Son xəbərlər

 

Son günlər LDU ətrafında yaranmış əsassız söhbətlərə aydınlıq gətirmək məqsədilə bəzi fikirlərimi bildirmək istəyirəm.

İddia olunur ki, LDU tələbələrindən bir neçəsi hansısa bəyanatı yayarkən polislər tərəfindən həbs olunublar.

Onu qeyd edim ki, bəyanat universitetə aiddirsə, o bəyantatı universitetin tələbəsi verirsə, onda gəlsin universitetə və müvafiq quruma sivil qaydada təqdim etsin. Sözügedən hadisədə isə üç tələbədən yalnız biri LDU-nun tələbəsidir, digərləri isə başqa ali məktəbin tələbələridir. Məqsəd nədir? Məgər bizim tələbələrimizin müraciətləri baxılmamış qalıbmı? Xeyr! Biz bütün müraciətlərə baxıb, müvafiq qaydada  cavablandırırıq. “Əski əlifba” fənnindən narazılığını bildirən tələbənin yazısını arşdıranda bəlli oldu ki, həmin tələbə heç də yazının bütün vərəqlərini göndərməyib, yalnız yarısını göndərə bilib. Buna baxmayaraq nəticələrə humanist yanaşan müəllim tərəfindən də qiymətləndirilib və tələbə imtahandan müsbət qiymətlə keçib. Demək, qiymətdən narazılıq süni şəkildə, kənar təsir vasitəsi ilə qabardılıb. Bəyanatın oxunuşu Universitetə aid olmayan ərazidə asayişi pozmaqla səsləndirmək istəyərkən polis tərəfindən həbs olunanlar hansı əsasla Universiteti günahlandırırlar.

Digər bir iddia, guya universitetdə rüşvət və korrupsiya var. Son beş ildə LDU-da aparılan islahatları nəzərdən keçirsək, tam əminliklə deyə bilərik ki, bu Universitetdə rüşvət YOXDUR!!! Bunu böhtanı yazanlar da yaxşı bilirlər. Bütün burada təhsil alan tələbələr və onların valideynləri bilirlər ki, tədrisin keyfiyyəti ildən ilə yüksəlir və hər sahədə şəffaflıq təmin edilib. Əvvəlki illərdə buna cəhd edən müəllimlər də universitetdən uzaqlaşdırılıb. Maraqlıdır ki, bəyanat yaymaq istəyənlər bir tərəfdən Universitetdə rüşvətin olduğunu iddia edirlər, digər tərəfdən isə, belə hallara cəhd etdikləri üçün uzaqlaşdırılan müəllimləri geri çağırmağı tələb edirlər. Məntiq hardadır?! Yalan, böhtan yazmaqdansa, gəlib hər şeyi öz gözü ilə görmək daha doğru və ədalətli olardı. Son beş ildə iki yeni tədris korpusu tikilmiş, biri əsaslı təmir edilmiş, bir yeməkxana, 160 yerlik oğlanlar üçün müasir tipli yataqxana, 52 yerlik qızlar üçün yataqxana, dəvət olunmuş professor-müəllim heyəti üçün yaşayış mənzilləri, ən müasir avadanlıqlarla təchiz olunmuş beş müxtəlif tədris laboratoriyaları, aqrar ixtisaslar üçün tədris-təcrübə sahəsi, əlavə olaraq beş ha təsərrüfat üçün sahə ümumilikdə Universitetin inkişafı deyilmi? Heç ondan yazan yoxdur! Bütün bunlar prof. Natiq İbrahimovun rəhbəliyi və səyi ilə həyata keçirilib. Qısa  zamanda görülən bu qədər işin müqabilində böhtan və iftira dolu yazılara tələbələrimiz haqlı iradlarını da bildirəndə adını “trol” qoyurlar. Axı bu tələbələrimizdirlər ki, bu yaxınlarda Vətən müharibəsində mərdliklə vuruşaraq şəhid olmuş, qanı və canı bahasına torpaqlarımızı azad etmişlər! Onun müqabilində belə böhtanmı olar??

Tələbələrin mənzil şəraitni iddia edənlərin xəbəri varmı ki, 160 yerlik yataqxanada cəmi 52 nəfər yaşamaq istədi? Yazarkən, hər şeyi öz gözlərinizlə görsəniz yaxşıdır!

