SUMQAYIT KARBAMİD ZAVODUNDA 500 İŞ YERİ YARADILACAQ

 

Sənayeləşmə və qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindəndir. Bu baxımdan iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına xüsusi önəm verilir, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi istiqamətində sistemli tədbirlər həyata keçirilir.
Sənayeləşmə siyasətinə uyğun olaraq, ölkəmizdə yüzlərlə müasir sənaye müəssisəsi, yeni istehsal sahələri yaradılır, daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artır, ixrac imkanları genişlənir.
Hazırkı dövrdə sənayenin yeni modellərin tətbiqi ilə inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Qlobal çağırışlarla uzlaşan sənaye parkları və məhəllələri, aqroparklar kimi mütərəqqi mexanizmlər ixracyönümlü məhsulların istehsalının genişləndirilməsinə, neft-qaz amilindən asılılığın daha da azaldılmasına, innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin inkişafına və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasına yeni imkanlar açır.
"Azərsulfat” MMC-nin “sulfat turşusu istehsalı” layihəsi çərçivəsində tikiləcək zavodun investisiya dəyəri 6 milyon ABŞ dollarıdır. Zavodda ildə 20 min ton məhsul istehsalı nəzərdə tutulur. Bu ilin sonunda fəaliyyətə başlayacaq zavodda 30-dan çox iş yeri yaradılacaq.
Müəssisənin təməlini qoyan prezident İlham Əliyevə bildirildi ki, təkcə son 3 ildə Azərbaycana hər il 5–10 min ton sulfat turşusu idxal edilir və bu zavodun fəaliyyətə başlaması ilə idxal yerli istehsalla əvəz olunacaq. Məhsulların növbəti mərhələlərdə Gürcüstana və Rusiyaya ixrac edilməsi də planlaşdırılır.
Azərfloat” QSC-nin vərəqə şüşə istehsalı zavodu Azərbaycanda termoformalaşdırılmış şüşə hazırlanması üzrə ilk müəssisədir.
Ümumi investisiya dəyəri 100 milyon avro olan zavodda ildə 80 min ton müxtəlif çeşiddə vərəqə şüşə istehsal ediləcək. Müəssisənin layihələndirilməsi və qabaqcıl texnologiyalarla təchiz olunması Almaniyanın dünyada şüşəəritmə texnologiyaları sahəsində 135 illik təcrübəyə malik “HORN Glass Industries AG” şirkəti tərəfindən təmin edilib. Müəssisədə İtaliya, Finlandiya və Çin texnologiyalarından da istifadə olunur.
Prezident İlham Əliyev çıxışında;
-Bu gün ölkəmizin tarixində çox əlamətdar hadisə baş verir. Biz Sumqayıt şəhərində karbamid zavodunun açılışını qeyd edirik. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm.
Bu zavodun yaradılması çox əlamətdar, çox önəmli hadisədir. Zavodun tikintisində iştirak etmiş bütün insanlara təşəkkürümü bildirmək istəyirəm. Mənə verilən məlumata görə, burada pik dövrdə üç mindən çox insan işləyib və onların mütləq əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Bu, onu göstərir ki, Azərbaycanda çox güclü kadr potensialı yaradılmışdır, həm fəhlə kadrları, həm mütəxəssislər. Bu, son illər ərzində təhsil sahəsinə ayrılan diqqətin bariz nümunəsidir.
Ölkəmiz üçün çox gözəl ixrac məhsulu yaratmışıq. Kənd təsərrüfatının inkişafı üçün yerli gübrə yaratmışıq və ölkəmizin qeyri-neft sənayesinə böyük töhfə vermişik. Yəni, zavodun fəaliyyətə başlaması, bax, bu əsas məqsədləri güdür. Biz bütün məqsədlərə çata bilmişik - deyə prezident qeyd edib.
Prezidentin dediklərindən bir əmin olduq ki, ölkəmizin inkişafı üçün əhatəli proqram hazırlanmışdır.
2021-ci ilin Azərbaycanın tarixində inkişaf, yüksəliş ili olacağına şübhə qalmır.

Xəzər rayon Təhsil işçiləri adından;
Həzərxan ƏBİLOV

03 Mart 2021 ŞƏHİD ANASINDAN OĞLUNA: “Oğlumu ölümsüz bilirəm, amma hər ehtimala ehtiyyatlı ol”-Foto
03 Mart 2021 Tarix yazan sərkərdə!
02 Mart 2021 Tarixçi-tədqiqatçı Sahib Həsənov!
02 Mart 2021 Türkiyə ilk günlərdən Azərbaycanın haqq işinə dəstək vermişdir
01 Mart 2021 Şəhid ailələri və qazilərimiz Ali Baş Komandanın diqqət mərkəzindədir.
26 Fevral 2021 Xocalıya hücum artilleriya ilə başladı... - Video
25 Fevral 2021 Peşəkar və işini sevən Televiziya işçilərimizdən
16 Fevral 2021 “Bu, haqq işimizi dayandırmaq üçün bir cəhd idi”
12 Fevral 2021 Qazaxda 1-ci müavin DQ müharibəsi veteranından onmin rüşvət istəyib—RƏZALƏT
08 Fevral 2021 SON GÜNLƏR LDU ƏTRAFINDA YARANMIŞ ƏSASSIZ İDDİALARA AYDINLIQ
08 Fevral 2021 İcra başçısından korrupsiya əməliyyatı xəbəri ilə bağlı - Açıqlama
08 Fevral 2021 ADNSU rəhbərliyi “Daşkəsən” dəmir filizi sahəsi ilə tanış olub - Fotolar
08 Fevral 2021 Şəhriyar Qasımovun şərəfli ömür yolları tariximizin qəhrəmanlıq səlnamələrindəndir
01 Fevral 2021 Prezident İlham Əliyev Abşeron rayonunda “Xırdalan” yarımstansiyalarının açılışında iştirak edib - VİDEO - FOTO
01 Fevral 2021 Mütləq imkan daxilində bu yardımı etməliyik - Prezident
22 Yanvar 2021 Anar Cəbrayıllı: Jurnalistlərin hamısını dama soxmaq lazımdır....
20 Yanvar 2021 20 Yanvar faciəsinin ildönümü Şuşada qeyd olundu - Video
20 Yanvar 2021 Qanlı yanvar: 31 il ötdü - Foto
18 Yanvar 2021 65 ilin işığında.
17 Yanvar 2021 Nizami Gəncəvi harada anadan olub?
15 Yanvar 2021 Bu gün "Vikipediya" internet şəbəkəsinin yaradılmasının 20 ili tamam olur
15 Yanvar 2021 Prezident azad edilmiş torpaqlara keçdi - Video
15 Yanvar 2021 Lerikdə şəhid və qazi ailələri qayğı və diqqətlə əhatə olunur.
12 Yanvar 2021 Bakıda Milli Qəhrəmanın adını daşıyan küçə bərbad vəziyətdədir.
12 Yanvar 2021 Bir ailədən müharibəyə gedən 5 nəfər
11 Yanvar 2021 3 ölkə liderlərinin Moskvaya toplaşması... – İlham Əliyev
11 Yanvar 2021 İlham Əliyevin Moskva səfəri başa çatdı
11 Yanvar 2021 MTRŞ Speys TV ilə bağlı qərar verdi
09 Yanvar 2021 Elcan Məmiyev: Tənqid olar, amma təhqirə qarşıyam
04 Yanvar 2021 Prezident və xanımı Teymur Rəcəbovu təbrik etdi