Son xəbərlər

 

Respublikamızın iri sənaye və kənd təsərrüfatı rayonlarından biri olan Abşeron ölkəmizin sosial-iqtisadi , ictimai-siyasi, mədəni həyatında hər zaman xüsusi rol oynamışdır.

Bu gün də bu gözəl ənənə davam etməkdədir.

Belə ki, hal-hazırda rayon ərazisində tikinti-quruculuq, abadlıq, səliqə-səhman işləri öz yüksək axarı ilə davam etməkdədir. Ayrı-ayrı qəsəbə və kəndlərdə, rayon mərkəzində aparılan təmir-tikinti, quruculuq, abadlıq işləri  göz oxşayır, rayonun ümumi mənzərəsini daha da gözəlləşdirir.

     Xüsusən qeyd etmək lazımdır ki, qırx dörd gün davam edən və şanlı qələbəmizlə başa çatan İkinci Qarabağ müharibəsində Abşeron rayonu İcra Hakimiyyəti və sakinləri bütün gücü və bacarığı ilə ölkə rəhbərinin yanında oldu. Bu dövrdə hər bir kəs bu qələbədə azacıq da olsa pay sahibi olmaq üçün bir yumruğa döndü. Ön cəbhəyə, o cümlədən döyüşçülərimizin yaxınlarına, ailələrinə maddi və mənəvi dəstək o zamanlarda ən ümdə məqsədə çevrildi.

 
Hal-hazırda da bu missiya davam etdirilir. Belə ki, şəhid ailələri , qazilər , vətən müharibəsi iştirakçıları heç zaman unudulmur, yaddan çıxmır . İcra başçısı İradə xanım Gülməmmədova mütəmadi olaraq şəhid, qazi ailələrinə baş çəkir, onların qayğıları, problemləri ilə yerindəcə maraqlanır. Maddi və mənəvi dəstəyini bir an belə əsirgəmir. Şəhidlərimizin müqəddəs adlarının əbədləşdirilməsi üçün rayon ərazisində bir sıra kompleks tədbirlər həyata keçirilir. Belə ki , Xırdalan şəhərində 6 şəhidin xatirəsinə bulaq kompleksi ,  Qobu qəsəbəsində şəhid baba və nəvə-I Qarabağ müharibəsində döyüşən baba Hüseynov Gülverdi Ağahüseyn oğlu, II Qarabağ müharibəsində isə nəvə Qasımov Gülverdi Abil oğlunun xatirəsinə abidə - bulaq kompleksi, Masazır kəndində  şəhid  Dövlətov Zaur Zahir oğlunun və şəhid Hüseynov Elxan Maarif oğlunun xatirəsinə abidə-bulaq kompleksi,  Xırdalan şəhərində şəhid leytenant Məmmədov Fərid Vəlhad oğlunun (27.04.1990-26.10.2020) xatirə lövhəsi və baralyefinin inşası bu qəbildən görülən işlərdəndir. Ümumiyyətlə, qeyd etmək yerinə düşərdi ki, rayon ərazisində  I və II Qarabağ müharibəsi zamanı həyatlarını itirən 150-dən çox şəhidimizin adına küçə salınıb, həmin küçələr abadlaşdırılaraq  sakinlərin istifadəsinə verilib.

Müqəddəs amal uğurunda canından keçən, şərəfli tarix yazan vətən övladlarımızın xatirələrinin əbədiləşdirilməsi yolunda işlər hal-hazırda  davam etdirilir və gələcək də davam etdiriləcək.

   Abşeron rayonunda sanitar- epidemoloji vəziyyət də daim nəzarətdə saxlanılır.Respublikamızda aparılan vaksinasiya işi rayon ərazisində də sürətlə aparılır. İcra Hakimiyyəti COVİD-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə ölkə ərazisində həyata keçirilən vaksinasiya prosesində vətəndaşları aktiv iştirak etməyə çağırırıq və bu işə çox ciddi nəzarət edir.       
P.S. Göründüyü kimi Abşeron rayonunda hər zaman olduğu kimi hal – hazırda da rayon ərazisində sosial-iqtisadi vəziyyətin, insanların rifah halının yaxşılaşdırılması yolunda mütərəqqi adımlar atılır. Ölkə rəhbərinin tapşırıq və sərəncamlarını ləyaqətlə yerinə yetirilir.

