Son xəbərlər

 


15 İyun-Milli Qurtuluş Günüdür

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi əsasında hakimiyyətə qayıdışı ilə başlanğıcı qoyulan əbədi müstəqillik yolumuz tarixə Zəfər Günümüzü yazdı

15 iyun 1993-cü il Milli Qurtuluş Günündən 28 il ötür. 28 il zaman baxımından böyük olmasa da, uğurların zənginliyi ilə bir əsrə bərabər yol kimi dəyərləndirilir. Hər bir önəmli hadisə, bayram tədbiri daim keçilən yolun təhlilini bir zərurət kimi ortaya qoyur. Bu il Milli Qurtuluş Gününü fərqli şəkildə böyük sevinclə qeyd edirik. Tariximizə yazılan Zəfər günümüz 28 ilin ümumiləşdirilmiş ifadəsidir.

Reallıq budur ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin möhtəşəm qayıdışı olmasaydı və bu bunun yaratdığı Milli Qurtuluş baş tutmasaydı biz tamamilə fərqli Azərbaycanda yaşamağa məcbur olardıq. O Azərbaycan təbii ki, bugünkü uğurlu inkişaf yolunda inamla irəliləyən Azərbaycandan fərqli olacaqdı. Ona Milli Qurtuluş Günündə iki mühüm məqama diqqət yönəldilir. Biri Azərbaycanın öz dövlət müstəqilliyini yenidən bərpa etməsidirsə, ikincisi ulu öndər Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışı və bu qayıdışın Azərbaycanın qarşısında açdığı imkanlardır.

Milli Qurtuluş Günü tariximizin ən parlaq səhifəsi kimi qeyd olunur. Bu, onunla bağlıdır ki, insanlar öz həyat tərzlərinin bugünkü səviyyəsini, Azərbaycanın davamlı uğurlarını və gələcək perspektivlərini qurtuluşla və ulu öndər Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışı ilə əlaqələndirirlər. Müstəqilliyimizin ilk illərində Azərbaycanın yaşadığı durum hər kəsin yaddaşındadır. Bütün sahələrdə böhran, xaos, anarxiya hökm sürurdü. Xalqın sabaha ümidi yox idi. Yaşananlar insanları narahat edirdi. Eyni zamanda, gələcəklə bağlı qaranlıq təsəvvürlər var idi. İnsanlar həm öz ailələrinin, həm də ölkənin gələcəyini dumanlı görürdülər. Bütün bunların hamısı ulu öndər Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışını şərtləndirdi və reallığa çevirdi. Heydər Əliyevin qayıdışı ilə Milli Qurtuluş Günü başladı. Azərbaycanda problemlər ulu öndər Heydər Əliyevin qətiyyəti və yüksək idarəçiliyi sayəsində öz həllini tapmağa başladı. Ölkədə sistemli iqtisadi islahatlar həyata keçirildi. Azərbaycanın taleyində əhəmiyyətli rol oynayan neft strategiyası işlənib hazırlandı. Bu da öz növbəsində həm insanların, həm də ölkəmizin iqtisadi inkişafına böyük töhfələr vermiş oldu. Ümummilli lider Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də Ermənistanla atəşkəs sazişi imzalandı. Beləliklə, insanları narahat edən problemlərin əksəriyyəti öz həllini tapdı. Eyni zamanda, Azərbaycanın gələcək inkişafı üçün fundamental əsaslar yaradıldı. Bu fundamental əsaslar bu gün də ölkəmizin inkişafına öz müsbət təsirini göstərməkdədir.

Qurtuluş Azərbaycanın siyasi mənzərəsini dəyişən və müəyyən çərçivəyə sığan hadisə kimi dəyərləndirilməkdədir. Qurtuluş bu gün də davam edir. Qurtuluşdan başlanan tarixi yol uğurludur. Azərbaycanın bugünkü inkişafı, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət də Qurtuluşdan başlayır, ondan güc alır.

