Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu adlanan Azərbaycanın ilk Milli Qəhrəmanlarından olan şəhidimiz Valeh Müslümovun adını daşıyan küçə var.Küçənin yolları tamamilə bərbad vəziyyətdədir. Belə ki , yağış yağdıqdan zamanda yoldan keçmək təmamilə müşkül məsələyə çevirilir.
Qəsəbə sakinləri Millidestek.az saytına açıqlamalarında bildirdilər ki, dəfələrlə rəsmi olaraq aidiyyati qurumlara müraciət etmələrinə baxmayaraq heç bir nəticə yoxdur.
Amma sözügedən qəsəbənin problemi yalnız yol ilə bitmir.
Millidestek.az olaraq ərazidə yaşayan əhalini dindirdikdə ən başlıca problemlərdən biri də internet olduğunu anladıq. Hazırda tədris hibrid və ya əyani formada deyil, tamamilə distant formadadır.
Ölkəmizdə təhsil distant formada ikən sözügedən ərazidə telefon xəttində boş yer olmadığına görə Wi:Fi şəbəkəsi də çəkmək olmur. Bu da sakinlər üçün əlavə xərcə yol açır. Sakinlərin söylədiyinə görə Mərdəkan Rabitə Qovşağına dəfələrlə müraciət olunmasına baxmayaraq şikayətlərə yoxdur.
Mövzuya yenidən qayıdacağıq.
Qarşı tərəfin mövqeyini qərəzsiz şəkildə dərc etməyə hazırıq.
Müşfiq Kişiyev