Nəhayət, “Talışşünaslıq” ixtisasının mövcudluğuna gəlincə, onu deyə bilərəm ki, mənim universitetdə 1994-cü ildən fəaliyyətim dövrdə belə bir ixtisas olmamışdır. Kafedranın yaradılmasına gəlincə isə, onu deyim ki, universitet təhsil ocağıdır, elmi-tədqiqat institutu deyil. İxtisas açmaq asan deyil. İxtisasın açılması üçün isə bu dilin bütün sahələrini əks etdirən elmi mənbələr, müxtəlif tədris materialları  olmalıdır və bu mənbələr, materiallar  əsasında universitet kadr hazırlaya bilər. Arzu edirəm ki, talış dilçi alimlərimiz  bu boşluğu doldursunlar, yazarlarımız da talış dilində bədii əsərlər yaratsınlar ki, bunların əsasında   dərsliklər yazılsın. Elmi-tədqiqat institutları isə tədqiqat aparıb talış dilinin incəliklərini üzə çıxarsınlar. “Talışşünaslıq” şöbəsi də o institutlarda açıla bilər.

Göründüyü kimi, “tələbələrin” bəyanatındakı iddialar böhtandır, və digər məsələlər isə ümumən Lənkəran Dövlət Universitetinə aid deyil.

Sivil müzakirəyə həmişə hazırıq və haqlı olduğumuzu da əyani şəkildə göstərməkdən çəkinmirik.

Kamran Kazımov,

filologiya elmləri namizədi,

  dosent, Universitetin sosial

məsələlər üzrə prorektoru

 

16 Aprel 2024 İsrail-İran savaşı, yoxsa… - RAKURS
16 Aprel 2024 “Azərbaycana heç vaxt belə paşinyanlar lazım olmayıb” - DEPUTAT TƏNQİD ETDİ
16 Aprel 2024 “Vətəndaşları bu eybəcər plana alət edə bilməyəcəklər” - MÜNASİBƏT BİLDİRİLDİ
16 Aprel 2024 Müharibələr meydanına çevrilən dünyanın TƏHLÜKƏSİZLİK ADASI – TƏHLİL
16 Aprel 2024 "Qərb Tekstil" 1 milyon dollara özəlləşdirildi
16 Aprel 2024 İran bütün Yaxın Şərqi təhdid edir - Netanyahu
15 Aprel 2024 “Təəssüf ki, Ermənistan belə güc mərkəzlərinin əlində vasitəyə çevrilib” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
15 Aprel 2024 Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
15 Aprel 2024 Dollar dünyada yenidən güclənir: avro ucuzlaşdı
15 Aprel 2024 Hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir
14 Aprel 2024 Papa İsrail və İrana çağırış etdi
14 Aprel 2024 Millət vəkili Məşhur Məmmədov: “Zərifə Əliyevanın bioqrafiyası hər bir xanıma örnəkdir“
14 Aprel 2024 İranın İsrailə hücumunun gerçəkləri: plan nə idi? – 8 maddə
14 Aprel 2024 Kamaləddin Qafarov: “Zərifə xanım Əliyevanın həyatı gözəl bir örnəkdir”
13 Aprel 2024 Medvedevin “Fransa və terror” bəyanatının pərdəarxası - ŞƏRH
13 Aprel 2024 Bədbəxt qarabağlı ermənilər: onlar alət, vasitə və yığnaq oldular
13 Aprel 2024 Gürcüstandan Azərbaycana nə qədər pul köçürülüb?
13 Aprel 2024 Çingiz Abdullayev bazar ertəsi işə çıxacaq - Anar
12 Aprel 2024 Türkiyədən bu ölkəyə tekstil idxalı 30 milyon dolları ötdü
12 Aprel 2024 Stalinin yaşadığı bağ satıldı
12 Aprel 2024 Rusiyadan Azərbaycana pul köçürmələri kəskin azaldı
12 Aprel 2024 Xuraman Muradova: Uca Yaradanın adı ilə hər birinizi salamlayıram!
12 Aprel 2024 Sonuncu Paşikakan: qarabağlı ermənilərin xəyanəti, "ağa"ların dönüklüyü
12 Aprel 2024 Avropanı ələ keçirmək planlarımız... - Lukaşenko
12 Aprel 2024 Ukrayna artıq bunu anlayıb... - Putin
10 Aprel 2024 Onlar gəlib İrəvanın problemlərini həll etməyəcək - Nikol
10 Aprel 2024 Paşinyan Türkiyə ilə sərhədin açılmasından danışdı
09 Aprel 2024 HƏYASIZLIĞIN VƏ İKİÜZLÜLÜYÜN SON HƏDDİ - TƏHLİL
09 Aprel 2024 “Əhdini yerinə yetirməyən Allah qatında günahkar sayılır” - QMİ RƏSMİSİ
09 Aprel 2024 AYNA Bakıda 45 min ailənin aynasını əlindən alır