44 günlük Vətən müharibəsinə ailəliklə qatılan soyadlardan biri də Həşimovlardır. Lənkəran rayonunun Boladı kəndindən olan bu ailənin beş üzvünün qələbədə payı var.

Birinci Qarabağ müharibəsində də iştirak edən Fikrət və Araz Həşimovlara Vətən müharibəsində qardaşı oğlanları Qalib, Alim və Taleh Həşimovlar da qoşulub. Həşimovların 4-ü hərbi təyyarəçidir, 1-i isə Hərbi Hava Qüvvələrinin (HHQ) hava hücumundan müdafiə sistemində xidmət edib.  

Bu barədə “Qafqazinfo”ya ailə üzvlərini ön cəbhəyə yola salan Mirəsgər Həşimov danışıb: 

 

“İki qardaşım, üç oğlum milli ordumuzun zabitləridir, hər biri mayor rütbəsindədir. Qardaşlarım Araz və Fikrət Perm Hərbi Aviasiya Məktəbini bitiriblər.  Oğlanlarım da əmilərinə baxıb təyyarəçilik peşəsini seçiblər. Onlar hələ uşaq ikən göydə uçan təyyarələrə maraqla baxırdılar, deyirdilər ki, Fikrət və ya Araz əmi uçur. Biz də böyüyüb təyyarə sürəcəyik. Mən onların qarşısını kəsmədim. Dedim əgər təyyarəçi olmaq istəyirsinizsə, gedin olun. Əgər Vətənə onlardan bir xeyir gələrsə, niyə də olmasın? Qardaşlarım yük təyyarəsi sürüblər və müharibədə ordunun təminatında iştirak ediblər. Oğlanlarım Qalib və Taleh qırıcı təyyarə pilotlarıdır. Alim isə Hava Hücumundan Müdafiə sistemində xidmət edir. Ölkəyə düşmən tərəfindən atılan raketlərin zərərsizləşdirilməsində onun böyük rolu olub”. 

Fotoda: Taleh Həşimov

Mirəsgər Həşimov deyir ki, hər 3 oğlu Heydər Əliyev adına Hərbi Təyyarəçilik Akademiyasını fərqlənmə diplomu ilə bitirib. Akademiyada öyrəndikləri və təcrübələri onlara döyüşdə böyük uğur qazandırıb. Taleh Həşimov “Azərbaycan bayrağı” ordeni və Suqovuşan, Kəlbəcər və Cəbrayılın azadlığı uğrunda medalları ilə təltif olunub. Araz Həşimov da xidmətlərinə görə Ali Baş Komandan tərəfindən “Vətən uğrunda” medalına layiq görülüb. 

Onların döyüşdə qazandıqları nailiyyətlərdə həm də Vətənə olan sonsuz sevgilərinin payı var. Qalib əsgərləri Boladı kənd əhalisi böyük təntənə ilə qarşılayıb:   

“Mən bu qalibiyyətə çox sevinirdim. Bunu sözlə ifadə etmək çətindir. Taleh “Azərbaycan bayrağı” ordeninə layiq görülmüşdü. Onun düşmənin məhv edilməsində böyük rolu olub. Prezident də onun şücaətini  qiymətləndirib. Ona bir neçə günlük məzuniyyət vermişdilər və kəndə gəlmişdi. İnanın, heç bir dəqiqə istirahət edə bilmədi, hamı onu ziyarətə gəlirdi. Zarafatla deyirdi ki, müharibə bundan rahat idi. Ümumiyyətlə, Həşimovları rayon, kənd elə təntənə ilə qarşıladı ki, bundan qürur keçirməmək mümkün deyil. Şəhidlərimiz oldu, kəndimiz də 3 şəhid verdi. Allah onların hər birinə rəhmət eləsin. Mən fəxr edirəm ki, mənim oğullarımın, qardaşlarımın da şəhidlərin qanının yerdə qalmamasında rolu oldu”.

Araz Həşimov

Fikrət Həşimov

Qalib Həşimov

Alim Həşimov

Müəllif: Gülnar Əliyeva

 

 

 
22 Yanvar 2021 Anar Cəbrayıllı: Jurnalistlərin hamısını dama soxmaq lazımdır....
21 Yanvar 2021 SUMQAYIT KARBAMİD ZAVODUNDA 500 İŞ YERİ YARADILACAQ
20 Yanvar 2021 20 Yanvar faciəsinin ildönümü Şuşada qeyd olundu - Video
20 Yanvar 2021 Qanlı yanvar: 31 il ötdü - Foto
18 Yanvar 2021 65 ilin işığında.
17 Yanvar 2021 Nizami Gəncəvi harada anadan olub?
15 Yanvar 2021 Bu gün "Vikipediya" internet şəbəkəsinin yaradılmasının 20 ili tamam olur
15 Yanvar 2021 Prezident azad edilmiş torpaqlara keçdi - Video
15 Yanvar 2021 Lerikdə şəhid və qazi ailələri qayğı və diqqətlə əhatə olunur.
12 Yanvar 2021 Bakıda Milli Qəhrəmanın adını daşıyan küçə bərbad vəziyətdədir.
11 Yanvar 2021 3 ölkə liderlərinin Moskvaya toplaşması... – İlham Əliyev
11 Yanvar 2021 İlham Əliyevin Moskva səfəri başa çatdı
11 Yanvar 2021 MTRŞ Speys TV ilə bağlı qərar verdi
09 Yanvar 2021 Elcan Məmiyev: Tənqid olar, amma təhqirə qarşıyam
04 Yanvar 2021 Prezident və xanımı Teymur Rəcəbovu təbrik etdi
29 Dekabr 2020 “Kəlbəcərin azad olunmasına görə” təltif edilənlərin siyahısı açıqlandı
28 Dekabr 2020 “Azərbaycanın istifadə etdiyi taktiki üsullar dünya hərb elmi üçün yenilikdir”
28 Dekabr 2020 ZOOMDA KONFRANS KEÇİRİLDİ: MÜBARİZ MƏNSİMOVUN AZAD EDİLMƏSİ ÜÇÜN QƏTNAMƏ QƏBUL OLUNDU!
27 Dekabr 2020 Qalib dövlətin qalib lideri!
27 Dekabr 2020 Şevçenko Azərbaycanla bağlı film hazırladı - Video
24 Dekabr 2020 Elcan Məmiyev: İlham Əliyev Qalib sərkərdə, Müzəffər Ali Baş Komandandır!
23 Dekabr 2020 Cənab Prezidentin verdiyi bütün vədlər gerçəkliyə çevrilir
22 Dekabr 2020 Tarix yazan qəhrəmanlar!
20 Dekabr 2020 Mehriban Əliyevanın təşəbbüsü ilə hərbçilərimizə dəstək aksiyasına başlanıldı - Fotolar+Video
18 Dekabr 2020 “Ermənistan status-kvonun dəyişməz qalması üçün əlindən gələni edirdi”
18 Dekabr 2020 “Bizi qorxutmağa çalışırdılar ki, erməni tankları Bakının küçələrində olacaq”
17 Dekabr 2020 Qələbəmizin .şəhidləri və şahidləri.!
17 Dekabr 2020 “Əminəm ki, həmin videoları görən dünya müsəlmanları...”
17 Dekabr 2020 “Ərdoğan kişi adamdır, quyruq bulamır”
17 Dekabr 2020 “Ali Baş Komandanın əmrində, xalqımızın xidmətindəyik”