Respublikamızda müxtəlif mövzularda tele-debatlar yalnız bir telekanalda bir verilişdədir:

Space Tv də yayımlanan El Bizim Sirr Bizim...

Mən də El Bizim Sirr Bizim verilişində iki dəfə qonaq olmuşam. Buna görə də Elçin Əlibəyliyə təşəkkürümü bildirirəm. İndi isə bir neçə dəfə özüm də qonaq olduğum bu bu veriliş haqda olan fikirlərimi bildirəcəm. 
El Bizim Sirr Bizim verilişinin müsbət cəhətləri çoxdur. Ən ali müsbət cəhəti ondan ibarətdir ki, bəlkə də Azərbaycan teleməkanında yeganə verilişlərdəndir ki, verilişə qonaq qismində çıxanlardan ödəniş alınmır. Bu çox gözəl bir haldır. O verliş sayəsində bir sıra  jurnalistləri, şairləri və s. müxtəlif peşə nümayəndələrini xalqımız tanıyır. 
İndi isə başlayım qəbul etmədiyim cəhətlərə...

 

El Bizim Sirr Bizim verilişində bir neçə gün öncə də qonaq qismində iştirak etdim. Verilişin qonaqları da ədəbiyyat xadimləri idi. Yəni kifayət qədər ciddi şəxslər idi. İstisna olsa da hər biri ədəbiyyatımızda iz qoyan şəxslər idi. Mövzu da maraqlı idi: Ədəbi mühitdə al-ver...

 

Mənə mövzu deyiləndə ədəbi mühitdə bir sıra məqamları, ədəbiyyatımızda hiss etdiyim çatışmayan cəhətləri ziyalılarımızla müzakirə etməyi düşünürdüm. Amma veriliş daxilində mən tamamilə fərqli bir mühitlə qarşılaşdım. 

Şair Anar Amin reytinq xətrinə mən və Elşad Barat və Nuranə Nur istisna olmaqla bütün qonaqları  təhqir etdi...

Sözün doğrusu mən hər zaman ziyalılarımızın bir-biri ilə təhqirlə danışığına tamamilə qarşı olmuşam.
Elçin Əlibəyli sizi sayıb, seçib dəyər verib efirə dəvət edib, sizin isə quru reytinq xətrinə efirdə digər qonağı təhqir etməyinizi mən heç bir Azərbaycan ziyalısına yaraşdırmıram. 

Təbii ki, mən də bu məsələyə laqeyd yanaşa bilməzdim. Verilişdə baş verənlərə münasibətimi bildirdim. İlk olaraq söylədim ki, bir birimizə hörmətlə yanaşmalıyıq, bir-birimizi dinləməyi bacarmalıyıq. Tele-məkanda hələ xaricdə yaşayan həmyerlilərimizi hesablamasaq 10 milyonluq Azərbaycan xalqı bizi izləyir. Onlar da efirə dəvət olunan hər kəsi ziyalı kimi bilib hörmət bəsləyir. Amma efirdəki qonaqlar biri-birini təhqir edirlərsə bu tamamilə yolverilməzdir! Onlar özləri də fərqinə varmadan reytinqin əlində alət olub, xalqın arasında hörmətdən düşürlər...
İndi keçək verilişdəki hadisəyə münasibətimə...

Anar Amin verilişdəki müxtəlif qonaqlardan şeir, vəya hər hansı bir tutarlı misra istəyərkən düşündüm ki mən də Anar Amindən bir misra şeir istəyim: Cavabında isə, "sən ədəbiyyatda danışdığım ən sonuncu adamsan" "sən kiməsə vəkillik eləmə" və sair ifadələr eşitdim. 

Təsəvvür edin, Xalq şairi Musa Yaqubu yamsılamaqla gündəmə gələn, Aləmzər xanım demişkən Azərbaycan ədəbiyyatına yalnız "nanay" ifadəsini gətirməyi bacaran  Anar Amin bir sıra ziyalılarımızı tənqid və hətta təhqir belə edir. 

Maraqlıdır, budurmu bizim ədəbiyyat xadimləri?! Belədirmi bizim şairlərimiz?!