Qurtuluşun tarixindən və ölkəmizin həyatında rolundan bəhs edərkən gözümüz önündə olan reallıqlarımıza diqqət yetirmək gərəkdir. Azərbaycanın inkişafı, davamlı iqtisadi islahatları təqdir olunur. Son 17 ildən artıq dövrdə ölkə iqtisadiyyatı 3 dəfədən çox artıb. Bu statistika dünya tarixində Azərbaycan dövlətinin nümunəviliyini bir daha təsdiqləyir. Ölkə iqtisadiyyatının bu şəkildə artımı insanların sosial müdafiəsinin gücləndirilməsi üçün etibarlı baza yaradır. Maaşlar, pensiyalar artırılır. Dövlətimizin başçısı İlham Əliyev hər zaman çıxışlarında həyata keçirilən siyasətin təməlində vətəndaş amilinin dayandığını önə çəkərək, iqtisadi göstəricilərin insanların gündəlik həyatında öz əksini tapmasının vacibliyini bildirir. Əhalinin bugünkü sosial durumunu müstəqilliyimizin ilk illərindəki durumla müqayisə etdikdə hazırkı inkişafa nail olmaq üçün hansı addımların atıldığını daha aydın şəkildə görürük. Qurtuluş Azərbaycanın tarixində böyük inkişaf mərhələsinin əsası kimi qeyd edilir. Ölkəmizin gələcək inkişafı üçün möhkəm baza yaradıldığı inkaredilməzdir.

Azərbaycan son 18 ilə yaxın dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsini yaşayır. Qurtuluşun yaratdığı imkanlardan istifadə edərək Azərbaycanın qısa müddətdə köklü şəkildə dəyişdirilməsinə nail olunub. İqtisadiyyatda, infrastukturda çox ciddi dəyişikliklər baş verib. Azərbaycan elə bir ölkəyə çevrilib ki, öz inkişafını davamlı etmək üçün yeni-yeni hədəfləri müəyyənləşdirir və onlara çatmaq üçün icra mexanizmi ortaya qoyur. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin əsas səbəbləri iqtisadiyyatı daha da inkişaf etdirmək, insanların yüksək rifah şəraitində yaşamasını təmin etmək, bütün bu istəklərə nail olmaq üçün zəruri olan addımları atmaqdır. Azərbaycan neft strategiyasını həyata keçirməklə bugünkü davamlı uğurlara imza atıb. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası ölkəmizin qarşısında böyük imkanlar açıb. Enerji sektorunda uğurların davamlılığının təmin edilməsi ilə yanaşı, son 17 ildən artıq dövrdə qeyri-neft sektorunun da inkişafı prioritetliyi ilə diqqət çəkir. Cənab İlham Əliyevin «Neft kapitalını insan kapitalına çevirək» tezisinə uyğun olaraq regionların malik olduğu resurslardan səmərəli istifadə etmək üçün Dövlət proqramları təsdiqlənir və uğurla icra edilir. 2003-cü ildən bu günədək 3 Dövlət Proqramının icrası başa çatıb, dördüncü sənədin icrası davam edir. Cənab İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən və uğurla icra edilən «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasında əksini tapan əsas hədəflər Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək, yüksək gəlirli ölkəyə çevrilmək, 3 dəfədən çox artan ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaq idi ki, bugünümüzün reallıqları bu hədəflərə nail olduğumuzu təsdiqləyir. Baxmayaraq ki, dünyanı cənginə almış koronavirus infeksiyası ilə mübarizə aparır, bu müddətdə iqtisadiyyatın dayanıqlılığının təmin edilməsi, heç bir sosial layihənin təxirə salınmaması qarşıya mühüm vəzifə kimi qoyularaq bu istiqamətdə mühüm addımlar atıldı və nəticə göz önündədir. Həyat dəyişdikcə, dövrün yeni tələbləri ortaya qoyulduqca yeni hədəflərə də yol açır ki, bunlar da öz növbəsində ölkəmizin hərtərəfli inkişafını sürətləndirir. Bu uğurlar fonunda böyük inamla qeyd edirik ki, Qurtuluş heç zaman sönməyən bir enerjidir, uzun illər Azərbaycan dövlətinin, xalqının inkişafına xidmət edəcək. 

Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən Yeni Azərbaycan Partiyasının da uğurlarımızda öz payı vardır. Xalqa, dövlətə xidməti fəaliyyətinin ana xətti kimi qəbul edən Yeni Azərbaycan Partiyası yeni hədəflərin gerçəkləşməsi istiqamətində mühüm addımlar atır. Partiyanın hər bir üzvü ölkənin inkişafına öz töhfələrini verməyə çalışır. Azərbaycan tarixində qürurverici hadisələrdən biri məhz Yeni Azərbaycan Partiyasının yaradılması, gücünün günbəgün artması və ölkənin ictimai-siyasi həyatında əhəmiyyətli və özünəməxsus yer tutmasıdır. Gələn il Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 ili tamam olacaq. 30 illik zaman partiyanın keçdiyi inkişaf yolunun aydın mənzərəsini yaratmaqla yanaşı, Azərbaycanın dünəninə, bu gününə və gələcəyinə verdiyi töhfələrin açıqlanması üçün bir daha geniş imkan yaranacaq. YAP-ın üzvlərinin sayı 760 minə yaxındır. Bu böyük ordudur. Bu ordunun silahı Heydər Əliyev ideyaları, Prezident İlham Əliyevin həyata keçirdiyi təkmil islahatlar, uğurlu siyasətdir. Qurtuluşun müəyyənləşdirdiyi yeniləşmə, müasirləşmə həyata keçirilən siyasətin əsasında dayanır. Azərbaycan hazırda bütün sahələrdə inkişaf dövrünü yaşayır. Bu inkişafın davamlılığını təmin etmək üçün dövlət başçısı İlham Əliyev biri-birindən əhəmiyyətli Fərman və sərəncamlar imzalayır, Dövlət proqramlarını təsdiqləyir.

Qurtuluş Azərbaycanın bugünkü reallıqlarıdır. Azərbaycan sabit, demokratik dəyərlərə hörmətlə yanaşan və bu yolda inamla irəliləyən, dayanıqlı iqtisadi inkişafa malik olan, beynəlxalq münasibətlər sistemində əhəmiyyətli yer tutan ölkə kimi nüfuz qazanıb. Son 18 ilə yaxın dövrdə ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdirilməsinin vacibliyini bəyan etmişdir. Son 18 ilin uğurları bu vədin konkret əməli işdə öz təsdiqini tapmasının göstəricisidir. Bu gün Azərbaycanın hər bir bölgəsi, kəndi, qəsəbəsi sürətlə inkişaf edir. Rayonlar arasında sağlam rəqabət ölkənin hərtərəfli inkişafı üçün stimuldur.

Qurtuluş bugünkü Azərbaycan gəncliyidir. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı gənclərə diqqət və qayğını dövlət siyasətinin əsas tərkib hissəsinə çevirdi. Bu gün Azərbaycan gəncinin səsi yüksəklərdə eşidilir, imzalanan Dövlət proqramları onların hərtərəfli inkişafını təmin edir. Gənclərimiz ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin ətrafında sıx birləşir, gələcəyə böyük inamla addımlayırlar.

Tarixi Zəfərimiz Azərbaycan gəncinin torpaq, Vətən sevgisini bir daha ortaya qoydu. Bu gün, Milli Qurtuluş Günündə böyük fəxrlə bəhs etdiyimiz tarixi Qələbəmiz Azərbaycanın 1993-cü ildən başlanan inkişaf yolunun zirvəsidir. Son 18 ildə yeganə problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün zəruri olan imkanlar yaradıldı. Azərbaycan bütün sahələrdə gücləndi, münaqişənin həlli üçün möhkəm hüquqi baza yaradıldı. Dövlətimizin başçısı İlham Əliyev ən yüksək tribunalardan «Qarabağ Azərbaycandır və nida işarəsi» bəyan etdi və bunu qətiyyətli mövqeyi ilə reallığa çevirdi. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun dünyanın ən güclü, xalqımızın yenilməz, məğrur xalq, Prezident İlham Əliyevin qalib Lider olduğunu bir daha dünyaya nümayiş etdirdi. 28 ildən sonra Qarabağımızın tacı, mədəniyyət paytaxtımız Şuşada Novruz tonqalları yandırıldı, «Xarıbülbül» musiqi festivalı keçirildi və ənənə bərpa edildi. Bundan böyük xoşbəxtlik varmı?! Milli Qurtuluş Gününü ərazi bötövlüyümüzün təmin olunması, torpaqlarımızın tarixi sahiblərinə qayıtması sevinci ilə qeyd etdiyimiz üçün qürurluyuq.

