Yağışlı havada Bakıda baş verən qəzalar
Bakıda yağışlı havada sürəti düzgün seçməyən sürücü sərt döngədə ağır qəzaya səbəb olub. Qəfil əyləcdən istifadə etdiyi üçün sürücü sükana nəzarəti itirərək avtomobili əks yolda hərəkət edən nəqliyyat vasitəsinə çırpıb.

Xezerxeber.az xəbər verir ki, hadisə paytaxtın Neftçilər prospektində olub və ''Təhlükəsiz Şəhər'' kameralarına düşüb.

Şəhər istiqamətində hərəkət edən "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Maşın sürüşərək əks istiqamətdə hərəkətdə olan minik avtomobilinə dəyib. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

İkinci ağır qəza da yağışlı havada Füzuli küçəsində baş verib. "Cip"in sürücüsü də yoldakı vəziyyəti nəzərə almadan qəfil əyləci sıxıb və yer sürüşkən olduğu üçün idarəetməni itirib. Avtomobil yoldan çıxaraq ağaca və işıq dirəyinə çırpılıb. Daha sonra parkla yol arasındakı dəmir məhəccərləri dağıdaraq yol təsərrüfatına da xeyli ziyan vurub.

Üçüncü qəza isə kənar dairəvi yolun Yasamal rayonundan keçən hissəsində qeydə alınıb. Sürücü avtomobildə idarəetməni itirərək yolun kənarındakı beton maneəyə çırpılıb. Hadisə nəticəsində sürücü xəsarət alıb.

Görüntüləri izləyən Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, yağışlı havada qəzalar sürücülərin məsuliyyətsizliyi və yüksək sürət səbəbindən baş verir.

Qeyd edək ki, sürücülər belə havada yollarda sürət nişanlarına diqqət etməlidirlər. Çünki yağışlı-qarlı havada təhlükəsizliyi təmin etmək məqsədi ilə sürət həddi yollarda minimuma endirilir.

Azərbaycanlı həkim Türkiyədə koronavirusdan öldü
Türkiyədə koronavirusdan müalicə olunan azərbaycanlı həkim ölüb.

Oxu.az xəbər verir ki, bununla bağlı professor Toğrul İsmayıl sosial şəbəkədə məlumat paylaşıb. 

O bildirib ki, Tahir Bababəyli İstanbulda müalicə olunduğu xəstəxanaların birində vəfat edib. 

Bakıda kafedə yeyib-içənlər saxlanıldı
Bakının Binəqədi rayonunda xüsusi karantin rejiminin pozulması ilə müşayiət olunan "Uğur" kafesi aşkarlanıb.

Qafqazinfo xəbər verir ki, Binəqədi RPİ 43-cü polis bölməsinin əməkdaşları tərəfindən kafedə 17 nəfər aşkarlanıb.

Onlar barəsində qanunvericiliyə uyğun olaraq inzibati qaydada protokol tərtib edilib.



Bu gün hava necə olacaq?
Mayın 11-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, səhər duman olacaq, arabir güclənən şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-11, gündüz 17-20, Bakıda gecə 9-11, gündüz 18-20 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Mayın 11-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 7-12, gündüz 15-20, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti olacaq.

Nazir müavini haqqında hökm verildi
Bu gün Səbail rayon Məhkəməsində Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov və nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanovun barəsində istintaq orqanın verdiyi təqdimata baxılıb.

APA xəbər verir ki, hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin olunub.

Hər iki şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hər iki şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən Mədəniyyət Nazirliyində keçirilən xüsusi əməliyyat zamanı saxlanılıblar.

Prezident İlham Əliyevin mayın 9-da imzaladığı sərəncamla Rafiq Bayramov və Zakir Sultanov vəzifələrindən azad edilib.

Azərbaycanda daha üç nəfər koronavirusdan öldü

“Azərbaycanda 143 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O qeyd edib ki, üç nəfər vəfat edib:

“44 nəfər isə koronavirusdan sağalaraq evə buraxılıb”.

