Torpaq - əgər uğrunda ölən varsa, Vətəndir! Vətən millətin evi, millət də vətənin ailəsidir. Vətəni sevmək təkcə torpağını sevmək demək deyil, eyni zamanda Vətənin hər bir sərvətinin qədrini bilmək deməkdir. 2020-ci ilin 27 sentyabrı xalqımızın, XXI əsr hərb salnaməmizin, böyük tarixi keçmişə malik olan müasir Azərbaycanımızın ən şanlı, ən parlaq zəfər səhifəsinin başlanğıcı oldu. Belə ki, daha çox ötən əsrin əvvəllərindən başladıqları, son otuz ilə yaxın müddət ərzində isə getdikcə quduzlaşaraq çirkin əməllərindən əl çəkməyən, fürsət düşdükcə minbir təxribata, hər cür fitnəkarlığa əl atan, işğalçılıq və təcavüzkarlıq siyasəti yeridən, özlərinə havadarlıq edənlərə arxalanaraq dədə-baba torpaqlarımızda “Böyük Ermənistan” yaratmağa çalışan ermənilər, məhz həmin tarixdə növbəti dəfə işğalçılıq məqsədlərini həyata keçirməyə çalışdılar. Bu dəfə də alınmadı! Çünki, qüdrətli Azərbaycan dövləti, müzəffər Azərbaycan Ordusu düşmənə növbəti dəfə sarsıdıcı zərbəsini endirdi və bizim nəyə qabil olduğumuzu bir daha mənfur düşmənə “başa saldı”.

Bəli, illərlə ürəyi Qarabağa, əbədi-əzəli torpaqlarımıza qovuşmaq eşqi ilə “alışıb-yanan”, itirilmiş torpaqlarımızı düşmən tapdağından azad etmək arzusu ilə yaşayan yenilməz Ordumuz, məhz 27 sentyabrda əks-hücum əməliyyatına qərar verdi və bununla da Vətən müharibəsi başladı. Azərbaycanın keşiyində duran mərd, igid, şanlı tariximizdə bənzəri olmayan qəhrəmanlıqlar göstərən hərbçilərimiz canları-qanları bahasına işğal olunmuş ərazilərimizi azad etmək əzmi ilə, 44 gün davam edən qanlı döyüşlər nəticəsində tarixi torpaqlarımızı işğaldan azad etdilər. Ən əsası, Azərbaycan mədəniyyətinin beşiyi hesab olunan Şuşa şəhərinin geri alınması Azərbaycan üçün böyük tarixi qələbə oldu. Bəli, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” olan Şuşa erməni qəsbkarlarından xilas olundu və bu şəhər öz tarixi əcdadına – Azərbaycan xalqına qaytarıldı. Faktdır ki, Qarabağ torpağı ulu babalarımızdan bizə miras qalan mədəni və tarixi ərazilərdir. Çünki, bu torpaqlarda Pənahəli xan, Molla Pənah Vaqif, İbrahimxəlil xan Cavanşir, Qasım bəy Zakir, Xurşudbanu Natəvan, Səməd bəy Mehmandarov, Cabbar Qaryağdıoğlu, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Üzeyir Hacıbəyli, Bülbül, Xan Şuşinski və s. kimi minlərlə Qarabağın yetirmələrinin simasında Azərbaycan tarixi və mədəniyyəti daha da zənginləşmişdir.

Hər kəs canlı şəkildə şahid oldu ki, 44 gün ərzində davam edən Vətən müharibəsində müzəffər Azərbaycan Ordusu 27 ildən çox müddət ərzində kağız üzərində qalan və dünyanın ən nüfuzlu beynəlxalq təşkilatı olan BMT-nin yerinə yetirməli olan qətnamələri təkbaşına yerinə yetirdi. Artıq bu gün böyük sevinc hissi ilə “biz daha qaçqın deyilik” deyən soydaşlarımız işğaldan azad olunan torpaqlarımıza, öz ana diyarlarına dönəcəkləri günü səbirsizliklə gözləyirlər. 44 gün ərzində həyata keçirilən uğurlu döyüş əməliyyatları bir daha sübut etdi ki, öz xalqına, öz dövlətinə sədaqətlə xidmət edən Azərbaycan oğulları, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə işğal olunmuş torpaqlarımızı düşmən tapdağından azad edib, ölkəmizin ərazi bütövlüyünü təmin etdilər. Belə bir uğurlu döyüş əməliyyatlarında yaxından iştirak edən və atdığı addımları ilə Vətən müharibəsində “canlı tarix” yazan, öz şücaəti sayəsində adı dillər əzbəri olan Qəhrəmanlarımızdan biri də, Qasımov Şəhriyar Valeh oğlu olur. O, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin “N” saylı xüsusi təyinatlı dəstənin giziri, yarımqrup komandiri vəzifəsini daşıyır və Vətən müharibəsinin davam etdiyi vaxtlarda, Füzuli-Cəbrayıl rayonlarının azad olunması uğurunda keçirilən döyüş əməliyyatlarında yaxından iştirak edir. Bundan əlavə, Şəhriyar Qasımov Şuşa şəhərinin geri alınmasında da yaxından iştirak edir və o, döyüş əməliyyatlarında göstərdiyi igidliyə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı əsasında “Şuşanın azad olunması” və “Cəsur döyüşçü” medalları ilə təltif olunur. Bədəninin müxtəlif nahiyələrində çoxsaylı qəlpə yaraları olan Şəhriyar Qasımovun döyüş əməliyyatlarında biləyi sındığından, bu gün o, məzuniyyətdədir.

