyevi 2019-cu il oktyabrın 29-du axşam saatlarında Bakıda minik avtomobili vurub. Hadisə hüquq müdafiəçisi yolu keçərkən, piyada xəttinin üstündə baş verib.

Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, Oqtay Gülalıyev taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə vurulub. Sürücü Oqtay Gülalıyevi Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra Oqtay Gülalıyev “City Hospital”a köçürülüb, oktyabrın 30-da burada əməliyyat olunub.

Noyabrın 1-də Oqtay Gülalıyev Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. Daha sonra isə xəstə Heydər Əliyev Fondunun yardımı ilə Türkiyəya aparılıb.

Beyni əzilməsi diaqnozu qoyulan O.Gülalıyev hazırda koma vəziyyətindədir.

29 Mart 2024 Sumqayıtda fəhlə faciəvi şəkildə öldü
29 Mart 2024 Keçmiş məhkum Bakıda 3 evi soydu
28 Mart 2024 Bakıda soyğunçuluq edən şəxs saxlanıldı - Video
28 Mart 2024 Ağdərədə qumbaraatan və pulemyot aşkarlandı
27 Mart 2024 Qadın liftdə öldü, rəis işdən çıxarıldı - Rəsmi
27 Mart 2024 Xəstəxananın həyətində körpə meyiti tapıldı
27 Mart 2024 Bakıda 2500 manatlıq elektron siqaret oğurlandı
27 Mart 2024 Bakıda kişi kranla beton lövhə arasında qalaraq öldü
26 Mart 2024 CHP sədri ilə İncə arasında gərginlik: Seçki gecəsi...
26 Mart 2024 Qanunsuz ağac kəsən şəxs barədə akt tərtib edildi
26 Mart 2024 Güclü külək Goranboyda fəsadlar törətdi
26 Mart 2024 Saatlıda balıq tutan kişi faciəvi şəkildə öldü
26 Mart 2024 Xankəndidə saatlı bomba tapıldı
26 Mart 2024 Qadın itkin düşən baldızını axtarır
22 Mart 2024 Ödəmə terminalından 9 min pul oğurlandı
21 Mart 2024 Xankəndidə xeyli silah-sursat aşkarlandı
20 Mart 2024 Əlində fişəng partladı, xəstəxanaya yerləşdirildi
19 Mart 2024 7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
19 Mart 2024 AXCP-nin rayon təşkilatının sədri narkotiklə tutuldu
19 Mart 2024 Xankəndidə silah-sursat aşkarlandı
19 Mart 2024 Bu hospital jurnalistin anasını öldürdü, araşdırma başladı
18 Mart 2024 Daha bir azyaşlını it dişlədi
18 Mart 2024 Füzulidə dəhşətli cinayət: arvadını kabab yediyinə görə öldürdü... - ŞOK
16 Mart 2024 Mil-Muğan kanalında balıq ovlayan şəxs saxlanıldı
16 Mart 2024 Arvadını, qayınanasını və qaynını güllələdi
16 Mart 2024 Bakıda “Porşe”nin nömrəsi oğurlandı - Video
15 Mart 2024 Sumqayıtda 47 yaşlı kişi faciəvi şəkildə öldü
14 Mart 2024 Vətəndaşları işə düzəltmək adı ilə aldadan şəxs həbs edildi
14 Mart 2024 Bakıda 32 yaşlı kişi öldürüldü
13 Mart 2024 Ölkəmizdə 35 milyonluq narkotik dövriyyədən çıxarıldı