Zəfərin mübarək, Azərbaycan! Zəfərin mübarək, Azərbaycan xalqı! Milli Qurtuluş Günündən başlanan yolun Zəfəri ilə inamla irəli! Qarabağımız cənnətməkana çevriləcək, «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» uğurlarımız üçün yol xəritəsi olacaq, Azərbaycan daha möhtəşəm hadisələrlə dünyanı heyrətləndirəcək. Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan bu gün Vətən müharibəsinin yaratdığı yeni reallıqlar fonunda diktə edən tərəf kimi çıxış edir, regionda və dünyada söz sahibi kimi mövqeyini möhkəmləndirir.

Ruslan Həmidov

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin direktoru

                                                                                          

25 Aprel 2024 Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
25 Aprel 2024 Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır
25 Aprel 2024 Azərbaycan–Rusiya münasibətlərinin inkişafında yeni mərhələ
24 Aprel 2024 HEYDƏR ƏLİYEV - Əbədi müstəqilliyə imza atan Dahi Şəxsiyyət TƏHLİL
24 Aprel 2024 “Təbiət bütün dünyada eyni qanunlara tabedir və heç bir dövlət sərhədi tanımır” - ŞƏRH EDİLDİ
24 Aprel 2024 Bölgələrdə 70 qəpikdən satılan xiyar paytaxt bazarlarında nə vaxt ucuzlaşacaq? VİDEO
24 Aprel 2024 "Xarici dil məcburiyyət halı alıb, bu yaxşı deyil" - EKSPERT MÜNASİBƏT BİLDİRDİ
24 Aprel 2024 Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti
24 Aprel 2024 Ləqəblərin mənası, əhəmiyyəti, mahiyyəti və yaranma ehtiyacı nədən ibarətdir? - MÜNASİBƏT BİLDİRİLDİ
24 Aprel 2024 Zelenski ABŞ ssenarisi üzrə oynayan artistdir! - Pxenyan
23 Aprel 2024 Onlara bu şansı verməyəcəyik! - Prezident
23 Aprel 2024 “Ermənistanın sülh məsələsində dedikləri ilə etdikləri üst-üstə düşmür“ - ŞƏRH EDİLDİ
21 Aprel 2024 ABŞ Ukraynaya 61 milyardlıq yardım ayırsa da...
19 Aprel 2024 "Qanunvericiliyin tələblərinə əməl etməyən sahibkar cərimələnə bilər" - MÜNASİBƏT BİLDİRİLDİ
19 Aprel 2024 “Üçüncü dünya müharibəsinin real təhdid kimi qalmaq imkanları kifayət qədər genişdir“ - RƏYLƏR
19 Aprel 2024 “Qorxu erməni cəmiyyətində mental bir hisdir” - POLİTOLOQ ŞƏRH ETDİ
19 Aprel 2024 “Dinin dedikləri qətiyyən qəliz, sərt, radikal deyil” - DİN XADİMİ DANIŞDI
18 Aprel 2024 “Xalqımız dərin strateji dividentlər qazandı” - DEPUTAT FİKİR BİLDİRDİ
18 Aprel 2024 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
18 Aprel 2024 Dəmirlə zənginləşdirilmiş un satılacaq
17 Aprel 2024 Qlobal gərginliyə və müharibələrə görə ERMƏNİSTANIN QORXUSU - TƏHLİL
17 Aprel 2024 Azərbaycana gətirilən dondurulmuş toyuqda bakteriya aşkarlandı
17 Aprel 2024 "Hazırda bu problem çox geniş yayılıb" - HƏKİM AÇIQLADI
17 Aprel 2024 “Hadı Rəcəbli hər şeydən öncə yaxşı dost idi” - Ziyafət Əsgərov
17 Aprel 2024 "Hər iki ölkə biri-birinin suverenliyini hər zaman dəstəkləyib” - EKSPERT ŞƏRH ETDİ
17 Aprel 2024 Saakaşvili bütün ölkəni etirazlara çağırdı
17 Aprel 2024 “Bizim əsas problemimiz abidələrdən yararlanmaq sahəsindədir” - DEPUTAT FİKİR BİLDİRDİ
17 Aprel 2024 "Onların düşüncəsi ağalarının pul kisəsindən asılıdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
17 Aprel 2024 "Bəzi millət vəkilləri dilimizdə düzgün danışa bilmirlər" - MÜNASİBƏT BİLDİRİLDİ
16 Aprel 2024 İsrail-İran savaşı, yoxsa… - RAKURS