Son xəbərlər

Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadılır
Milli Məclisin 30 mart tarixində keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu APA-ya açıqlamasında bildirib ki, iclasın gündəliyinə 16 məsələ daxil edilib.

Bunlar, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişiklik edilməsi, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nə dəyişiklik edilməsi və digər qanunlara uyğunlaşdırma xarakterli təklif edilən dəyişikliklər, “Azərbaycan Respublikasının Vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında”, qanuna dəyişiklik edilməsi, “Tibbi sığorta haqqında” qanuna dəyişiklik edilməsi, Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişiklik edilməsi(I oxunuş), Azərbaycan Respublikasının 1999-cu il 17 may tarixli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nə dəyişiklik edilməsi haqqında qanun layihəsi (l oxunuş), “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında qanuna dəyişiklik edilməsi, “Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimiya Komissiyasının tərkibi haqqında” layihə, “Quru limanlar haqqında” hökumətlərarası sazişə qoşulmaq barədə Azərbaycan Respublikası qanun layihəsi, “Azərbaycan Respublikasının Şəhərsalma və tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanuna dəyişiklik edilməsi, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi, Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihələri və hökumətlərarası bir neçə sazişdir.

Azərbaycan Ordusu düşmən təxribatının qarşısını aldı
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttinin Goranboy istiqamətində atəşkəs rejimini kobud surətdə pozmaqla təxribat törətməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bir hərbi qulluqçusu məhv edilib. Bir sutkaya yaxındır ki, düşmən hərbiçisinin cəsədi qoşunların səngərləri arasındakı ərazidə qalır.

Hazırda bu istiqamətdə atışma davam edir, vəziyyət bölmələrimizin nəzarəti altındadır.

Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür.

Zakir Həsənov ön xətdəGenişmiqyaslı komanda-qərargah təlimləri çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yaradılmasının ildönümü qeyd edilən cəbhəboyu zonada yerləşən hərbi hissələrdən birinin ön xətt bölmələrində olublar.

Bu barədə "Ölkə.Az"a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bölmələrin döyüşə hazırlıq səviyyəsini yoxlayan Müdafiə naziri Ermənistan silahlı qüvvələrinin üzbəüz yerləşən mövqelərini müşahidə edib və müvafiq tapşırıqlar verib.

Sonda ön xətdə döyüş növbəsi çəkən hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim edilib və onlarla çay süfrəsi arxasında söhbət aparılıb.

Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başladıQoşunların 2020-ci tədris ilinin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusu genişmiqyaslı komanda-qərargah təlimlərinə başlayıb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. 

Martın 6-dək davam edəcək təlimlər informasiya texnologiyalarının geniş tətbiqi, həmçinin heyətlərin, vaxt göstəriciləri və qəbul edilən qərarların icrası planlarının yoxlanılmasının müvafiq idarəetmə orqanları ilə dəqiqləşdirilməsi ilə ərazi, xəritə və ərazinin maketi üzərində icra olunacaq.

Xain hücumdan sonra rejimə havadan və qurudan qarşılıq verdik.

Bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ötən gün İdlibdə şəhid olan 33 türk əsgərinin qisasının alınması ilə bağlı keçirilən əməliyyatdan danışarkən deyib.

“Əks hücum zamanı rejimin 200-dən çox hədəfi ağır atəş altına alındı. Nəticədə rejimə məxsus 5 helikpoter, 23 tank, 23 top, 1 SA-17, 1 SA-22 hava müdafiə sistemi və 309 əsgəri məhv edildi”, – nazir bildirib.  /Axar.az/

Şəhid əsgərimiz son mənzilə yola salınır

Ötən gün şəhid olan Azərbaycan əsgəri İbrahim Vəliyevlə vida mərasimi keçirilir.

Azvision.az məlumatına görə, mərasim şəhidin ailəsinin məskunlaşdığı Zərdab rayonunda təşkil olunub.

Vida mərasimindən sonra şəhidin nəşi Zərdabdakı Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, əslən Kəlbəcər rayonundan olan İbrahim Vəliyev Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətindəki sərhəd döyüş məntəqəsinə diversiya cəhdinin qarşısını alarkən şəhid olub.

Ötən gecədən başlayaraq Azərbaycanın işğal altındakı torplaqlarda Ermənistan ordusu döyüşə hazır vəziyyətə gətirilib.

Ermənistan KİV xəbərlərinə görə, bu təlimlər taktiki-düzülüş təlimləri çərçivəsində həyata keçirilib.

Təlimlər zamanı 3 mindən artıq hərbçinin zirehli texnika və artilleriya vasitələrinin müşaiyəti ilə yerdəyişmə etdiyi xəbər verilir.

Xatırladaq ki, bu səhər Ermənistan qoşunları Azərbaycanın Qazax rayonu istiqamətində atəşkəsi pozaraq, Dövlət Sərhəd Xidmətinin hərbçisini şəhid ediblər.  (modern.az)

Aprel döyüşləri zamanı biz bir neçə qlobal səhv buraxdıq, məhz bu səbəbdən də itkimiz çox oldu, bəzi mövqelərimizi itirdik.

Bu sözləri Aprel döyüşləri zamanı Ermənistan orusunun kəşfiyyatçısı olmuş baş leytinant Sərkis Qabrielyan “168.am” saytına müsahibəsində deyib.

“Ən əsas səhv ondan ibarət idi ki, kəşfiyat qrupu qarşı tərəfin hücum edəcəyi barədə xəbər versə də, bizim tərəf bu hücumun qarşısını almaq istiqamətində heç bir dəyişiklik etmədi.

Müqavimət göstəndə isə artıq gec idi. İkincisi, bilmirəm, amma nəyə görəsə bizim tərəf elə düşünürdü ki Azərbaycan ordusu əllərinin altında olan güclü silahlardan istifadə etməyi bacarmır. Amma onlar “Smerçi” işə saldılar”, – deyə erməni kəşviyyatçı qeyd edib.

Qabrielyanın sözlərinə görə, Ermənistan ordusunda haqda qorxaq təəssüratı yaradıb.

“Biz qorxaqlar kimi görsənirik, çünki Azərbaycan tərəfi hər imkan düşdükcə müharibə deyir, biz isə buna cavab verə bilmirik”, – deyə o qeyd edib.//Axar.az

Şəhidimiz dəfn edildiAzərbaycanın şəhid olan sərhədçi əsgəri dəfn edilib.

"Ölkə.Az" report-a istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbay­can-Ermə­nistan dövlət sər­hə­dindəki təmas xəttində atəşkəs rejimini pozması nəticəsində şəhid olan Fərzəliyev Fərzalı Əlimövsüm oğlu Ucar rayonunun Alpı kənd qəbiristanlığında dəfn edilib. 

Dəfn mərasimində Dövlət Sərhəd Xidmətinin, Ucar Rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri, yaxınları, komandirlərii və əsgər yoldaşları eyni zamanda rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Bayrağı şəhidin atasına təqdim edilib. Yaylım atəşindən sonra, şəhidin nəşi torpağa tapşırılıb. 

İranın hərbi təyyarələri havaya qaldırılıb.

Turkustan.info xəbər verir ki, ABŞ-ın BƏƏ-dəki hərbi bazasından qırıcıların havaya qaldırılmasına cavab olaraq İran da öz qırıcılarını döyüş hazırlığı vəziyyətinə gətirib.

Qeyd edək ki, daha əvvəl bütün İran ərazisində yeraltı raket obyektləri hazır vəziyyətə gətirilmişdi.  /Publika.az/