Elşad Qarayev Əməkdar artist? Şənbə günü ARB kanalında efirə gedən "Səhər-səhər" verlişinin qonağı olan müğənni Elşad Qarayev üçün zəng edən Xalq artisti Aftandil İsrafilov ona "Əməkdar artist Elşad Qarayev" deyə müraciət edib. Məlum olub ki, xalq artisti mart ayında Elşad Qarayevə Fəxri adın verilməsi ilə bağlı dövlət başçısına müraciət edib. Yaxın vaxtlarda reallaşacağı gözlənilir. Əvvəlcədən təbrik edirik.