Hələ mənə də təklif etdilər ki, gərək sən veriliş başlayandan camaatın sözünü kəsməliydin. Amma mənim üçün daha önəmli reytinq deyil, xalqın bildirdiyi münasibətdir. Bundan sonra dəvət edilməyə də bilərəm verilişə, normal haldır. Əsas odur ki, söhbət zamanı aradakı hörməti qoruyub-saxlamağı bacarıram. 
Tənqid etmək normal haldır, mənim də kiminsə fəaliyyətindən xoşum gəlməyə bilər, kimisə bəyənməyə bilərəm, tənqid edə bilərəm və eləcə də məni də. Amma təhqir yolverilməzdir!

Sonda bunu da vurğulamaq istərdim ki, bir insan özünü efirə hazır bilmədən efirə çıxırsa bu özü qeyri-peşəkarlıqdır. Efirə çıxan dinləməyi bacaran, etik normalarına riayət edən, "insan şəxsiyyətini alçaldacaq ifadələrə" yol verməyən biri olmalıdır ki, izləyici onu bir ziyalı kimi görə bilsin. Efir mədəniyyəti olmayan, və ya reytinq xətrinə qəsdən etikadan kənara çıxan birinin efirə çıxması özü də normal hal deyil...

29 Mart 2024 31 mart - Xalqımıza qarşı törədilmiş qanlı faciə - ŞƏRH EDİLDİ
29 Mart 2024 10 yaşımda çıxdığım Füzuliyə indi geri dönürəm - Leyli Şirinova
29 Mart 2024 Hər zaman doğma yurduma qayıtmağı səbirsizliklə gözləmişəm - Natiq Qasımov
29 Mart 2024 Azərbaycandan xarici ölkələrə nə qədər pul köçürülüb?
28 Mart 2024 “Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırdıq” - MÜNASİBƏT BİLDİRİLDİ
28 Mart 2024 Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
28 Mart 2024 Qarabağı viran qoyan avantüristlər… - İrəvan
28 Mart 2024 Taksilərdə videokameralar quraşdırılacaq - Tarix
28 Mart 2024 AB Şurasının üzvləri Cənubi Qafqaza gəlir
28 Mart 2024 Fransızların terakt xofu 10 üzərindən 7 baldır
28 Mart 2024 Bu gün onların günüdür
28 Mart 2024 Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında - VİDEO
28 Mart 2024 NATO-Ermənistan “nikah”ına hazırlıq gedir - RAKURS
28 Mart 2024 Xocalıya qayıdış bu tarixdə başlayacaq" - ŞƏRH EDİLDİ
28 Mart 2024 Ailə hüququ dedikdə nə başa düşülür? - MÜNASİBƏT BİLDİRİLDİ
28 Mart 2024 Muzdlu kölənin arzuları: Rasmussen yeni müharibə istəyir
28 Mart 2024 "Bu qidalar mənşəyi məlum olmayan xəstəliklərə gətirib çıxara bilər" - MÜNASİBƏT BİLDİRİLDİ
28 Mart 2024 Rusiyanın Baltikyanı ölkələrə hücum ehtimalı... - Putin
28 Mart 2024 Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!
28 Mart 2024 İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma
27 Mart 2024 Bayramdan sonra səmənini nə edək? - FİLOLOQ AYDINLIQ GƏTİRDİ
27 Mart 2024 Sülh sazişinin prinsipləri razılaşdırıldı - Paşinyan
27 Mart 2024 31 mart 1918-ci il soyqırımı gerçəkləri - MÜSAHİBƏ
27 Mart 2024 “Onların iş adamının bir dönərinə ehtiyacı yoxdur” - EKSPERT TƏNQİD ETDİ
27 Mart 2024 ABŞ Kremli son kozırdan məhrum edə bilər..?
27 Mart 2024 “Efiri bazar səviyyəsinə endirən telekanallar cəzalandırılmalıdır” - EKSPERT SƏRT DANIŞDI
26 Mart 2024 Hayların ABSURD TORPAQ İDDİALARI - TƏHLİL
26 Mart 2024 İrəvan öz yalanlarına aldanır
23 Mart 2024 Heç kim bunu bacarmayacaq - Putin
23 Mart 2024 Şərəfli ömürün daha bir baharı