Azərbaycanda telekanallar gündən günə inkişaf edir.

Amma çox təəssüflər olsun ki, hazırkı dönəmdə teleməkanlarda peşəkar işçi tapmaq çox çətindir. Çoxu maddi qazanc mənbəyi kimi bu işə baxdığı üçün işi başından edir, çoxu işi bilmədən bu sahəyə gəlib. Amma təbii ki peşəkarları da danmaq və unutmaq olmaz.

Bu gün biz İctimai Televiziyasının dəyərli əməkdaşı Sənan Qurbanlı haqda danışacağıq!

Sənan işini sevən, işinə peşəkarlıqla yanaşan bir insandır. Bu insan nə maddi qazanc peşində, nə də ayrı nəyinsə peşindədir. Sadəcə özünə səmimi dostlar qazanmaq istəyir.

Azərbaycan teleməkanlarının iyrəncliklərini görəndə həqiqətən insan təəssüflənir ki, teleməkanlarımızda belələri də var. Hətta çoxlarına "müasir efir dilənçi"si desək yanılmarıq!

Amma Sənan Qurbanlı əsl xalqı, milləti üçün çalışandır. O həm də keçmişini də unutmur. Bundan öncə Lider Televiziya və Radio Yayım Şirkətində çalışdığına görə, indi qonşu kanala köçsə də köhnə işində olan dostları ilə, aparıcılarla və s. münasibəti normaldır.

Biz də RAKURS olaraq Sənan Qurbanlıya bundan sonrakı fəaliyyətində də bol uğurlar arzulayırıq!