Lakin bəzi qaragüruh , dırnağarası media nümayəndələri bütün bunları görməzdən gələrək rayon haqqında , onun başçısı İradə xanım Gülməmmədova haqqında yalan- yalnış, şər-böhtan xarakterli cızma-qaralar yazmaqdan çəkinmir, yorulmurlar. Bütün bunlar verilən əməyə hörmətsizlik olmaqla bərabər peşə etikasına sığmayan ləyaqətsizlikdir. Təəssüf ki belə qeyri -peşəkarlar hər sahədə olduğu kimi mətbuatda da var.

Müşfiq Kişiyev

24 Aprel 2024 HEYDƏR ƏLİYEV - Əbədi müstəqilliyə imza atan Dahi Şəxsiyyət TƏHLİL
24 Aprel 2024 “Təbiət bütün dünyada eyni qanunlara tabedir və heç bir dövlət sərhədi tanımır” - ŞƏRH EDİLDİ
24 Aprel 2024 Bölgələrdə 70 qəpikdən satılan xiyar paytaxt bazarlarında nə vaxt ucuzlaşacaq? VİDEO
24 Aprel 2024 "Xarici dil məcburiyyət halı alıb, bu yaxşı deyil" - EKSPERT MÜNASİBƏT BİLDİRDİ
24 Aprel 2024 Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti
24 Aprel 2024 Ləqəblərin mənası, əhəmiyyəti, mahiyyəti və yaranma ehtiyacı nədən ibarətdir? - MÜNASİBƏT BİLDİRİLDİ
24 Aprel 2024 Zelenski ABŞ ssenarisi üzrə oynayan artistdir! - Pxenyan
23 Aprel 2024 Onlara bu şansı verməyəcəyik! - Prezident
23 Aprel 2024 “Ermənistanın sülh məsələsində dedikləri ilə etdikləri üst-üstə düşmür“ - ŞƏRH EDİLDİ
21 Aprel 2024 ABŞ Ukraynaya 61 milyardlıq yardım ayırsa da...
19 Aprel 2024 "Qanunvericiliyin tələblərinə əməl etməyən sahibkar cərimələnə bilər" - MÜNASİBƏT BİLDİRİLDİ
19 Aprel 2024 “Üçüncü dünya müharibəsinin real təhdid kimi qalmaq imkanları kifayət qədər genişdir“ - RƏYLƏR
19 Aprel 2024 “Qorxu erməni cəmiyyətində mental bir hisdir” - POLİTOLOQ ŞƏRH ETDİ
19 Aprel 2024 “Dinin dedikləri qətiyyən qəliz, sərt, radikal deyil” - DİN XADİMİ DANIŞDI
18 Aprel 2024 “Xalqımız dərin strateji dividentlər qazandı” - DEPUTAT FİKİR BİLDİRDİ
18 Aprel 2024 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
18 Aprel 2024 Dəmirlə zənginləşdirilmiş un satılacaq
17 Aprel 2024 Qlobal gərginliyə və müharibələrə görə ERMƏNİSTANIN QORXUSU - TƏHLİL
17 Aprel 2024 Azərbaycana gətirilən dondurulmuş toyuqda bakteriya aşkarlandı
17 Aprel 2024 "Hazırda bu problem çox geniş yayılıb" - HƏKİM AÇIQLADI
17 Aprel 2024 “Hadı Rəcəbli hər şeydən öncə yaxşı dost idi” - Ziyafət Əsgərov
17 Aprel 2024 "Hər iki ölkə biri-birinin suverenliyini hər zaman dəstəkləyib” - EKSPERT ŞƏRH ETDİ
17 Aprel 2024 Saakaşvili bütün ölkəni etirazlara çağırdı
17 Aprel 2024 “Bizim əsas problemimiz abidələrdən yararlanmaq sahəsindədir” - DEPUTAT FİKİR BİLDİRDİ
17 Aprel 2024 "Onların düşüncəsi ağalarının pul kisəsindən asılıdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
17 Aprel 2024 "Bəzi millət vəkilləri dilimizdə düzgün danışa bilmirlər" - MÜNASİBƏT BİLDİRİLDİ
16 Aprel 2024 İsrail-İran savaşı, yoxsa… - RAKURS
16 Aprel 2024 “Azərbaycana heç vaxt belə paşinyanlar lazım olmayıb” - DEPUTAT TƏNQİD ETDİ
16 Aprel 2024 “Vətəndaşları bu eybəcər plana alət edə bilməyəcəklər” - MÜNASİBƏT BİLDİRİLDİ
16 Aprel 2024 Müharibələr meydanına çevrilən dünyanın TƏHLÜKƏSİZLİK ADASI – TƏHLİL