“Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tarixi Qələbəyə  imza atmaqla yalnız  işğal altındakı torpaqlarımızı azad etmədi, həmçinin regionu, dünyanı  terror və faşizm təhlükəsindən xilas etdi.

Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarına səfəri  zamanı əsgərlərlə görüşündə də bu məqam xüsusi  diqqətə çatdırıldı ki, azad edilmiş rayonlarda ermənilər tərəfindən törədilmiş vəhşilikləri görərkən nəinki ölkəmiz, bölgəmiz üçün böyük iş gördüyümüzə əmin olduq. Faşist, terror siyasəti həyata keçirən Ermənistan Azərbaycan qarşısında diz çökdü. Təbii ki, işğalçı Ermənistan və ona havadarlıq edən dövlətlər bundan nəticə çıxarmalıdırlar. Azərbaycan dövlətinin, möhtərəm Prezidentimizin qətiyyəti sayəsində  yaradılan yeni reallıqlar  regionun, dünyanın siyasi mənzərəsini dəyişdi.”

“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Malik Həsənov bildirib. O qeyd edib ki, 44 günlük Vətən müharibəsində Zəfərimiz nəinki ölkə daxilində, beynəlxalq səviyyədə keçirilən sorğuların nəticələrində də öz əksini tapıb:

“Rusiyanın məşhur “Vedomosti” nəşri altı nominasiya üzrə ilin personası ilə bağlı illik xüsusi layihəsinin nəticələrini dərc edib. Dövlətimizin başçısı  İlham Əliyev nəşrin oxucuları arasındakı səsvermədə “İlin siyasətçisi” seçilib. Bildirilir ki, cənab İlham Əliyevi haqlı olaraq ordusu 2020-ci ildə inamlı hərbi qələbə qazanan, region miqyasına görə isə əsl triumf əldə edən yeganə lider adlandırmaq olar”.

“Azərbaycanın istifadə etdiyi taktiki üsullar dünya hərb elmi üçün yenilikdir. Ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi, döyüş qabiliyyətinin gücləndirilməsi istiqamətində atılan davamlı addımlar  Azərbaycan Silahlı Qüvvələrinin  dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşmasını təmin etdi. 44 günlük müharibə nəticəsində isə Azərbaycan müasir dünyanın hərb tarixinə  yeni səhifə yazdı. Ölkəmiz hərb tarixinə  yenilik kimi daxil olan strategiya tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, az itkilər  verərək  qısa müddətdə düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu, kapitulyasiya aktını imzalamağa məcbur etdi. Vətən müharibəsi beynəlxalq hərbi ekspertlər tərəfindən  ciddi təhlil edilir. Dövlətimizin başçısı İlham Əliyevin “İlin siyasətçisi” seçilməsi bir daha bu reallığı dünyaya təqdim etdi ki, peşəkarlıq, qəhrəmanlıq, planlaşdırma, güclü iradə, milli ruh, texniki təchizat, xalq-iqtidar birliyi Zəfərimizin əsasıdır”, - deyə millət vəkili vurğulayıb.

M.Həsənov bu məsələyə də münasibətini bildirib ki,  30 ilə yaxın müddətdə ikili siyasətləri ilə münaqişənin həlli prosesinin uzanmasına səbəb olan bəzi dövlətlər bu gün də ənənələrini davam etdirirlər:

“Fransa kimi dövlətlər əvvəllər Ermənistana himayədarlıqlarını pərdələməyə cəhdlər etsələr də, Azərbaycanın siyasi Qələbəsini təsdiqləyən 10 noyabr üçtərəfli Bəyanatdan sonra işğalçıya  dəstəklərini etiraf edirlər.  Balanslı, ədalətli, neytral  davranmağı bacarmayan Fransa Prezidenti Emmanuel Makronun həmsədr mandatına uyğun olmayan addımları ilə bağlı yeni faktlar açıqlanır. Belə ki, Makron müharibə vaxtı Paşinyana sms-mesajlar göndərdiyini etiraf etməklə qatı ermənipərəst mövqeyini bir daha göstərir. Açıqlanan faktlarda o da bildirilir ki, 10 noyabr razılaşmasından  bir neçə gün sonra Fransa Prezidenti Emmanuel Makron  erməni icmasının nümayəndələri ilə görüşündə  Nikol Paşinyanın heç bir məsələni onunla razılaşmamasından  narahatlığını ifadə edib. Açıq-aydın görünür ki, Makron Fransanın ATƏT-in Minsk qrupunun həmsədri mandatını yalnız Ermənistanın maraqlarını müdafiə etmək kontekstində anlayıb və buna uyğun hərəkət edib. Azərbaycan yalnız bu gün deyil, 28 il belə yanaşmaların şahidi olub. Lakin ölkəmiz beynəlxalq münasibətlərdə güc və  hüquq amillərini əsas tutaraq bu illər ərzində daha da güclənərək, münaqişənin həlli üçün möhkəm hüquqi baza yaradaraq 44 gündə ədaləti bərpa etməklə  “demokratiyanın beşiyi” sayılan  Fransa kimi dövlətlərin əsl simasını ortaya qoydu.”