İcra başçılarını qorxudan gizli kameralar...
Gizli kameralar Azərbaycanda fəaliyyətdə olan əksər məmurların qorxulu yuxusuna çevrilib. Dövlət Təhlükəsizlik Xidmətinin ard-arda Ağstafa və Neftçala İcra Hakimiyyətlərində gerçəkləşdirdiyi əməliyyatlarda gizli kameralardan istifadə edilməklə təsbitedici faktlar toplaması diqqətin bu qurğulara cəmləşməsinə də səbəb olub. Bu gün gizli kameralar icra başçılarının başı üzərindəki "Damokl qılıncı”na çevrilib.

Bəs ölkə gündəmini dəyişdirən gizli kameraların texniki funksiyaları nədir? Onların hansı növləri və nə kimi xüsusiyyətləri var?

Gizli kamera hiss etdirmədən görüntüləri çəkib, səsləri yaddaşda saxlayan cihazdır. Texnologiyanın inkişafı ilə birlikdə kameralar o qədər çox kiçildi ki, artıq onların düyü boyda olanı da hazırlanır. Kameraların ölçüsü kiçildikdə insanlar onlardan başqa məqsədlər üçün də istifadə etməyə başladılar. Artıq gizli kameraların hansı modeldə düzəldilməsi və ya haraya yerləşdirilməsi yaradıcının fantaziyasından asılıdır. Səs və görüntüləri yaddaşda saxlayan bu kameraları bütün hər şeyin üzərində görmək mümkündür. Qol saatlarında, qələmlərdə, düymələrdə, divar şəkillərinin üzərində kameralar yerləşdirmək olur. Mütəxəssislər isə düşünür ki, bu günə qədər düzəldilən kameraların imkanları azdır, daha kiçik və ağıla gəlməz yerlərdə kameralar quraşdırmaq mümkündür. Son zamanlarda düzəldilən gizli kameraların ən böyük özəlliklərindən biri odur ki, onlara kabel qoşmadan istifadə etmək mümkündür.

Əməliyyat istintaq tədbirləri zamanı gizli kameralardan istifadə olunmaqla sübutların toplanması praktikası isə illərdir ki, tətbiq olunur. Məmurların ifşası üçün gizli kameralara ehtiyac duyulur. Dünya ölkələrindən texnologiya cihazları satılan əksər mağazalarda gizli kameralara rast gəlmək mümkündür. Gizli kameralar 2 saatdan 24 saata çəkiliş apara bilirlər. Onlar müxtəlif modeldə olduğu kimi müxtəlif funksiyalara da malikdir. Papaqlar üzərində yerləşdirilən gizli kameraların çəkdiyi videoların effekti professional kameralardan heç də fərqlənmir. Onların yaddaşı 4 GB-dır, 65 dərəcə bucaq altında video çəkə bilir, batareyası 2 saat dayanmadan işləyə bilir. Eynək tipli kameraların yaddaşı 4 GB-dan 16 GB-a qədərdir. Eynək üzərində yerləşdirilən kameraları adi gözlə hiss etmək mümkün deyil. Kamera bütün görüntüləri həmin anda yaddaşda saxlaya bilir. Bu kameraların şüşələri linzadan hazırlanır.

Neftçala İcra Hakimiyyətində qurulan gizli kameranın yeri

140 saat dayanmadan video çəkə bilir, 60 dərəcə bucaq altında çəkiliş aparması mümkündür. Qalstuk üzərində yerləşdirilən kameralar isə uzaqdan pult vasitəsi ilə idarə edilir. Bu kameralarla şəkil və video çəkmək mümkündür. Yaddaşı 4 GB-dır, 10 metr uzaqlıqda olan görüntüləri çəkə, 200 dəqiqə dayanmadan işləyə bilir. Otaq spreyi üzərinə yerləşdirilən kameraları evdə və işdə istifadə etmək mümkündür. Kabeli olmadığı üçün harasa aparmaq olduqca asandır. Bu kameralar vasitəsi ilə 100 saat çəkiliş aparmaq olur. Kameranın ən yaxşı özəlliyi hərəkətlərə qarşı hissiyyatlı olmasıdır, yəni yerləşdiyi yerdə hərəkət olduğu zaman çəkiliş aparır, əks halda işləmir. Divar saatları üzərində yerləşdirilən kameralar isə səsə və hərəkətlərə qarşı hissiyyatlı olur, lazım olmadığı zamanlarda heç nəyi çəkmir. Çox geniş bucaq altında çəkiliş aparır. Ətrafda olan maşın səslərini, əlavə gurultuları, hərəkətsiz görüntüləri, televiziya və radio səslərini yaddaşda saxlamır.