Faktdır ki, ötən ilin 27 sentyabrında başlayan və 44 gün ərzində davam edən Vətən müharibəsi, məhz Şəhriyar Qasımovun da ömür yollarında silinməz izlər buraxır. O, müzəffər Azərbaycan Ordusunun çoxsaylı igidlərindən biri olaraq müharibədə misilsiz qəhrəmanlıqlar göstərir və itirilmiş torpaqlarımızın geri qaytarılmasında, həmçinin mənfur erməni ordu birləşmələrinə sarsıdıcı zərbələrin endirilməsində yaxından iştirak edir. Şəhriyar Qasımovun döyüş yolları olduqca keşməkeşli anlardan keçir, dəfələrlə o, ölümün pəncəsindən xilas olmağı da bacarır. Bütün bunlara baxmayaraq, 44 gün ərzində davam edən Vətən müharibəsi onun ömür yollarında daim xatırlanacaq izlər buraxır. Bu şəxsin döyüşçü yoldaşları onun haqqında belə deyirlər: “Şəhriyar hər zaman qaynar nöqtələrdə döyüşər və qızgın döyüş əməliyyatlarının gedişi zamanı öz yoldaşlarını qorumağa çalışardı. Onun ermənilərə qarşı xüsusi nifrət var və bizimlə söhbəti zamanı “Ermənilər quldurdular, işğalçıdırlar, daim qonşularına “xor baxıb” başqalarının torpaqlarını ələ keçirməyə çalışan məxluqdurlar. Ona görə də, onlara qarşı hər zaman barışmaz olmaq, zamanında başlarını əzmək lazımdır” deyə öz yanaşmasını ortaya qoyurdu.

Bəli, bu gün də Şəhriyar Qasımov öz xoşbəxtliyini, səadətini doğma Vətəninə, xalqına ləyaqətlə xidmətdə görür və dövlətə- dövlətçiliyiə xidmət etməyi özü üçün şərəf bilir. Bu da onu söyləməyə əsas verir ki, bu şəxs peşəkar bir hərbçi olaraq ona göstərilən etimadın məsuliyyətini dərindən dərk edir və bundan sonra da, məhz Vətənimizin hər qarış torpağını göz bəbəyi kimi qoruyacağına əminliyini ifadə edir.




Nyus.Az










29 Mart 2024 31 mart - Xalqımıza qarşı törədilmiş qanlı faciə - ŞƏRH EDİLDİ
29 Mart 2024 10 yaşımda çıxdığım Füzuliyə indi geri dönürəm - Leyli Şirinova
29 Mart 2024 Hər zaman doğma yurduma qayıtmağı səbirsizliklə gözləmişəm - Natiq Qasımov
29 Mart 2024 Azərbaycandan xarici ölkələrə nə qədər pul köçürülüb?
28 Mart 2024 “Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırdıq” - MÜNASİBƏT BİLDİRİLDİ
28 Mart 2024 Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
28 Mart 2024 Qarabağı viran qoyan avantüristlər… - İrəvan
28 Mart 2024 Taksilərdə videokameralar quraşdırılacaq - Tarix
28 Mart 2024 AB Şurasının üzvləri Cənubi Qafqaza gəlir
28 Mart 2024 Fransızların terakt xofu 10 üzərindən 7 baldır
28 Mart 2024 Bu gün onların günüdür
28 Mart 2024 Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında - VİDEO
28 Mart 2024 NATO-Ermənistan “nikah”ına hazırlıq gedir - RAKURS
28 Mart 2024 Xocalıya qayıdış bu tarixdə başlayacaq" - ŞƏRH EDİLDİ
28 Mart 2024 Ailə hüququ dedikdə nə başa düşülür? - MÜNASİBƏT BİLDİRİLDİ
28 Mart 2024 Muzdlu kölənin arzuları: Rasmussen yeni müharibə istəyir
28 Mart 2024 "Bu qidalar mənşəyi məlum olmayan xəstəliklərə gətirib çıxara bilər" - MÜNASİBƏT BİLDİRİLDİ
28 Mart 2024 Rusiyanın Baltikyanı ölkələrə hücum ehtimalı... - Putin
28 Mart 2024 Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!
28 Mart 2024 İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma
27 Mart 2024 Bayramdan sonra səmənini nə edək? - FİLOLOQ AYDINLIQ GƏTİRDİ
27 Mart 2024 Sülh sazişinin prinsipləri razılaşdırıldı - Paşinyan
27 Mart 2024 31 mart 1918-ci il soyqırımı gerçəkləri - MÜSAHİBƏ
27 Mart 2024 “Onların iş adamının bir dönərinə ehtiyacı yoxdur” - EKSPERT TƏNQİD ETDİ
27 Mart 2024 ABŞ Kremli son kozırdan məhrum edə bilər..?
27 Mart 2024 “Efiri bazar səviyyəsinə endirən telekanallar cəzalandırılmalıdır” - EKSPERT SƏRT DANIŞDI
26 Mart 2024 Hayların ABSURD TORPAQ İDDİALARI - TƏHLİL
26 Mart 2024 İrəvan öz yalanlarına aldanır
23 Mart 2024 Heç kim bunu bacarmayacaq - Putin
23 Mart 2024 Şərəfli ömürün daha bir baharı