 

 

 
22 Yanvar 2021 Anar Cəbrayıllı: Jurnalistlərin hamısını dama soxmaq lazımdır....
21 Yanvar 2021 SUMQAYIT KARBAMİD ZAVODUNDA 500 İŞ YERİ YARADILACAQ
20 Yanvar 2021 20 Yanvar faciəsinin ildönümü Şuşada qeyd olundu - Video
20 Yanvar 2021 Qanlı yanvar: 31 il ötdü - Foto
18 Yanvar 2021 65 ilin işığında.
17 Yanvar 2021 Nizami Gəncəvi harada anadan olub?
15 Yanvar 2021 Bu gün "Vikipediya" internet şəbəkəsinin yaradılmasının 20 ili tamam olur
15 Yanvar 2021 Prezident azad edilmiş torpaqlara keçdi - Video
15 Yanvar 2021 Lerikdə şəhid və qazi ailələri qayğı və diqqətlə əhatə olunur.
12 Yanvar 2021 Bakıda Milli Qəhrəmanın adını daşıyan küçə bərbad vəziyətdədir.
12 Yanvar 2021 Bir ailədən müharibəyə gedən 5 nəfər
11 Yanvar 2021 3 ölkə liderlərinin Moskvaya toplaşması... – İlham Əliyev
11 Yanvar 2021 İlham Əliyevin Moskva səfəri başa çatdı
11 Yanvar 2021 MTRŞ Speys TV ilə bağlı qərar verdi
09 Yanvar 2021 Elcan Məmiyev: Tənqid olar, amma təhqirə qarşıyam
04 Yanvar 2021 Prezident və xanımı Teymur Rəcəbovu təbrik etdi
29 Dekabr 2020 “Kəlbəcərin azad olunmasına görə” təltif edilənlərin siyahısı açıqlandı
28 Dekabr 2020 ZOOMDA KONFRANS KEÇİRİLDİ: MÜBARİZ MƏNSİMOVUN AZAD EDİLMƏSİ ÜÇÜN QƏTNAMƏ QƏBUL OLUNDU!
27 Dekabr 2020 Qalib dövlətin qalib lideri!
27 Dekabr 2020 Şevçenko Azərbaycanla bağlı film hazırladı - Video
24 Dekabr 2020 Elcan Məmiyev: İlham Əliyev Qalib sərkərdə, Müzəffər Ali Baş Komandandır!
23 Dekabr 2020 Cənab Prezidentin verdiyi bütün vədlər gerçəkliyə çevrilir
22 Dekabr 2020 Tarix yazan qəhrəmanlar!
20 Dekabr 2020 Mehriban Əliyevanın təşəbbüsü ilə hərbçilərimizə dəstək aksiyasına başlanıldı - Fotolar+Video
18 Dekabr 2020 “Ermənistan status-kvonun dəyişməz qalması üçün əlindən gələni edirdi”
18 Dekabr 2020 “Bizi qorxutmağa çalışırdılar ki, erməni tankları Bakının küçələrində olacaq”
17 Dekabr 2020 Qələbəmizin .şəhidləri və şahidləri.!
17 Dekabr 2020 “Əminəm ki, həmin videoları görən dünya müsəlmanları...”
17 Dekabr 2020 “Ərdoğan kişi adamdır, quyruq bulamır”
17 Dekabr 2020 “Ali Baş Komandanın əmrində, xalqımızın xidmətindəyik”