Son xəbərlər

 
Elçin Quliyev: “Ermənistanla sərhəddə mövqelərimiz 1700 metrə qədər irəli çıxarılıb”

Ermənistan silahlı bölmələrinin sərhədboyu ərazidə təxribatlarının, həmin bölmələrin dəfələrlə öz döyüş mövqelərini dövlət sərhədinə doğru irəli çəkmə cəhdlərinin qarşısı qətiyyətlə alınıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyevin “Azərbaycan” qəzetində dərc edilən məqaləsində qeyd olunub.

Həmin məqalədə cavab tədbirləri nəticəsində dövlət sərhəd xəttinə iki min metrə qədər məsafədə olan bir çox mövqelərimizin 1500-1700 metr irəli çıxarılması yaxınlıqdakı yaşayış məntəqələrimizin və magistral yolların, həmçinin şəxsi heyətin təhlükəsizliyini artırmağa, strateji cəhətdən əlverişli istiqamətlərdə yeni sərhəd döyüş məntəqələrinin yaradılmasına imkan verdiyi qeyd olunub:

“Eyni zamanda düşmənin yaşayış məntəqələrinə, magistral yollarına və strateji əhəmiyyətli obyektlərinə nəzarət imkanları artırılıb. Mühəndis işləri görən silahsız sərhədçilərimizə və mülki şəxslərə qarşı silah tətbiq etməkdən çəkinməyən namərd düşmənin bütün təxribatlarına sərhədçilərimiz tərəfindən layiqli cavab verilib, atəş nöqtələri susdurulub, hərbçiləri məhv edilib, düşmənin 5-6 qat artıq tələfat verməsinə nail olunub.

Ali Baş Komandanın Azərbaycan sərhədçisinə etimadının göstəricisi olaraq Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonlarının ərazisindən keçən hissəsinin Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürülməsi dövlət sərhədlərinin bütövlüyünün təmin edilməsinin başlanğıcı olmaqla yanaşı, Lələtəpədən başlamış zəfər yürüşünün davamıdır”.

18 Avqust 2020 Tovuzda düşmən təxribatı — Ağdam kəndi atəşə tutuldu - VİDEOREPORTAJ
18 Avqust 2020 Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
14 Avqust 2020 Bir ay keçdi... - Video
13 Avqust 2020 Qəlblərdə əbədi yaşayan şəhidlər... — REPORTAJ - FOTO
11 Avqust 2020 Taktiki təlimlərin birinci mərhələsi Quru Qoşunları bölmələrinin iştirakı ilə davam edir — VİDEO
07 Avqust 2020 Polad Həşimovla bağlı qürurverici görüntülər — VİDEO
06 Avqust 2020 Cəbhədə gərginlik davam edir
05 Avqust 2020 Şəhid polkovnik İlqar Mirzəyevin barelyefi hazırlanır
04 Avqust 2020 Cəbhədə gərginlik — Düşşmən iriçaplı pulemyotlardan istifadə edir
01 Avqust 2020 Cəbhədə gərginlik — Düşmən iriçaplı pulemyotlardan istifadə edir
31 İyul 2020 Müdafiə Nazirliyi cəbhənin Naxçıvan istiqamətindəki durumla bağlı məlumat yayıb
29 İyul 2020 Polad Həşimovun xanımı: "Bəlkə də telefonu yanında olsaydı..." — MÜSAHİBƏ - FOTO
28 İyul 2020 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
28 İyul 2020 Səfərbərlikdən könüllülərə niyə zəng edilir? – RƏSMİ CAVAB
27 İyul 2020 Ermənilərin Tovuzdakı itkiləri: ölənlər və yaralılar – SİYAHI
27 İyul 2020 “Onu heç vaxt bezdirmirdim ki, evə niyə gəlmirsən” - Polad Həşimovun xanımı+Video
27 İyul 2020 Müdafiə Nazirliyi cəbhədəkii son vəziyyətlə bağlı məlumat yaydı
24 İyul 2020 Şəhid mayorun banka olan borcu SİLİNDİ
24 İyul 2020 "Yolun düşsə, bu dünyaya bir də gəl" — Rəşad Atakişiyevin ölümündən bir il keçir...
23 İyul 2020 Bir aya bütün Qarabağ azad ediləcək… – Ekspertlər DETALLARI AÇDI
23 İyul 2020 Polad Həşimov buna görə canını FƏDA ETDİ və ABŞ-ın… – SENSASİON DETALLAR
23 İyul 2020 Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı
23 İyul 2020 Ağdamın işğalından 27 il ötür
22 İyul 2020 Tovuzdan dünyaya mesaj — MÜHARİBƏ QAÇILMAZDIR və...
22 İyul 2020 “Uşaqlarımızı mənə tapşırıb getdi...” - Videoreportaj
22 İyul 2020 Cəbhədə vəziyyət necədir?
21 İyul 2020 Azərbaycan son döyüşlərdə ərazi itkisi verməyib — RƏSMİ
21 İyul 2020 Bütün Azərbaycanı qürurlandıran sadə vətəndaş — FOTO
21 İyul 2020 Ermənistana məxsus iki taktiki PUA məhv edildi — RƏSMİ
20 İyul 2020 Müdafiə Nazirliyi vəziyyətlə bağlı məlumat yaydı