27 dekabr 2020-ci il tarixdə Türkiyə Respublikasında günahsız yerə həbsdə saxlanılan Vətən oğlu Mübariz Mənsimova dəstək olaraq Vətən oğluna azadlıq Qrupunun çoxsaylı üzvlərinin iştirakı ilə ZOOM Konfransı keçirilərək Qətnamə qəbul edilib.   

ZOOM-da keçirilən Konfrans, İsveçdən yayımlanan SAMM TV-nin rəhbəri Rahim Sadıqbəylinin və Vətən oğluna azadlıq Qrupunun iştirakçılarının təşəbbüsü ilə baş tutub. ZOOM Konfransında həmçinin Mübariz Mənsimovun ailə üzvlərindən Zərnişan xanım başda olmaqla  digər bacıları, ÜmidTv-nin rəhbəri Rəhman Cəbiyev və digər Mübarizsevərlər iştirak edərək, Mübariz Mənsimov haqqında təssüratlarını bölüşüblər. ZOOM Konfransında çıxış edən hər bir iştirakçı Azərbaycan və Türkiyənin Ali Rəhbərlərinə çağırış edərək, Mübariz Mənsimova dəstək vermələrini xahiş ediblər. Konfransın sonunda Qətnamə qəbul edilib.

Həmin Qətnamənin tam mətnini təqdim edirik. 

Türkiyə Respublikasının Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğana,  Azərbaycan Respublikasının Prezidenti Cənab  İlham Əliyevə 
31 dekabr Dünya Azərbaycanlılarınin həmrəyliyi günü münasibəti ilə 27 dekabr 2020-ci il tarixindət keçirilən virtual "Vətən Oğluna Azadlıq" adlı konfransın  QƏTNAMƏSİ
                                      

Hörmətli Dövlət başçıları.  Əvvəla sizi Dünya Azərbaycanlılarının həmrəylik günü və Qarabağda əldə edilmiş möhtəşəm Qələbə münasibəti ilə ürəkdən təbrik edir, Dünyanın bu ağır pandemiya ilini bizim üçün qələbə zəfər ilinə çevirdiyinizə görə sizlərə və müzəffər Azərbaycan ordusuna dərin təşəkkürümüzü bildiririk.  

Dünyaca məhşur iş adamı, xeyriyyəçi Mübariz Qurban oğlu Mənsimovun Beynəlxalq müdafiəsinə qalxmış  Dünyanın bir çox ölkələrində  yaşayan və fəaliyyət göstərən eləcə də müxtəlif ölkələrin vətəndaşları olan ayrı-ayrı millət və xalqların nümayəndələri olaraq sizlərə müraciət edirik. 
Hörmətli Dövlət başçıları, Cənab Prezidentlər, 
Bu gün artıq 10-cu aydır ki, iftiralarla dolu əsassız ittihamlarla günahsız yerə   həbs edilən və Dünyanı bürümüş ikinci koronavirus Covid-19 Pandemiya bəlasının tüğyan etdiyi bir dövrdə İstanbulun Silivri həbsxanasında xəstə halıyla valideynlərindən, övladlarından və ailəsindən qoparılaraq can çəkən, Dünyaca məhşur iş adamı, 7 dəniz və 4 okeanda Türkiyənin və Azərbaycanın bayraqlarını dalğalandıran, xəstələrə, əlillərə, müharibə veteranlarına, sənət adamlarına, xəstə uşaqlara və qapısına gələn kimsəni naümüd qoymayaraq yardım edən, 40 min işçisi olan 20 min tələbəyə burs verən, Azərbaycana və Türkiyəyə milyardlarca sərmayə qoyan böyük vergi ödəyicisi İsveçrə vətəndaşlığından imtina edərək Türkiyə Cümhuriyyətinin vətəndaşlığını qəbul etmiş Palmali Şirkətlər Qurupunun təsisçisi və prezidenti Mübariz Qurbanoğlu Mənsimovun 2021-ci il yanvar ayının 13-də baş tutacaq növbəti 3-cü məhkəməsində ədalətli qərar çıxarılmasına yardım etməyinizi xahiş edirik. 
Mübariz Mənsimov hər zaman deyir: “Mən Azərbaycanlıyam və Azərbaycanlı olmağımla qürur duyuram. Azərbaycanın da ən yaxın dostu hər zaman yanında olduğu tək Dövlət Türkiyədir”. 
Sentyabrın 27-dən ermənilərin növbəti hücumuna qarşı Müzəffər Azərbaycan ordusunun başlamış olduğu əkc əməliyyatlar daha sonralar Vətən Müharibəsinə çevrildi. 44 gün çəkən bu 2-ci Qarabağ Vətən müharibəsi zamanı yenə də Azərbaycanın arxasında yeganə və tək Dövlət olaraq Türkiyə Cümhuriyyəti dayandı. Cənab Prezident, Ali baş komandan İlham Əliyevin başçılığı ilə bu müharibə Azərbaycanın qələbəsi ilə başa çatdı və Şanlı Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Əlbəttə bu qələbə Azərbaycana heç də asan başa gəlmədi. Çoxlu sayda əsgərimiz Şəhidlik zirvəsinə qalxdı  və yaralanaraq Qazi oldular. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimiz isə tezliklə sağalsınlar, şəfa tapıb evlərinə ailələrinə dönsünlər. Ayrı-ayrı hegemon Dövlətlər Azərbaycanın qələbəsini və  Türkiyə Cümhuriyyətin Dövlət və hökümət rəhbərlərinin Azərbaycanın yanında olmasını həzm edə bilmir, hər fürsətdə bu iki Dövlətə qarşı irəli sürdükləri əsassız ittihamlar hələ də gündəmdədir.  
Belə bir çətin şəraitdə biz miting iştirakçıları, Mübariz Mənsimovun həbsdə qalmasını Türkiyə Cümhuriyyətinə həm iqtisadi və həm də  diplomatik sahədə heç bir divident gətirməyəcəyini düşünürük . Bu gün müsəlman şərqində mövqelərini möhkəmlətməyə nail olsa da diğər ölkələrlə problemlərlə üzləşən  belə həssas bir dönəmdə və həm də dünyanın pandemiya Covid 19 bəlasının rüzgarlarının Türkiyədən də yan keçmədiyi bir dövrdə Mübariz Mənsimov kimi böyük bir iş adamının günahsız yerə həbsdə qaldığı hər gün Türkiyənin və Azərbaycanın düşmənlərinin dəyirmanına su tökmək kimi bir şeydir. Biz konfrans iştirakçıları eləcə də Türkiyənin və Azərbaycanın vicdanlı media mənsublarına müraciət edərək xahiş edirik ki, bu haqq yolunda Mübariz Mənsimova dəstək olsunlar. 
Mübariz Qurbanoğlu və eləcə də onun təsis etdiyi Palmali Şirkətlər Qurupu haqqında sifarişli, iftira dolu məqalələr çap etdirən, videosujetlər hazırlayan Türkiyə və Azərbaycanın Kütləvi İnformasiya vasitələrinin belə şər, böhtan dolu əməllərini qətiyyətlə pisləyir və bu işlə birbaşa məşğul olan  mətbuat nümayəndələrini qərəzli olmamağa, öz peşələrinə vicdanla yanaşmağa çağırırıq.   

