YOLUMUZ UZUNDU, MÜQƏDDƏSDİDəyərli Ana Vətənçilər!
Bu gün 30 yaşımız tamam olur. Azərbaycan xalqının milli azadlıq və ermeni separatizminə qarşı apardığı mübarizə fonunda siyasi meydana qədəm qoyan partiyamız vətənpərvər və azadlıq mücahidlərinin birgə iradəsinin iafadəsi kimi olduqca çətin, mürəkkəb və şərəfli bir yol keçmişdir.
Azərbaycançılıq, dövlətçilik, vətənpərvərlik, demokratiya və Bütöv Azərbaycan amalına sadiq olan Ana Vətən Partiyası keçən yüz illiyin 90-cı illəriində həm sovet imperiyasına və erməni işğalına qarşı aparılan müharibənin ön cəbhəsində döyüşərək şəhid verir, həm də istiqlalımızın əldə edilməsində geniş miqyas olan mübarizədə xalqımızın önündə addımlayır, həm də milli dövlətçiliyimizin yaradılmasında, bütövlükdə məruz qaldığımız son …