Son xəbərlər


Sumqayıtda fəhlə işlədiyi zavodda ölüb.

Axar.az Report-a istinadən xəbər verir ki, hadisə Boru Yayma zavodunda baş verib. 

Müəssisənin istehsalat sahəsində işləyən 1989-cu il təvəllüdlü Elşən Rasim oğlu Hacıyevin başına boru düşüb. O, aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.