Hörmətli Dövlət başçıları, Cənab Prezidentlər, 
Bütün yuxarıdakıları nəzərə alaraq sizdən xahiş  edirik ki, siyasi iradənizi ortaya qoyaraq, xeyirsevər iş adamı Mübariz Mənsimovun son məhkəməsində ədalətli qərar çıxararaq azadlığa çıxmasına yardım edəsiniz. 
Hörmətlə “Vətən oğluna Azadlıq” adlı konfransın iştirakçıları
Zoom proqramı 27.12. 2020-ci il.

22 Yanvar 2021 Anar Cəbrayıllı: Jurnalistlərin hamısını dama soxmaq lazımdır....
21 Yanvar 2021 SUMQAYIT KARBAMİD ZAVODUNDA 500 İŞ YERİ YARADILACAQ
20 Yanvar 2021 20 Yanvar faciəsinin ildönümü Şuşada qeyd olundu - Video
20 Yanvar 2021 Qanlı yanvar: 31 il ötdü - Foto
18 Yanvar 2021 65 ilin işığında.
17 Yanvar 2021 Nizami Gəncəvi harada anadan olub?
15 Yanvar 2021 Bu gün "Vikipediya" internet şəbəkəsinin yaradılmasının 20 ili tamam olur
15 Yanvar 2021 Prezident azad edilmiş torpaqlara keçdi - Video
15 Yanvar 2021 Lerikdə şəhid və qazi ailələri qayğı və diqqətlə əhatə olunur.
12 Yanvar 2021 Bakıda Milli Qəhrəmanın adını daşıyan küçə bərbad vəziyətdədir.
12 Yanvar 2021 Bir ailədən müharibəyə gedən 5 nəfər
11 Yanvar 2021 3 ölkə liderlərinin Moskvaya toplaşması... – İlham Əliyev
11 Yanvar 2021 İlham Əliyevin Moskva səfəri başa çatdı
11 Yanvar 2021 MTRŞ Speys TV ilə bağlı qərar verdi
09 Yanvar 2021 Elcan Məmiyev: Tənqid olar, amma təhqirə qarşıyam
04 Yanvar 2021 Prezident və xanımı Teymur Rəcəbovu təbrik etdi
29 Dekabr 2020 “Kəlbəcərin azad olunmasına görə” təltif edilənlərin siyahısı açıqlandı
28 Dekabr 2020 “Azərbaycanın istifadə etdiyi taktiki üsullar dünya hərb elmi üçün yenilikdir”
27 Dekabr 2020 Qalib dövlətin qalib lideri!
27 Dekabr 2020 Şevçenko Azərbaycanla bağlı film hazırladı - Video
24 Dekabr 2020 Elcan Məmiyev: İlham Əliyev Qalib sərkərdə, Müzəffər Ali Baş Komandandır!
23 Dekabr 2020 Cənab Prezidentin verdiyi bütün vədlər gerçəkliyə çevrilir
22 Dekabr 2020 Tarix yazan qəhrəmanlar!
20 Dekabr 2020 Mehriban Əliyevanın təşəbbüsü ilə hərbçilərimizə dəstək aksiyasına başlanıldı - Fotolar+Video
18 Dekabr 2020 “Ermənistan status-kvonun dəyişməz qalması üçün əlindən gələni edirdi”
18 Dekabr 2020 “Bizi qorxutmağa çalışırdılar ki, erməni tankları Bakının küçələrində olacaq”
17 Dekabr 2020 Qələbəmizin .şəhidləri və şahidləri.!
17 Dekabr 2020 “Əminəm ki, həmin videoları görən dünya müsəlmanları...”
17 Dekabr 2020 “Ərdoğan kişi adamdır, quyruq bulamır”
17 Dekabr 2020 “Ali Baş Komandanın əmrində, xalqımızın xidmətindəyik”