Dünyanın ən yaxşı çəkiliş aparma qabiliyyətinə malik olan düymə kameralar 23 millimetr böyüklüyündədir. Yaddaşı 20 GB-dır və 40 saat dayanmadan çəkiliş aparır. Uçan mikro video kameraların ağırlığı 50 qram olur, daha çox təyyarə və vertolyotlarda istifadə edilir. 2,5 saat video çəkə bilir. Açarlıqlar üzərinə yerləşdirilən kameralar isə ən yeni texnologiyalardan biri hesab edilir. 2 saat ərzində səsləri, 70 dəqiqə ərzində isə görüntüləri yaddaşda saxlaya bilir. Şəkil çəkmək özəlliyinə sahibdir və 8 GB-lıq yaddaş sistemi mövcuddur. Qol saatı üzərinə yerləşdirilən video kameraları isə satın almaq olduqca çətin prosesdir. Adi saatların üzərinə yerləşdirilə bilməyən kameralar üçün xüsusi saatlar hazırlanır. Bu kameraların yaddaşı 2 GB-dır və 2 saat çəkiliş aparmaq mümkündür. Telefonların batareya yığması üçün istifadə olunan cihazların üzərinə yerləşdirilən kameralar isə 3 gün dayanmadan işləyə bilir. Bu kameraların yaddaşı 16 GB həcmindədir.

DTX-nın Ağstafa İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı gizli kameranın icra başçısı Nizaməddin Quliyevin kreslosunun arxa hissəsinə yerləşdirildiyi sezilirdi. Neftçala İcra Hakimiyyətində baş tutan əməliyyatda isə gizli kamera icra başçısının kabinetinin tavanından çəkiliş apardığı aydın olur.

Ağstafa İcra Hakimiyyətində qurulan gizli kameranın yeri


Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirib ki, gizli kameraların yerləşdirilməsi özü də bir əməliyyatın nəticəsidir: "Həmin kameraların otaqda hansı mövqedə yerləşdirilməsi elə də əhəmiyyət kəsb etmir. Əsas məsələ obyektin rüşvət almasını və ya digər qanunsuz hərəkətini müəyyən etməkdən ibarətdir. Hər dəfə də gizli çəkilişlərin daha təkmil olması diqqət çəkir. Əvvəlki videodan daha keyfiyyətli görüntülər var. 3 ay əvvəlki görüntülərdə icra başçısının rüşvət aldığı arxadan aparılan gizli çəkilişlə təsbit olunmuşdu. Sonrakı çəkilişdə isə icra başçısı rüşvət alır, pulu verəndən çox alanın üzü görünür. Sabah isə daha təkmil videolar görə bilərik”.

İlham İsmayıl deyir ki, gizli kameralar vasitəsi ilə əldə olunan görüntülər əməliyyat-istintaq tədbirləri üçün müstəsna əhəmiyyət kəsb edir: "Fikir verdinizsə gizli kameralarla aparılan çəkilişlər zamanı əldə olunan sübutlar dərhal digər sübutların da toplanmasına yol açdı. İcra başçısının eşşək ferması və digər obyektlər saxlamasını sübuta yetirən videolar da ortaya çıxdı. Gizli videolar ortaya çıxandan sonra müsahibə tipində videolar çəkilməsi və orada danışanların obyektin icra başçısına məxsusluğunu demələri də təsadüfi deyil. Adamlar bəlkə də əvvəllər belə fikirləri dillərinə gətirməzdilər, deməzdilər ki, filan yer icra başçısınındır. Amma ortada gizli videoçəkiliş varkən adamların da rahat danışmalarına yol açılır. Gizli videoçəkiliş cinayət əməllərinin təsbiti üçün zəruri əməliyyat tədbiridir və sonrakı istintaq tədbirləri üçün olduqca vacibdir”. (hit.az)

 

İranla sərhəddə insident

Mayın 7-də DSX qoşunlarının Göytəpə sərhəd dəstəsi Cəlilabad rayonunun Qarakazımlı kəndi yaxınlığında şübhəli şəxslər müəyyən edib.

