ŞƏHİD ANASINDAN OĞLUNA: “Oğlumu ölümsüz bilirəm, amma hər ehtimala ehtiyyatlı ol”-Foto

Şəhid MAHMUD NAMAZOVUN ad gününə - FUAD İSGƏNDƏROV yazır

Tarixdən, bəlli zamanın bu günümüzə qədər gətirdiyi və süzgəcindən keçirdiyi münaqişələr, o cümlədən ikinci Qarabağ savaşı bir daha subut etdi ki, vətənə dar gündə mərd oğullar gərəkdir. İmperiya buxovundan xalqlar azad olsa da, sərhədlərinin yağmalanmış vəziyyəti müstəqilliyini təhdid edir. Belə bir təhlükəli nümunə müstəqil Azərbaycan Respublikası üçün də vardı. Çünki, Sovetlər Birliyinin süqutunu həzm edə bilməyənlər, SSRİ-nin keçmiş sərhədlərinə qayıtmaq üçün yaratdıqları regional münaqişələrin həll olunmasını istəmirdilər. Bəzi keçmiş postsovet respublikalarında olan oxşar nümunələrdən biri də Azərbaycanda Qarabağın işğalı ilə qalırdı.

 

30 ilə yaxın müddətdə həllini tapmamış bu münaqişə artıq son illər Müstəqil Azərbaycan Respublikasının suverenliyinə, onun ərazi bütövlüyünə təhdid olaraq qalırdı, cəsarətimizi də sınağa çəkirdi. Bu əsasda erməni separatçıları Şuşanı Qarabağın paytaxtı elan edəndə əsəblər tarıma çəkilmişdi. İşğal altında olan ərazilərdə qanunsuz məskunlaşma siyasəti aparan Qarabağ separatçılarının rəhbəri Araik Arutyunyan, eləcə də ermənistanın baş naziri Nikol Paşinyan baş terrorist kimi danışırdılar. Paşinyanın müxtəlif ölkələrdən təmsil olunan jurnalistlərin qarşısında: “Tarix Azərbaycan kimi qorxaq bir dövlət görməyib. Qorxaq bir dövlətin qarşısından niyə çəkinməliyik?” - deyəndə Azərbaycan xalqı, onun prezidenti bir daha əmin oldu ki, Paşinyan və onun himayədarları işğal etdikləri Qarabağı danışıqlar yolu ilə qaytarmayacaqlar. Əksinə, onun səsləndirdiyi fikirlərinə müxtəlif zamanlarda işlətdiyi yaxın mənalı digər ifadələrini də əlavə etdikdə, sətiraltı anlaşılırdı: “Bacara bilirsinizsə, tarixi torpaqlarınız olan Qarabağı alın, əks təqdirdə verəsi deyilik...”

 

Bəli, belə vəziyyətdə Azərbaycanın mərd oğlanlarının üzərinə böyük məsuliyyət düşürdü - “Öldü var, döndü yoxdu”. Artıq Qarabağ münaqişəsi sülh yolu hesab edilən orbitindən çıxıb, Azərbaycan oğulları üçün namus, qeyrət, şərəf statusunda yuxuları ərşə çəkmişdi.

Əsəbləri tarıma çəkilən, zəncir “gəmirən” fikirləri hər gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə hakim kəsilən gənclərdən biri də Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində anadan olmuş Namazov Mahmud Ələsgər oğlu idi.

 

Müddətdən artıq hərbi qulluqçu olan Mahmud Namazov 27 sentyabr 2020-ci ildə erməni separatçılarının Azərbaycanın Tərtər rayonu istiqamətində həmlələrinin dəf edildiyi ilk günlərdə Qazax batalyonundan aktiv döyüş mövqelərinə göndərilir. O, Tərtər, Cəbrayıl rayonlarının işğaldan azad olunmasında iştirak edir. Döyüşlərin daha intensiv fazasına daxil olan Füzuli rayonunda vuruşur.

