Son xəbərlər

 

Faktdır ki, indiyə kimi Azərbaycan Respublikasında hər kəsin keyfiyyətli və təhlükəsiz ərzaq mallarına olan tələbatının dolğun şəkildə ödənilməsi istiqamətində müəyyən addımlar atılsa da, bu gün də qeyd olunan sahədə ciddi problemlər yaşanmaqdadır.
Baxmayaraq ki, Prezident İlham Əliyev 29 aprel 2019-cu il tarixdə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025- ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında №114 Sərəncam imzalamışdır. Belə bir Sərəncamın imzalanmasında əsas məqsəd, yuxarıda qeyd etdiyimiz kimi ölkəmizdə əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin olunması, qida təhlükəsizliyi sisteminin səmərəliliyinin və şəffaflığının daha da artırılması və bu sahənin beynəlxalq tələblərə uyğunlaşdırılması nəzərdə tutulur.

O da hər kəsə məlumdur ki, qida mənşəli xəstəliklər və zəhərlənmə halları həm əhalinin sağlamlığına və rifahına özünün mənfi təsirini göstərir, həm də fərdlər, ailələr, icmalar, təsərrüfat subyektləri və ölkələr üçün ağır iqtisadi nəticələrə səbəb olur. Bu baxımdan qida təhlükəsizliyi cəmiyyətin inkişafında, gələcək nəsillərin sağlamlığında, insan genofondunun qorunmasında, iqtisadi məhsuldarlığın təmin olunmasında və s. xüsusi əhəmiyyət kəsb edən bir sahədir. Son illər ölkəmizdə qida təhlükəsizliyi ilə bağlı yeni çağırışlar meydana gəlməkdədir. Hazırda ölkəmizdə qida və kənd təsərrüfatı məhsullarının istehsal və idxal-ixrac həcminin artırılması, istehlakçıların sağlamlığının təmin olunması və hüquqlarının müdafiə olunması və s. kimi şərtlər əsas şərt olaraq qarşıya qoyulsa da, yenə də bir çox ictimai-iaşə müəssisələrində qida təhlükəsizliyi məsələləri tapdaqlar altına atılmaqda davam edir. Məsələn, adicə bir faktı qeyd edək ki, Bakı şəhəri, Nəsimi rayonu, “20 Yanvar” dairəsindən “Şamaxinka” adlanan əraziyə gedən yolun sağ tərəfində fəaliyyət “Tantuni”də hər cür hoqqalara qol qoyulur. Tutaq ki, hansısa bir müştəri yaşadığı yaxın əraziyə dönər sifarişi verir və dönərin ünvana hansı müddətə çatdırılacağını dəqiqləşdirir. O halda adı çəkilən bu obyektdə çalışanlar sifarişin 10-15 dəqiqə ərzində yerinə yetiriləcəyini vəd versələr də, bu heç də belə olmur və verilmiş sifariş təqribən 35-40 dəqiqə ərzində yerinə yetirilir. Bundan əlavə, bu “Tantuni”də dönərin hazırlanması zamanı əvvəlcədən doğranmış, bir növ keyfiyyətini itirmiş pomidorlardan istifadə olunur. Belə bir səbəbdən də, ünvan üzrə çatdırılmış dönərləri yeyərkən istifadə olunmuş pomidorların qıcqırması, hansısa xoşagəlməz dad verməsinin də şahidi olmaq mümkün olur. Hətta, sifariş verilmiş dönərlər ünvana yaş vəziyyətdə, yəni bir qədər isidilmədən, qurudulmadan çatdırılır. Belə bir halın varlığı müştərilərin haqlı narazılığına səbəb olsa da, həmin vaxt kuryer xidməti göstərən şəxslər “Bu dəfə bağışlayın” deyib bərk-bərk vəd versələr də, növbəti dəfə də oxşar addımlarını atırlar. Bu da hər kəsdə belə bir şübhənin baş qaldırmasına səbəb olur ki, deməli dönərin hazırlanması zamanı istifadə olunan ət məhsullarının mənşəyi ilə də bağlı şübhələnmək olar. Düşündürücü haldır ki, qeyd olunan ünvanda fəaliyyət göstərən “Tantuni”də kuryer fəaliyyəti ilə məşğul olan şəxslər, çox zaman idarə etdikləri motosikillərlə piyadalar üçün nəzərdə tutulmuş yollarda hərəkətdə olurlar. Bu da əksər hallarda piyadalar üçün təhlükələr yaradır. Hətta, bu obyektin piyadalar üçün nəzərdə tutulmuş yolun müəyyən hissəsini zəbt etməsi və piyadaların gediş-gəlişinə manelər yaratması da diqqətdən kənarda qalmır. Daha düşündürücü hallardan biri də, dönərin hazırlanmasında iştirak edən şəxslərin sağlamlıq durumlarında müəyyən problemlərin olması haqda bəzi çevrələrdə söz-söhbətlərin yayılmasıdır. Əldə etdiyimiz məlumatlara görə, bu “Tantuni”də türk vətəndaşı olan şəxs çalışır və onun da sağlamlıq durumunda problemləri var. Buna baxmayaraq həmin şəxs gündəlik müştərilərə xidmət göstərir və özü üçün “para-pura” qazanır. Bu obyektin vergidən yayınması haqda heç bir məlumat əldə edə bilməsək də, əldə etdiyimiz məlumatlar yuxarıda qeyd etdiyimiz faktlarla bağlıdır.

