İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanda milli və dini mərasimlər, o cümlədən Ramazan bayramı hər il təntənə ilə qeyd edilir. Orucluğun sınaqlarından alnıaçıq çıxan mömin vətəndaşlarımız Ramazan günlərini qürur hissi ilə yola salır, bayram sevincini məmnunluqla bölüşürlər. Ölkəmizin hər yerində xalqımızın əmin-amanlığı üçün diləklər edilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Bu əziz bayram günlərində bütün xeyirxah niyyətlərə həmrəy olduğumu bildirir, dualarınızın Tanrı dərgahında qəbul olunmasını diləyirəm. Bu mübarək bayram münasibətilə hər birinizi ürəkdən təbrik edir, ailələrinizə xoşbəxtlik, firavanlıq, süfrələrinizə xeyir-bərəkət arzulayıram.
Allah orucunuzu qəbul etsin!
AVP -Mətbuat Xidməti Tünzalə İsmayıllı