“Münaqişə zamanı hökumətiniz Azərbaycana dəstəyini ifadə etmişdir, biz bunu yüksək qiymətləndiririk.

Xarici İşlər Nazirliyi erməni işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına dəstək olaraq bəyanat vermişdir”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İndoneziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hildi Hamidin etimadnaməsini qəbul edərkən deyib. 

 

Dövlət başçısı buna görə minnətdarlığını ifadə edib: “Həmçinin ölkənizin parlamenti, parlamentinizin bir çox üzvləri Azərbaycanla həmrəy olduqlarını ifadə etmiş və dəstəyini bildirmişdir.

Bütün bunlar Azərbaycan xalqına məlumdur və bu, Azərbaycan hökuməti tərəfindən yüksək qiymətləndirilir. İndoneziya Birləşmiş Millətlər Təşkilatında müzakirələr zamanı müharibə gedən vaxt bizim mövqeyimizə güclü dəstək göstərən Qoşulmama Hərəkatının digər üzvləri arasında olmuşdur. Bildiyiniz kimi, Təhlükəsizlik Şurasının bəzi üzvləri yeni qətnamələrin və qərarların qəbul edilməsi prosesinə başlamaq istəyirdilər. Bu, əslində, bizim ərazilərin işğaldan azad olunması ilə bağlı haqq işimizi dayandırmaq üçün bir cəhd idi. Bu cəhdlər və düşünülmüş bu mətnlər Təhlükəsizlik Şurasının üzv ölkələri tərəfindən qəbul edilmiş qətnamələrə istinad etmirdi. Beləliklə, İndoneziya Qoşulmama Hərəkatının üzvü olan digər dost ölkələrlə birlikdə ərazi bütövlüyümüzün bərpa edilməsinin dayandırılmasına yönəlmiş bu cəhdlərin qarşısını aldı və biz bunu çox yüksək qiymətləndiririk. Biz buna görə minnətdarıq. Bu, həmrəyliyin, dəstəyin və dostluğun ifadəsidir. Beləliklə, bu, bizim əməkdaşlığın siyasi əsasıdır”.

03 Mart 2021 ŞƏHİD ANASINDAN OĞLUNA: “Oğlumu ölümsüz bilirəm, amma hər ehtimala ehtiyyatlı ol”-Foto
03 Mart 2021 Tarix yazan sərkərdə!
02 Mart 2021 Tarixçi-tədqiqatçı Sahib Həsənov!
02 Mart 2021 Türkiyə ilk günlərdən Azərbaycanın haqq işinə dəstək vermişdir
01 Mart 2021 Şəhid ailələri və qazilərimiz Ali Baş Komandanın diqqət mərkəzindədir.
26 Fevral 2021 Xocalıya hücum artilleriya ilə başladı... - Video
25 Fevral 2021 Peşəkar və işini sevən Televiziya işçilərimizdən
12 Fevral 2021 Qazaxda 1-ci müavin DQ müharibəsi veteranından onmin rüşvət istəyib—RƏZALƏT
08 Fevral 2021 SON GÜNLƏR LDU ƏTRAFINDA YARANMIŞ ƏSASSIZ İDDİALARA AYDINLIQ
08 Fevral 2021 İcra başçısından korrupsiya əməliyyatı xəbəri ilə bağlı - Açıqlama
08 Fevral 2021 ADNSU rəhbərliyi “Daşkəsən” dəmir filizi sahəsi ilə tanış olub - Fotolar
08 Fevral 2021 Şəhriyar Qasımovun şərəfli ömür yolları tariximizin qəhrəmanlıq səlnamələrindəndir
01 Fevral 2021 Prezident İlham Əliyev Abşeron rayonunda “Xırdalan” yarımstansiyalarının açılışında iştirak edib - VİDEO - FOTO
01 Fevral 2021 Mütləq imkan daxilində bu yardımı etməliyik - Prezident
22 Yanvar 2021 Anar Cəbrayıllı: Jurnalistlərin hamısını dama soxmaq lazımdır....
21 Yanvar 2021 SUMQAYIT KARBAMİD ZAVODUNDA 500 İŞ YERİ YARADILACAQ
20 Yanvar 2021 20 Yanvar faciəsinin ildönümü Şuşada qeyd olundu - Video
20 Yanvar 2021 Qanlı yanvar: 31 il ötdü - Foto
18 Yanvar 2021 65 ilin işığında.
17 Yanvar 2021 Nizami Gəncəvi harada anadan olub?
15 Yanvar 2021 Bu gün "Vikipediya" internet şəbəkəsinin yaradılmasının 20 ili tamam olur
15 Yanvar 2021 Prezident azad edilmiş torpaqlara keçdi - Video
15 Yanvar 2021 Lerikdə şəhid və qazi ailələri qayğı və diqqətlə əhatə olunur.
12 Yanvar 2021 Bakıda Milli Qəhrəmanın adını daşıyan küçə bərbad vəziyətdədir.
12 Yanvar 2021 Bir ailədən müharibəyə gedən 5 nəfər
11 Yanvar 2021 3 ölkə liderlərinin Moskvaya toplaşması... – İlham Əliyev
11 Yanvar 2021 İlham Əliyevin Moskva səfəri başa çatdı
11 Yanvar 2021 MTRŞ Speys TV ilə bağlı qərar verdi
09 Yanvar 2021 Elcan Məmiyev: Tənqid olar, amma təhqirə qarşıyam
04 Yanvar 2021 Prezident və xanımı Teymur Rəcəbovu təbrik etdi