Ardını oxu...

Sabahın havası
Şənbə günü Azərbaycanda müşahidə olunacaq hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, mayın 9-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 12-14° isti, gündüz 18-23° isti olacaq. Bakıda gecə 12-14° isti, gündüz 20-22° isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 9-da gündüz Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da əksər meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 10-15° isti, gündüz 23-28° isti, dağlarda gecə 2-7° isti, gündüz 10-15° isti olacaq

Robert Köçəryanın qardaşları Azərbaycanda yüksək vəzifə tutan məmurlar imiş

Qaynarinfo xəbər verir ki, sosial şəbəkə istifadəçilərindən biri təkzibolunmaz tarixi faktlar əsasında R.Köçəryanın atasının azərbaycanlı olduğunu bildirib və həmin statusu ruscadan tərcümə edərək, olduğu kimi oxucularına təqdim edib.

Statusda deyilir: 

"Ermənistanın ikinci prezidenti Robert Köçəryan keçmiş Azərbaycan Sovet Sosialist Respublikasının Daşkəsən rayonunda anadan olub. Anası Asmik Sokratovna (qızlıq soyadı məlum deyil) Daşkəsən rayonunun Şarukar kənd orta məktəbində riyaziyyatdan dərs deyib, atası Məmməd Məcidov isə Daşkəsən rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb. Onların necə tanış olduğu məlum deyil. Amma Təhsil Şöbəsinin müdiri olan Məmməd Məcidov sevgilisi Asmiki dərs dediyi məktəbə müdir təyin edir, elə balaca Robert də məhz həmin vaxt dünyaya gəlir. Məmmədlə qeyri-rəsmi münasibətdə olduğundan Asmik oğlunun doğulmasını hər kəsdən gizlədirmiş. Robertin iki yaşı tamam olanda isə oğlunu Dağlıq Qarabağın Stepanakert (Xankəndi) şəhərində yaşayan qohumlarına verir. Bir müddət sonra Asmik o vaxtlar Daşkəsən Sosial Təminat Şöbəsində mühasib işləyən, bir qolu şikəst olan Sedrak Köçəryana ərə gedir. Bu nikah Asmikin Məcidlə qeyri-qanuni münasibətini gizlətmək üçün lazım idi. Robertin atabir qardaşları Mərdan, Pirxan və Elman bu gün Gəncədə yaşayırlar, üçü də yüksək vəzifəli məmurlardır. Daşkəsən rayonunun birinci katibi Əli Süleymanovun da Asmikdən çox xoşu gəlirmiş. Bu səbəbdən Əli ilə Məcid arasında gizli qarşıdurma başlayır və Ə.Süleymanov M.Məmmədovdan 24 saat ərzində rayonu tərk etməyi tələb edir. Məmməd Məcidov onun tələbini yerinə yetirərək Xanlar (indiki Göygöl) şəhərinə köçür. Əli isə gözəl Asmiki Daşkəsən rayonunun Mədəniyyət şöbəsinin müdiri təyin edir və onunla qeyri-rəsmi yaşamağa başlayır. Az sonra Asmik Rayon Partiya Komitəsinin ikinci katibi təyin olunur və 1988-ci ilə qədər həmin vəzifədə çalışır. 
Robertin necə və hansı şəraitdə böyüməsi ayrıca söhbətin mövzusudur, amma ötən əsrin 70-ci illərinin ortasında Azərbaycan Respublikasının rəhbərliyi Robert Köçəryanı Dağlıq Qarabağ Muxtar Vilayətinin Komsomol Təşkilatının 1-ci katibi vəzifəsinə təyin edir. Robertin atası Məcid dünyasını dəyişib, onun məzarı Xanlar (Göygöl) şəhərindədir. Daşkəsən rayonunun Şarukar kəndinin yerli sakinləri, eləcə də həmin kənddə məskunlaşan qaçqınlar bu hadisələri təsdiq edə bilər”.