Torpaq - əgər uğrunda ölən varsa, Vətəndir! Vətən millətin evi, millət də vətənin ailəsidir. Vətəni sevmək təkcə torpağını sevmək demək deyil, eyni zamanda Vətənin hər bir sərvətinin qədrini bilmək deməkdir. 2020-ci ilin 27 sentyabrı xalqımızın, XXI əsr hərb salnaməmizin, böyük tarixi keçmişə malik olan müasir Azərbaycanımızın ən şanlı, ən parlaq zəfər səhifəsinin başlanğıcı oldu. Belə ki, daha çox ötən əsrin əvvəllərindən başladıqları, son otuz ilə yaxın müddət ərzində isə getdikcə quduzlaşaraq çirkin əməllərindən əl çəkməyən, fürsət düşdükcə minbir təxribata, hər cür fitnəkarlığa əl atan, işğalçılıq və təcavüzkarlıq siyasəti yeridən, özlərinə havadarlıq edənlərə arxalanaraq dədə-baba torpaqlarımızda “Böyük Ermənistan” yaratmağa çalışan ermənilər, məhz həmin tarixdə növbəti dəfə işğalçılıq məqsədlərini həyata keçirməyə çalışdılar. Bu dəfə də alınmadı! Çünki, qüdrətli Azərbaycan dövləti, müzəffər Azərbaycan Ordusu düşmənə növbəti dəfə sarsıdıcı zərbəsini endirdi və bizim nəyə qabil olduğumuzu bir daha mənfur düşmənə “başa saldı”.

Bəli, illərlə ürəyi Qarabağa, əbədi-əzəli torpaqlarımıza qovuşmaq eşqi ilə “alışıb-yanan”, itirilmiş torpaqlarımızı düşmən tapdağından azad etmək arzusu ilə yaşayan yenilməz Ordumuz, məhz 27 sentyabrda əks-hücum əməliyyatına qərar verdi və bununla da Vətən müharibəsi başladı. Azərbaycanın keşiyində duran mərd, igid, şanlı tariximizdə bənzəri olmayan qəhrəmanlıqlar göstərən hərbçilərimiz canları-qanları bahasına işğal olunmuş ərazilərimizi azad etmək əzmi ilə, 44 gün davam edən qanlı döyüşlər nəticəsində tarixi torpaqlarımızı işğaldan azad etdilər. Ən əsası, Azərbaycan mədəniyyətinin beşiyi hesab olunan Şuşa şəhərinin geri alınması Azərbaycan üçün böyük tarixi qələbə oldu. Bəli, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” olan Şuşa erməni qəsbkarlarından xilas olundu və bu şəhər öz tarixi əcdadına – Azərbaycan xalqına qaytarıldı. Faktdır ki, Qarabağ torpağı ulu babalarımızdan bizə miras qalan mədəni və tarixi ərazilərdir. Çünki, bu torpaqlarda Pənahəli xan, Molla Pənah Vaqif, İbrahimxəlil xan Cavanşir, Qasım bəy Zakir, Xurşudbanu Natəvan, Səməd bəy Mehmandarov, Cabbar Qaryağdıoğlu, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Üzeyir Hacıbəyli, Bülbül, Xan Şuşinski və s. kimi minlərlə Qarabağın yetirmələrinin simasında Azərbaycan tarixi və mədəniyyəti daha da zənginləşmişdir.

Hər kəs canlı şəkildə şahid oldu ki, 44 gün ərzində davam edən Vətən müharibəsində müzəffər Azərbaycan Ordusu 27 ildən çox müddət ərzində kağız üzərində qalan və dünyanın ən nüfuzlu beynəlxalq təşkilatı olan BMT-nin yerinə yetirməli olan qətnamələri təkbaşına yerinə yetirdi. Artıq bu gün böyük sevinc hissi ilə “biz daha qaçqın deyilik” deyən soydaşlarımız işğaldan azad olunan torpaqlarımıza, öz ana diyarlarına dönəcəkləri günü səbirsizliklə gözləyirlər. 44 gün ərzində həyata keçirilən uğurlu döyüş əməliyyatları bir daha sübut etdi ki, öz xalqına, öz dövlətinə sədaqətlə xidmət edən Azərbaycan oğulları, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə işğal olunmuş torpaqlarımızı düşmən tapdağından azad edib, ölkəmizin ərazi bütövlüyünü təmin etdilər. Belə bir uğurlu döyüş əməliyyatlarında yaxından iştirak edən və atdığı addımları ilə Vətən müharibəsində “canlı tarix” yazan, öz şücaəti sayəsində adı dillər əzbəri olan Qəhrəmanlarımızdan biri də, Qasımov Şəhriyar Valeh oğlu olur. O, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin “N” saylı xüsusi təyinatlı dəstənin giziri, yarımqrup komandiri vəzifəsini daşıyır və Vətən müharibəsinin davam etdiyi vaxtlarda, Füzuli-Cəbrayıl rayonlarının azad olunması uğurunda keçirilən döyüş əməliyyatlarında yaxından iştirak edir. Bundan əlavə, Şəhriyar Qasımov Şuşa şəhərinin geri alınmasında da yaxından iştirak edir və o, döyüş əməliyyatlarında göstərdiyi igidliyə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı əsasında “Şuşanın azad olunması” və “Cəsur döyüşçü” medalları ilə təltif olunur. Bədəninin müxtəlif nahiyələrində çoxsaylı qəlpə yaraları olan Şəhriyar Qasımovun döyüş əməliyyatlarında biləyi sındığından, bu gün o, məzuniyyətdədir.

