Son xəbərlər

 


4 iyunda 44 günlük müharibənin odu-alovu içərisindən sağ – salamat çıxıb, erməni xainliyinin və vəhşiliyinin qurbanı olan iki dəyərli jurnalistimizi və daha bir vətəndaşımızı itirdik.

Hamımız üçün ağır itki oldu. İş başında, erməni vandallarının xarabaya çevirdiyi elimizi-obamızı lentə, yazıya köçürdüb, salnamə yaradanlar bir anın içərisində gözlənilmədən şəhid oldular. Danışmağı bacaran, əli qələm tutan hər kəs xain və xəbis düşmənə qarşı nifrətini, qəzəbini bir daha kəskin şəkildə ortaya qoydu. Bir nəfərdən – Müsavat Partiyasının sədri Arif Hacılıdan başqa.

Fəzail Ağamalı bu sözləri Defakto.az-a açıqlamasında bildirib.

Kim olursan ol, istər iqtidar nümayəndəsi, istər müxalifət , istər siyasətdən uzaq adi Azərbaycan vətəndaşı. Təki dürüst ol! Ləyaqətini, milli mənliyini itirmə.

Sosial şəbəkəni izləyərkən qarşıma Arif Hacılının baş verən faciə ilə bağlı şərhi çıxdı. Təəssüf ki, baş verən faciəni mənəvi düşkünlük və siyasi əxlaqdan, həqiqətdən və yuxarıda göstərdiyim insani keyfiyyətlərdən uzaq şəkildə şərhini verən Arif Hacılı erməniləri, onları himayə edən beynəlxalq gücləri ittiham etmək, lənətləmək əvəzinə, ölkə prezidentini, millətimizə qələbə sevinci yaşadan, 200 ildən bəri üzərimizə gələrək, tarixi torpaqlarımızı himayədarların hərtərəfli köməyilə işğal edib, saxta “dövlət ” quran, zaman – zaman 10 minlərlə soydaşımızı qətlə yetirən, Xocalı kimi 20-ci əsrin ən qanlı soyqırımlarından birini törədən, işğaldan azad edilmiş torpaqlarımıza on minlərlə minanı səpən və ölüm çələngini quran ermənilərin üzərində tarixi zəfər çalan, onları sındıran, miflərini darmadağın edən, müzəffər, xilaskar Ali Baş Komandan İlham Əliyevi hədəfə alır və dünya erməniliyinin içərisində ön sıralarda durduğunu nümayiş etdirir .
Və beləliklə, bu açıqlama ilə o, ermənipərəstliyini əbədi olaraq bioqrafiyasının baş səhifəsinə yazmalı oldu.

Fəzail Ağamalı,

Milli Məclisin deputatı,

Ana Vətən Partiyasının sədri.

07 İyun 2021 – ci il

19 Aprel 2024 "Qanunvericiliyin tələblərinə əməl etməyən sahibkar cərimələnə bilər" - MÜNASİBƏT BİLDİRİLDİ
19 Aprel 2024 “Üçüncü dünya müharibəsinin real təhdid kimi qalmaq imkanları kifayət qədər genişdir“ - RƏYLƏR
19 Aprel 2024 “Qorxu erməni cəmiyyətində mental bir hisdir” - POLİTOLOQ ŞƏRH ETDİ
19 Aprel 2024 “Dinin dedikləri qətiyyən qəliz, sərt, radikal deyil” - DİN XADİMİ DANIŞDI
18 Aprel 2024 “Xalqımız dərin strateji dividentlər qazandı” - DEPUTAT FİKİR BİLDİRDİ
18 Aprel 2024 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
18 Aprel 2024 Dəmirlə zənginləşdirilmiş un satılacaq
17 Aprel 2024 Qlobal gərginliyə və müharibələrə görə ERMƏNİSTANIN QORXUSU - TƏHLİL
17 Aprel 2024 Azərbaycana gətirilən dondurulmuş toyuqda bakteriya aşkarlandı
17 Aprel 2024 "Hazırda bu problem çox geniş yayılıb" - HƏKİM AÇIQLADI
17 Aprel 2024 “Hadı Rəcəbli hər şeydən öncə yaxşı dost idi” - Ziyafət Əsgərov
17 Aprel 2024 "Hər iki ölkə biri-birinin suverenliyini hər zaman dəstəkləyib” - EKSPERT ŞƏRH ETDİ
17 Aprel 2024 Saakaşvili bütün ölkəni etirazlara çağırdı
17 Aprel 2024 “Bizim əsas problemimiz abidələrdən yararlanmaq sahəsindədir” - DEPUTAT FİKİR BİLDİRDİ
17 Aprel 2024 "Onların düşüncəsi ağalarının pul kisəsindən asılıdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
17 Aprel 2024 "Bəzi millət vəkilləri dilimizdə düzgün danışa bilmirlər" - MÜNASİBƏT BİLDİRİLDİ
16 Aprel 2024 İsrail-İran savaşı, yoxsa… - RAKURS
16 Aprel 2024 “Azərbaycana heç vaxt belə paşinyanlar lazım olmayıb” - DEPUTAT TƏNQİD ETDİ
16 Aprel 2024 “Vətəndaşları bu eybəcər plana alət edə bilməyəcəklər” - MÜNASİBƏT BİLDİRİLDİ
16 Aprel 2024 Müharibələr meydanına çevrilən dünyanın TƏHLÜKƏSİZLİK ADASI – TƏHLİL
16 Aprel 2024 "Qərb Tekstil" 1 milyon dollara özəlləşdirildi
16 Aprel 2024 İran bütün Yaxın Şərqi təhdid edir - Netanyahu
15 Aprel 2024 “Təəssüf ki, Ermənistan belə güc mərkəzlərinin əlində vasitəyə çevrilib” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
15 Aprel 2024 Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
15 Aprel 2024 Dollar dünyada yenidən güclənir: avro ucuzlaşdı
15 Aprel 2024 Hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir
14 Aprel 2024 Papa İsrail və İrana çağırış etdi
14 Aprel 2024 Millət vəkili Məşhur Məmmədov: “Zərifə Əliyevanın bioqrafiyası hər bir xanıma örnəkdir“
14 Aprel 2024 İranın İsrailə hücumunun gerçəkləri: plan nə idi? – 8 maddə
14 Aprel 2024 Kamaləddin Qafarov: “Zərifə xanım Əliyevanın həyatı gözəl bir örnəkdir”