Ötən gün “Speys” telekanalının icraçı direktoru Kamil Şahverdiyev kanalla yollarını ayırdığını bildirib.
Axar.az Bizim.Media-ya istinadən xəbər verir ki, artıq K.Şahverdiyevi əvəz edəcək şəxsin adı da bəllidir. Bu posta ATV-nin keçmiş prezidenti Vüqar Qaradağlının qaynı Rauf Dadaşov gətirilir.
Xatırladaq ki, Vüqar Qaradağlı ATV telekanalında rəhbər olduğu zamanlar Rauf Dadaşov telekanalın vitse-prezidenti vəzifəsində çalışıb.
Qeyd edək ki, Azərbaycanın əməkdar incəsənət xadimi, ssenarist, kinoprodüser Müşfiq Hətəmov mayın 20-də “Speys” telekanalına rəhbər təyin olub.