Faktdır ki, ötən ilin 27 sentyabrında başlayan və 44 gün ərzində davam edən Vətən müharibəsi, məhz Şəhriyar Qasımovun da ömür yollarında silinməz izlər buraxır. O, müzəffər Azərbaycan Ordusunun çoxsaylı igidlərindən biri olaraq müharibədə misilsiz qəhrəmanlıqlar göstərir və itirilmiş torpaqlarımızın geri qaytarılmasında, həmçinin mənfur erməni ordu birləşmələrinə sarsıdıcı zərbələrin endirilməsində yaxından iştirak edir. Şəhriyar Qasımovun döyüş yolları olduqca keşməkeşli anlardan keçir, dəfələrlə o, ölümün pəncəsindən xilas olmağı da bacarır. Bütün bunlara baxmayaraq, 44 gün ərzində davam edən Vətən müharibəsi onun ömür yollarında daim xatırlanacaq izlər buraxır. Bu şəxsin döyüşçü yoldaşları onun haqqında belə deyirlər: “Şəhriyar hər zaman qaynar nöqtələrdə döyüşər və qızgın döyüş əməliyyatlarının gedişi zamanı öz yoldaşlarını qorumağa çalışardı. Onun ermənilərə qarşı xüsusi nifrət var və bizimlə söhbəti zamanı “Ermənilər quldurdular, işğalçıdırlar, daim qonşularına “xor baxıb” başqalarının torpaqlarını ələ keçirməyə çalışan məxluqdurlar. Ona görə də, onlara qarşı hər zaman barışmaz olmaq, zamanında başlarını əzmək lazımdır” deyə öz yanaşmasını ortaya qoyurdu.

Bəli, bu gün də Şəhriyar Qasımov öz xoşbəxtliyini, səadətini doğma Vətəninə, xalqına ləyaqətlə xidmətdə görür və dövlətə- dövlətçiliyiə xidmət etməyi özü üçün şərəf bilir. Bu da onu söyləməyə əsas verir ki, bu şəxs peşəkar bir hərbçi olaraq ona göstərilən etimadın məsuliyyətini dərindən dərk edir və bundan sonra da, məhz Vətənimizin hər qarış torpağını göz bəbəyi kimi qoruyacağına əminliyini ifadə edir.




Nyus.Az










03 Mart 2021 ŞƏHİD ANASINDAN OĞLUNA: “Oğlumu ölümsüz bilirəm, amma hər ehtimala ehtiyyatlı ol”-Foto
03 Mart 2021 Tarix yazan sərkərdə!
02 Mart 2021 Tarixçi-tədqiqatçı Sahib Həsənov!
02 Mart 2021 Türkiyə ilk günlərdən Azərbaycanın haqq işinə dəstək vermişdir
01 Mart 2021 Şəhid ailələri və qazilərimiz Ali Baş Komandanın diqqət mərkəzindədir.
26 Fevral 2021 Xocalıya hücum artilleriya ilə başladı... - Video
25 Fevral 2021 Peşəkar və işini sevən Televiziya işçilərimizdən
16 Fevral 2021 “Bu, haqq işimizi dayandırmaq üçün bir cəhd idi”
12 Fevral 2021 Qazaxda 1-ci müavin DQ müharibəsi veteranından onmin rüşvət istəyib—RƏZALƏT
08 Fevral 2021 SON GÜNLƏR LDU ƏTRAFINDA YARANMIŞ ƏSASSIZ İDDİALARA AYDINLIQ
08 Fevral 2021 İcra başçısından korrupsiya əməliyyatı xəbəri ilə bağlı - Açıqlama
08 Fevral 2021 ADNSU rəhbərliyi “Daşkəsən” dəmir filizi sahəsi ilə tanış olub - Fotolar
01 Fevral 2021 Prezident İlham Əliyev Abşeron rayonunda “Xırdalan” yarımstansiyalarının açılışında iştirak edib - VİDEO - FOTO
01 Fevral 2021 Mütləq imkan daxilində bu yardımı etməliyik - Prezident
22 Yanvar 2021 Anar Cəbrayıllı: Jurnalistlərin hamısını dama soxmaq lazımdır....
21 Yanvar 2021 SUMQAYIT KARBAMİD ZAVODUNDA 500 İŞ YERİ YARADILACAQ
20 Yanvar 2021 20 Yanvar faciəsinin ildönümü Şuşada qeyd olundu - Video
20 Yanvar 2021 Qanlı yanvar: 31 il ötdü - Foto
18 Yanvar 2021 65 ilin işığında.
17 Yanvar 2021 Nizami Gəncəvi harada anadan olub?
15 Yanvar 2021 Bu gün "Vikipediya" internet şəbəkəsinin yaradılmasının 20 ili tamam olur
15 Yanvar 2021 Prezident azad edilmiş torpaqlara keçdi - Video
15 Yanvar 2021 Lerikdə şəhid və qazi ailələri qayğı və diqqətlə əhatə olunur.
12 Yanvar 2021 Bakıda Milli Qəhrəmanın adını daşıyan küçə bərbad vəziyətdədir.
12 Yanvar 2021 Bir ailədən müharibəyə gedən 5 nəfər
11 Yanvar 2021 3 ölkə liderlərinin Moskvaya toplaşması... – İlham Əliyev
11 Yanvar 2021 İlham Əliyevin Moskva səfəri başa çatdı
11 Yanvar 2021 MTRŞ Speys TV ilə bağlı qərar verdi
09 Yanvar 2021 Elcan Məmiyev: Tənqid olar, amma təhqirə qarşıyam
04 Yanvar 2021 Prezident və xanımı Teymur Rəcəbovu təbrik etdi