Son xəbərlər

 

“Müharibə göstərdi ki, Azərbaycan Ordusu ən yüksək standartlar üzrə qurulmuş, peşəkarlıq səviyyəsinə görə dünyanın ən qabaqcıl orduları sırasında olan beşinci nəsil silahlardan istifadə edən Orduya çevrilib.

Buna görə də qısa müddətdə, ildırımsürətli bir əməliyyatla işğal edilmiş ərazilərin bir hissəsini azad edə bildik”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri politoloq Qabil Hüseynli sentyabrın 27-dən başlayan, 44 gün davam edən  və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsinə münasibət bildirərkən deyib.

Politoloq qeyd edib ki, bu müharibə Ordumuzun peşəkarlığı ilə yanaşı, cəmiyyətin inkişafının da yeni mərhələyə daxil olduğunu göstərdi. Azərbaycan dövləti uzun müddət idi ki, bölgədə ciddi iqtisadi layihələr həyata keçirirdi:

 

"Bu layihələr də Azərbaycanının iqtisadi gücünə böyük təkan verdi. Bu gün Azərbaycan təkcə bölgə üçün yox, bir çox dövlətlər üçün əhəmiyyətli bir dövlətə çevrilib. Bölgədə hər hansı iqtisadi layihə və təkliflərin həyata keçirilməsində Azərbaycanının olmaması mümkünsüzdür. Azərbaycan bu gün Qoşulmama Hərəkatı təşkilatının sədridir. Azərbaycan beynəlxalq proseslərdə dinamik rol oynamağa başlayıb. Bu dinamik rol beynəlxalq münasibətlərin mühüm amilinə çevrilib".

Q.Hüseynli əlavə edib ki, Azərbaycan Qafqazın inkişaf etmiş ölkəsi idisə, müharibədən sonra - torpaqların azad edilməsi ölkənin ərazi bütövlüyünün bərpa edilməsi ilə gələcəkdə bölgəsəl proseslərdə, dünya siyasətinin formalaşmasında aktiv iştirak edən həm beynəlxalq gücə, həm də siyasi amilə çevriləcək:

“Azərbaycan sözün həqiqi mənasında bu müharibə ilə tarix yazdı. Ölkənin ən ambisiyalı, davakar  ölkəsi – Ermənistanı diz çökdürdü. Ermənistan aldığı yaradan bir müddət özünə gələ bilməyəcək, bəlkə də heç vaxt güclənə bilməyəcək. Azərbaycan bununla işğalçı Ermənistan kimi bir dövləti diz çökdürməklə, bölgə ölkələri üçün də bir yol açdı. Məsələn, Gürcüstana da bunun böyük bir təsiri olacaq. Bu müharibə baş verməsəydi, Ermənistan getdikcə ambisiyasını daha da artıracaqdı. Gürcüstana da ərazi iddiası qaldıracaqdı. Azərbaycana qarşı da yeni ərazi iddiaları ilə yaşayacaqdı. Bölgəni gərgin vəziyyətdə saxlayacaqdı. İşğalçılıq siyasəti yürüdən Ermənistan yerinə otuzduruldu”.

01 Dekabr 2020 QƏLƏBƏMİZİN LAÇIN ZİRVƏSİ
24 Noyabr 2020 YOLUMUZ UZUNDU, MÜQƏDDƏSDİ
17 Noyabr 2020 Azərbaycanda Milli Dirçəliş Günüdür
13 Noyabr 2020 İTV-nin Qarabağ bürosu açılır
12 Noyabr 2020 Prezidentdən Konstitusiya Günü ilə bağlı paylaşım
12 Noyabr 2020 MİLLİ QÜRUMUZU QAYTARAN ŞƏXSİYYƏT
11 Noyabr 2020 “Söz verirəm ki, yeni evlər əvvəlkilərdən daha yaxşı olacaq”
10 Noyabr 2020 “Türkiyə atəşkəs rejimində fəal yer alacaq”
18 Oktyabr 2020 Rumıniyanın sabiq Baş Nazirindən Prezidentə məktub
18 Oktyabr 2020 “Gəncəyə hücumlardan böyük kədər hissi keçiririk”
18 Oktyabr 2020 Prezident Xudafərin körpüsü ilə bağlı paylaşım etdi
26 Sentyabr 2020 Uşaq hansı yaşda xarici dil öyrənməlidir? – Ekspertlər
25 Sentyabr 2020 DİQQƏT! Onkoloji xəstəlikdən əziyyət çəkən yeniyetmənin sizin köməyinizə ehtiyacı var – FOTOLAR
23 Sentyabr 2020 Prezidentlə xanımı Balaxanıda oldu
22 Sentyabr 2020 AVP-Dən Iddialarla Bağlı AÇIQLAMA
22 Sentyabr 2020 “Belə davam etsə, tədris prosesi yenidən dayanacaq”
16 Sentyabr 2020 “Qışda peyvənd tapılmasa da, COVID-19 adi xəstəlik kimi olacaq”
15 Sentyabr 2020 Türkiyə mediası Əli Həsənovu FETÖ-çü adlandırdı
15 Sentyabr 2020 Prezident müəllim və şagirdlərə müraciət etdi
05 Sentyabr 2020 ADAU rəqib tanımır
04 Sentyabr 2020 Korrupsiya İdarəsi bu qurumda əməliyyat keçirdi
04 Sentyabr 2020 İlham Əliyev və xanımı ADA-nın yeni korpusunda
04 Sentyabr 2020 İlham Əliyev və xanımı ADA-nın yeni korpusunda
03 Sentyabr 2020 Rövşən Pənahov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!
31 Avqust 2020 Könül Nurullayeva fəaliyyəti ilə bağlı hesabat verdi
27 Avqust 2020 Mehriban Əliyevadan təşəkkür
26 Avqust 2020 "Mehriban xanıma möhkəm cansağlığı və məsuliyyətli fəaliyyətində yeni-yeni uğurlar arzulayıram"
26 Avqust 2020 "Biz, Azərbaycan vətəndaşları olaraq Mehriban xanımın ətrafında sıx toplaşmağa hazırıq!" - Fuad Heydər
25 Avqust 2020 Prezident Şoyqunu qəbul etdi - Foto
25 Avqust 2020 Komitə qadağa qoysa da, ATV-nin keçmiş prezidenti əməl etmir