 

Bu rayonu erməni separatçıları, onların havadarları alınmaz bilirdilər. Füzulidə ermənilər tərəfindən kilometrlərlə qurulmuş istehkamlar, yeraltı blindajlar qəvi düşmən və patronajlarında əminlik yaratmışdı ki, bu rayonun geri qaytarılması aylarla vaxt alacaq və ya mümkün olmayacaq. Əslində Füzuli uğrunda döyüşlərin ilkin günlərində erməni tərəfinin açıqlamaları, onların imperialist havadarlarının fikirlərində üst-üstə düşən məqamlar çox idi. Bütün bunlara baxmayaraq, Azərbaycan ƏSGƏRİ ermənilərin illərlə yaratdığı hərbi mifi Füzuli rayonunu qısa müddətdə işğalçılardan azad etməklə dağıtdı.

 

Füzuli uğrunda gedən gərgin döyüşlərdə ŞƏHİD olan əsgərlərimizdən biri də Mahmud Ələsgər oğlu Namazov oldu. Taleyinə şəhid olacağı yazılan bu gəncin arzuları vardı. Bütün arzuları isə Qarabağın erməni terrorçularından azad olunmasından sonra gəlirdi. Arzuların alisinə qovuşdu Mahmud. O, şəhidlik zirvəsinə yüksəlməklə ölümsüzləşdi.

 

“OĞLUMU ÖLÜMSÜZ  BİLİRƏM, AMMA HƏR  EHTİMALA EHTİYYATLI OL”.

 

Qızğın döyüşlərin birindən sonra Mahmud Namazov kəndə zəng edir, valideynləri ilə hal-əhval tutur. Danışıq zamanı Mahmud anası Gülsənəm Namazovaya bildirir ki, darıxmasın, yaxın zamanda daha bir rayonla bağlı qələbə xəbəri eşidəcəklər. Bir müddət sonra o, məğrur Azərbaycan əsgəri kimi kəndə qayıdacaq. Anası Gülsənəm Namazova isə Mahmuda: “Oğlumu ölümsüz bilirəm, amma hər ehtimala ehtiyyatlı ol” - deyir.

 

Qədim yunan inanclarına görə, Olimp dağlarında yaşayan Fetida adlı su ilahəsi oğlu Axillesi körpə ikən yeraltı səltənətdən keçən çayların sularına salmışdı. Çayın suyu insanın bədəninə dəydiy üçün ona qılınc, atılan ox təsir etməzmiş. Fetida buna görə oğlu Axillesi ölümsüz bilərmiş... Bu rəvayətdən əsrlər, qərinələr keçib. Tarixdə rəvayət deyil, Axillesin döyüşkən ruhu, onun adına yazılan kitablar, çəkilən filmlər qalıb. Bunlar onun adını yaşadıb, ölümsüz edib. İndi yunanlar onunla bağlı danışarkən nə rəvayəti, nə onun zəif yeri olan dabanını nəzərə alırlar. Onlar tarixi köklərə, milli mənsubiyyətə dayanıb, Axillesi milli qəhrəmanları səviyyəsində səciyyələndirirlər. Budur, Axillesi ölümsüz edən faktor.

 

Bəli, GÜLSƏNƏM ana, siz MAHMUDu ölümsüz bilməkdə haqlısınız. Bu mövzuda tarix təkzibolunmaz faktlarla doludur, QƏHRƏMANLAR  ÖLMÜRLƏR. Onlar haqqında məqalələr, kitablar yazılır, flimlər çəkilir. Bununla da, ölümsüzləşirlər. Çünki, Mahmud Namazov kimi qəhrəman oğullar vətən, onun ərazi bütövlüyü, sərhədlərinin tamlığı üçün vuruşaraq ÖLÜMSÜZLƏŞDİLƏR,əbədiyyətə qovuşdular. Onlara realizmin ovqatı hakim kəsildi və düşməni pərən-pərən edərək terrorçuların, onların havadarlarının alınmaz qala hesab etdiyi FÜZULİ rayonu uğrunda  səlnamə yazdılar, ALLAHIN şəhadətinə qovuşdular.

