Bir çox ölkələrin maddi vəziyyəti, xüsusilə indiki dövrdə çox aşağıdır. Bir çox ölkələr vətəndaşların gündəlik tələbatlarını ödəyə bilmirlər.

Belə olan halda, biz hesab edirik ki, mütləq imkan daxilində bu yardımı etməliyik. Beləliklə, bu dövr ərzində 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərilmişdir, eyni zamanda, beynəlxalq təşkilatlara, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə verilmişdir. Onun 5 milyonu onların ümumi pandemiya ilə bağlı tədbirlərinə, 5 milyonu isə Qoşulmama Hərəkatına üzv olan xüsusilə kasıb ölkələrin yardımına istiqamətləndirilmişdir.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev AzTV-yə müsahibəsində deyib.

“Bundan əlavə, biz beynəlxalq müstəvidə zirvə görüşlərinin keçirilməsinin də təşəbbüskarı olmuşuq. Həm Türk Şurasının, həm Qoşulmama Hərəkatının iki zirvə görüşü COVID-19-a həsr edilmişdir. Onların da çox müsbət nəticələri olmuşdur. Çünki birinci belə bir təşəbbüs idi, bunu da biz irəli sürdük, hər iki qurumun sədri kimi. Ondan sonra artıq Qoşulmama Hərəkatının üzvlərinin dəstəyi ilə BMT Baş Assambleyasının xüsusi sessiyasını keçirdik. Bu, o qədər də asan deyildi. Çünki Baş Assambleyanın xüsusi sessiyasını keçirmək üçün bir çox amillər lazımdır. Deyə bilərəm ki, bəzi ölkələr açıq etiraz etməsələr də, buna o qədər də maraqlı deyildilər. Çünki bəziləri hesab edirdi ki, belə bir təşəbbüs, necə deyərlər, ancaq böyük ölkələrə məxsus olmalıdır və belə bir təşəbbüs yəqin ki, onların fikirlərinə görə gərək daha əvvəl razılaşdırılaydı. Biz isə onu öz təşəbbüsümüz kimi irəli sürdük. Bildiyiniz kimi, Ermənistan buna qarşı çıxmışdır və bu da böyük təəccüb doğururdu. Yəni, Ermənistanda azərbaycanafobiyanın nə qədər böyük olduğunu Ermənistan bir daha bütün dünyaya göstərdi və bu, müharibədən əvvəl olan hadisə idi.

BMT Baş Assambleyasının xüsusi sessiyasında mən Qoşulmama Hərəkatının sədri kimi çıxış edərkən bütün ölkələri həmrəyliyə çağırmışdım ki, bu bəlaya qarşı mübarizədə biz səylərimizi birləşdirməliyik, burada hansısa birtərəfli addımlar atılmamalıdır, zəngin ölkələr məsuliyyət göstərməlidirlər. Peyvənd bütün ölkələrin xalqlarına çatmalıdır. Hətta demişdim ki, kasıb olan ölkələrin vətəndaşları üçün zəngin olan ölkələr o peyvəndi alıb onlara ötürsünlər. Şirkətlərə də çağırışlar etmişdim ki, onlar da bu sahədə qazanc dalınca qaçmasınlar, yəni, məsuliyyətli olsunlar. Prinsipcə, mənim bu çağırışlarımı bir çox ölkələr dəstəklədi, amma əfsuslar olsun ki, real həyat bizə tam başqa mənzərə nümayiş etdirir. Burada sözlə əməl arasında böyük bir fərqi görürük”, - İlham Əliyev bildirib.

03 Mart 2021 ŞƏHİD ANASINDAN OĞLUNA: “Oğlumu ölümsüz bilirəm, amma hər ehtimala ehtiyyatlı ol”-Foto
03 Mart 2021 Tarix yazan sərkərdə!
02 Mart 2021 Tarixçi-tədqiqatçı Sahib Həsənov!
02 Mart 2021 Türkiyə ilk günlərdən Azərbaycanın haqq işinə dəstək vermişdir
01 Mart 2021 Şəhid ailələri və qazilərimiz Ali Baş Komandanın diqqət mərkəzindədir.
26 Fevral 2021 Xocalıya hücum artilleriya ilə başladı... - Video
25 Fevral 2021 Peşəkar və işini sevən Televiziya işçilərimizdən
16 Fevral 2021 “Bu, haqq işimizi dayandırmaq üçün bir cəhd idi”
12 Fevral 2021 Qazaxda 1-ci müavin DQ müharibəsi veteranından onmin rüşvət istəyib—RƏZALƏT
08 Fevral 2021 SON GÜNLƏR LDU ƏTRAFINDA YARANMIŞ ƏSASSIZ İDDİALARA AYDINLIQ
08 Fevral 2021 İcra başçısından korrupsiya əməliyyatı xəbəri ilə bağlı - Açıqlama
08 Fevral 2021 ADNSU rəhbərliyi “Daşkəsən” dəmir filizi sahəsi ilə tanış olub - Fotolar
08 Fevral 2021 Şəhriyar Qasımovun şərəfli ömür yolları tariximizin qəhrəmanlıq səlnamələrindəndir
01 Fevral 2021 Prezident İlham Əliyev Abşeron rayonunda “Xırdalan” yarımstansiyalarının açılışında iştirak edib - VİDEO - FOTO
22 Yanvar 2021 Anar Cəbrayıllı: Jurnalistlərin hamısını dama soxmaq lazımdır....
21 Yanvar 2021 SUMQAYIT KARBAMİD ZAVODUNDA 500 İŞ YERİ YARADILACAQ
20 Yanvar 2021 20 Yanvar faciəsinin ildönümü Şuşada qeyd olundu - Video
20 Yanvar 2021 Qanlı yanvar: 31 il ötdü - Foto
18 Yanvar 2021 65 ilin işığında.
17 Yanvar 2021 Nizami Gəncəvi harada anadan olub?
15 Yanvar 2021 Bu gün "Vikipediya" internet şəbəkəsinin yaradılmasının 20 ili tamam olur
15 Yanvar 2021 Prezident azad edilmiş torpaqlara keçdi - Video
15 Yanvar 2021 Lerikdə şəhid və qazi ailələri qayğı və diqqətlə əhatə olunur.
12 Yanvar 2021 Bakıda Milli Qəhrəmanın adını daşıyan küçə bərbad vəziyətdədir.
12 Yanvar 2021 Bir ailədən müharibəyə gedən 5 nəfər
11 Yanvar 2021 3 ölkə liderlərinin Moskvaya toplaşması... – İlham Əliyev
11 Yanvar 2021 İlham Əliyevin Moskva səfəri başa çatdı
11 Yanvar 2021 MTRŞ Speys TV ilə bağlı qərar verdi
09 Yanvar 2021 Elcan Məmiyev: Tənqid olar, amma təhqirə qarşıyam
04 Yanvar 2021 Prezident və xanımı Teymur Rəcəbovu təbrik etdi