Hər kəsin diqqətinə onu da çatdıraq ki, hal-hazırda şəhərimizin müxtəlif ünvanlarında bir çox “Tantuni”lər fəaliyyət göstərməkdədirlər. Onların fəaliyyətləri haqda heç bir məlumata malik olmadığımızdan, qeyd olunan faktları həmin obyektlərə şamil etmək olmaz. Hətta onu da hər kəsin diqqətinə çatdıraq ki, Bakı şəhəri, Nəsimi rayonu, “20 Yanvar” dairəsindən “Şamaxinka” adlanan əraziyə gedən yolun sağ tərəfində fəaliyyət “Tantuni”də yaşananlar haqda, bəlkə də ümumi rəhbərlik heç bir məlumata malik deyil. Düşünürük ki, qeyd olunan ictimai-iaşə obyektində yaşananlar şəhər sakinlərinin haqlı narazılığına səbəb olduğundan, ümumi rəhbərlik problemlərin varlığına diqqət yetirib bu obyektdə səliqə-səhmanın yaradılmasına nail olacaq.

Mövzu diqqətimizdədir.
24 Aprel 2024 HEYDƏR ƏLİYEV - Əbədi müstəqilliyə imza atan Dahi Şəxsiyyət TƏHLİL
24 Aprel 2024 “Təbiət bütün dünyada eyni qanunlara tabedir və heç bir dövlət sərhədi tanımır” - ŞƏRH EDİLDİ
24 Aprel 2024 Bölgələrdə 70 qəpikdən satılan xiyar paytaxt bazarlarında nə vaxt ucuzlaşacaq? VİDEO
24 Aprel 2024 "Xarici dil məcburiyyət halı alıb, bu yaxşı deyil" - EKSPERT MÜNASİBƏT BİLDİRDİ
24 Aprel 2024 Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti
24 Aprel 2024 Ləqəblərin mənası, əhəmiyyəti, mahiyyəti və yaranma ehtiyacı nədən ibarətdir? - MÜNASİBƏT BİLDİRİLDİ
24 Aprel 2024 Zelenski ABŞ ssenarisi üzrə oynayan artistdir! - Pxenyan
23 Aprel 2024 Onlara bu şansı verməyəcəyik! - Prezident
23 Aprel 2024 “Ermənistanın sülh məsələsində dedikləri ilə etdikləri üst-üstə düşmür“ - ŞƏRH EDİLDİ
21 Aprel 2024 ABŞ Ukraynaya 61 milyardlıq yardım ayırsa da...
19 Aprel 2024 "Qanunvericiliyin tələblərinə əməl etməyən sahibkar cərimələnə bilər" - MÜNASİBƏT BİLDİRİLDİ
19 Aprel 2024 “Üçüncü dünya müharibəsinin real təhdid kimi qalmaq imkanları kifayət qədər genişdir“ - RƏYLƏR
19 Aprel 2024 “Qorxu erməni cəmiyyətində mental bir hisdir” - POLİTOLOQ ŞƏRH ETDİ
19 Aprel 2024 “Dinin dedikləri qətiyyən qəliz, sərt, radikal deyil” - DİN XADİMİ DANIŞDI
18 Aprel 2024 “Xalqımız dərin strateji dividentlər qazandı” - DEPUTAT FİKİR BİLDİRDİ
18 Aprel 2024 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
18 Aprel 2024 Dəmirlə zənginləşdirilmiş un satılacaq
17 Aprel 2024 Qlobal gərginliyə və müharibələrə görə ERMƏNİSTANIN QORXUSU - TƏHLİL
17 Aprel 2024 Azərbaycana gətirilən dondurulmuş toyuqda bakteriya aşkarlandı
17 Aprel 2024 "Hazırda bu problem çox geniş yayılıb" - HƏKİM AÇIQLADI
17 Aprel 2024 “Hadı Rəcəbli hər şeydən öncə yaxşı dost idi” - Ziyafət Əsgərov
17 Aprel 2024 "Hər iki ölkə biri-birinin suverenliyini hər zaman dəstəkləyib” - EKSPERT ŞƏRH ETDİ
17 Aprel 2024 Saakaşvili bütün ölkəni etirazlara çağırdı
17 Aprel 2024 “Bizim əsas problemimiz abidələrdən yararlanmaq sahəsindədir” - DEPUTAT FİKİR BİLDİRDİ
17 Aprel 2024 "Onların düşüncəsi ağalarının pul kisəsindən asılıdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
17 Aprel 2024 "Bəzi millət vəkilləri dilimizdə düzgün danışa bilmirlər" - MÜNASİBƏT BİLDİRİLDİ
16 Aprel 2024 İsrail-İran savaşı, yoxsa… - RAKURS
16 Aprel 2024 “Azərbaycana heç vaxt belə paşinyanlar lazım olmayıb” - DEPUTAT TƏNQİD ETDİ
16 Aprel 2024 “Vətəndaşları bu eybəcər plana alət edə bilməyəcəklər” - MÜNASİBƏT BİLDİRİLDİ
16 Aprel 2024 Müharibələr meydanına çevrilən dünyanın TƏHLÜKƏSİZLİK ADASI – TƏHLİL