 

Azərbaycan dramaturqu, dahi mütəfəkkiri Hüseyn Cavid demişkən: “Ölüm var ki, həyat qədər dəyərli, həyat var ki, ölümdən də zəhərli” frazasında illər sonra qəhrəman səviyyəsində səciyələndirilmələri üçün döyüşə-döyüşə özləri öz tarixlərini yazdılar, ŞƏHİD olub, yollarını müəyyənləşdirdilər.

 

Bu gün AĞSTAFA rayonunun QIRAQ KƏSƏMƏN KƏNDİNDƏ ad günü qeyd edilən ŞƏHİD MAHMUD NAMAZOV da ümummilli səviyyədə adını indeksləşdirdi. Şəhidlik zirvəsinə yüksəlməklə, özündən sonra Azərbaycan gəncliyinə - tarix xəyal quranları deyil, tarixi anı gerçəkləşdirənləri tarixdə saxlar - demiş oldu.

ALLAH rəhmət eləsin!

FAKTİNFO.AZ

 
 
 
 
 
28 Mart 2024 “Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırdıq” - MÜNASİBƏT BİLDİRİLDİ
28 Mart 2024 Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
28 Mart 2024 Qarabağı viran qoyan avantüristlər… - İrəvan
28 Mart 2024 Taksilərdə videokameralar quraşdırılacaq - Tarix
28 Mart 2024 AB Şurasının üzvləri Cənubi Qafqaza gəlir
28 Mart 2024 Fransızların terakt xofu 10 üzərindən 7 baldır
28 Mart 2024 Bu gün onların günüdür
28 Mart 2024 Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında - VİDEO
28 Mart 2024 NATO-Ermənistan “nikah”ına hazırlıq gedir - RAKURS
28 Mart 2024 Xocalıya qayıdış bu tarixdə başlayacaq" - ŞƏRH EDİLDİ
28 Mart 2024 Ailə hüququ dedikdə nə başa düşülür? - MÜNASİBƏT BİLDİRİLDİ
28 Mart 2024 Muzdlu kölənin arzuları: Rasmussen yeni müharibə istəyir
28 Mart 2024 "Bu qidalar mənşəyi məlum olmayan xəstəliklərə gətirib çıxara bilər" - MÜNASİBƏT BİLDİRİLDİ
28 Mart 2024 Rusiyanın Baltikyanı ölkələrə hücum ehtimalı... - Putin
28 Mart 2024 Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!
28 Mart 2024 İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma
27 Mart 2024 Bayramdan sonra səmənini nə edək? - FİLOLOQ AYDINLIQ GƏTİRDİ
27 Mart 2024 Sülh sazişinin prinsipləri razılaşdırıldı - Paşinyan
27 Mart 2024 31 mart 1918-ci il soyqırımı gerçəkləri - MÜSAHİBƏ
27 Mart 2024 “Onların iş adamının bir dönərinə ehtiyacı yoxdur” - EKSPERT TƏNQİD ETDİ
27 Mart 2024 ABŞ Kremli son kozırdan məhrum edə bilər..?
27 Mart 2024 “Efiri bazar səviyyəsinə endirən telekanallar cəzalandırılmalıdır” - EKSPERT SƏRT DANIŞDI
26 Mart 2024 Hayların ABSURD TORPAQ İDDİALARI - TƏHLİL
26 Mart 2024 İrəvan öz yalanlarına aldanır
23 Mart 2024 Heç kim bunu bacarmayacaq - Putin
23 Mart 2024 Şərəfli ömürün daha bir baharı
22 Mart 2024 İtaliya portalı Novruz adət-ənənələrindən yazıb
22 Mart 2024 "Qərb dairələrinin əsl məqsədi..." - MÜNASİBƏT BİLDİRİLDİ
22 Mart 2024 Düşmən dəyirmanına su tökən XƏYANƏTKAR – TƏHLİL
22 Mart 2024 Kamaləddin Qafarov: “Novruz bayramı Xankəndiyə də gəldi”